Daha bir tibb müəssisəsinin rəhbərindən ŞİKAYƏT - "Röyanə Quluzadə 8 aylıq uşağımı müayinə edə-edə sosial şəbəkə üçün video çəkirdi"

Daha bir tibb müəssisəsinin rəhbərindən ŞİKAYƏT - "Röyanə Quluzadə 8 aylıq uşağımı müayinə edə-edə sosial şəbəkə üçün video çəkirdi"Sabunçu rayonu, Yefim Saratov küçəsi 12 ünvanında yaşayan Qurbanova Ləman Azər qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. O, "Reflex" Reabilitasiya Mərkəzinin baş həkimi Röyanə Quluzadədən şikayətçidir:

"Mən, Qurbanova Ləman Azər qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bu yaxınlarda 8 aylıq övladım Quliyev Fatehin səhhətində yaranmış problemlə bağlı "Reflex" Reabilitasiya Mərkəzinə üz tutduq. Həkimin adını, soyadını internet vasitəsilə tapmışdım. Biz həmin həkimin qurbanı olduq. Həm 100 manat pulumuz getdi, həm də uşağı normal müayinə etmədi. Həkimdən doğru-dürüst cavab belə, ala bilmədik.

Deməli, Röyanə Quluzadə "Reflex" Reabilitasiya Mərkəzində baş həkimdir, USM aparatında xəstələri müayinə edir. Nevroloq və pediatr kimi də bu xəstəxanada fəaliyyət göstərir. Bir sözlə, o, sözün bütün mənalarında bu xəstəxananı idarə edir. Məhz bu səbəbdən də, ondan şikayət çox olur.

Bayram günü olduğuna görə, xəstəxanaların çoxu işləmirdi. Uşağın anidən xəstələnməsi həkimi tanımağımıza vəsilə oldu.

Qeyd edim ki, uşağımı USM aparatına saldıq. Adını həkim qoyan bu şəxs uşağı müayinə edə-edə sosial şəbəkə üçün video çəkirdi. 8 aylıq uşağın həyatını heçə sayaraq, məşhur olmaq həvəsindədir. Dilsiz-ağızsız bir körpədir deyə, hər zülmü verməlidirlər? Verdiyim pul da haramı olsun. Bütün bunları da qoyduq bir qırağa, uşağı götürüb evə gəldik.

Axşam saatlarında uşağın vəziyyəti yenidən dəyişdi. Həkimə zəng vurub kömək istədim. O qədər kobud cavab verdi ki, sanki müayinə vaxtı video çəkməsinə susmalıydım. Mən iradımı bildirdim. Həmin vaxt körpə uşaq müayinə olunmalı idi.

Səhiyyə Nazirliyindən xahiş edirəm ki, belə həkimlər haqqında tədbir görülsün. Həm canımızı, həm də pulumuzu alırlar".

Məsələ ilə bağlı Röyanə Quluzadə ilə əlaqə saxlaya bilmədik.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4432   Tarix: 03 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

500-ə yaxın musiqi müəllimi attestasiyadan kəsildi

Bakı və Abşeron-Xızı regionları üzrə Mədəniyyət Nazirliyinin keçirdiyi attestasiyada 1 686 müəllim iştirak edib. Onlardan attestasiya komissiyalarının qərarına əsasən 492 nəfər tutduğu vəzifəyə uyğun hesab edilməyib. -a istinadla xəbər verir ki, müəllimlərdən 56 nəfər (11.4%) ali, 436 nəfər (88.6%) ort

6 aprel
.

Qobustanda 3 yaşlı uşaq kimyəvi məhluldan zəhərləndi

Qobustanda azyaşlı zəhərlənib. -ın məlumatına görə, hadisə Təklə kəndində baş verib. 3 yaşlı Uğur Xəlilov yaşadığı evdə kimyəvi məhluldan zəhərlənib. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir

5 aprel
.

Avtomobil yollarını daraltmaq nəyə xidmət edir?

Baku TV-nin "Necə olmalıdır?" podkastının yeni buraxılışı yayımlanıb. Podkastın budəfəki buraxılışında Bakıda mikromobillik zolaqlarının effektivliyi mövzusu müzakirə edilib. Avtomobil yollarını daraltmaq nəyə xidmət edir? Velosiped və skuterlərdən kimlər istifadə edir? Hansı tip nəqliyya

5 aprel
.

İyunda neçə gün iş olmayacaq? - TƏQVİM

İyun ayında qeyri-iş günlərinin sayı məlum olub. İş vaxtı norması və istehsalat təqviminə əsasən, iyunun 6 və 7-si Qurban bayramı, 15-i Milli Qurtuluş Günü, 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. İyunun 7-si şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsi və Nazirlər Kabinetini

5 aprel
.

Sosial şəbəkələrdə təhqirə görə hansı cəzalar gözləyir?

Son illərdə sosial şəbəkələri insanlar tək əylənməyə yox, həmçinin saxta profillərlə təhqir eləmək üçün istifadə edirlər. Hər şeyin sosialda qalacağını düşünən insanlar, əslində, məsuliyyət daşıdıqlarını bəlkə də bilmirlər. Bəs sosial şəbəkələrdə təhqirə görə hansı məsuliyyəti daşıyırsınız?. Məsələ il

6 aprel
.

Ekodəfn nədir və bu üsula cəmiyyət necə baxır? - Bakı sakinləri arasında SORĞU

Dünyanın bir çox ölkələrində vəfat edən insanların cəsədi və ya yandırılmış cəsədin külü ağac toxumu ilə birlikdə basdırılır. Zamanla bu ağac cücərir, böyüyür və insan fəaliyyətini ağac olaraq davam etdirir. Bunu isə ekodəfn adlandırırlar. Bəs insanların ekodəfnə münasibəti necədir? Baku TV mövzu il

6 aprel
.

Azərbaycanda nağdsız ödənişlərin məbləği fevralda 30 % artıb

Bu ilin fevral ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 30 % artaraq - 7 milyard 133 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 6 milyard 210 milyon manatı (87,1 %-i) elektron ticarətin payın

5 aprel
.

Azərbaycanda bu qadınlar erkən PENSİYAYA ÇIXA BİLƏR - VİDEO

"Uşaq sayına görə qadınların pensiya yaşının mütənasib azaldılması məqsədəuyğundur". Bunu millət vəkili Vüqar Bayramov deyib. O, 3 uşaqlı analara erkən pensiyaya çıxmaq hüququnun verilməsini doğru hesab etdiyini bildirib:. "Polşada qadınlar kişlərlə müqayisədə daha tez pensiya hüququ əld

6 aprel
.

"SAB"ın kolbasasından görün nə çıxdı

SAB firmasının kolbasasından dəmir parçası çıxıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə şikayət paylaşılıb. Şikayətçi bildirib ki, Almayın, övladlarınıza verməyin. Görün bizim kolbasalar hansı şəraitdə, necə iyrənc vəziyyətdə ərsəyə gəlir. "Bu gün səhər yeməyə kolbasa kəsirdim, gördüm dəmir

5 aprel