İcra başçısının oğlu bu küçədə parkinqə qadağa qoydu - Fotolar

İcra başçısının oğlu bu küçədə parkinqə qadağa qoydu - FotolarSabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğlu, "Efendiler Group" şirkətinin rəhbəri Ənvər Ənvərli (Vəliyev) sakinlərin razılığı olmadan Bakıxanov qəsəbəsi, Ülvi Rəcəbov küçəsinin Səməd bəy Mehmandarov küçəsinə çıxış hissəsində sakinlərin avtomobillərini park etməsini qadağan etdirib.

Sonxeber.az Demokrat.az-a istinadən xəbər verir ki, icra başçısının oğlunun göstərişi ilə AYNA tərəfindən məhəllədaxili yola "dayanma, durma qadağandır" işarəsi qoydurub.

Sakinlərin narazılığına baxmayaraq, Ənvər Ənvərli bu addımı "Efendiler Group" şirkətinin ofisinə özünün rahat "giriş-çıxış" etməsi üçün atıb.

Sözügedən yol nişanının "Efendiler Group" şirkətinin müraciəti əsasında quraşdırılmasını Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) də təsdiqləyib:

"Əfəndilər" MTK tərəfindən olunmuş rəsmi müraciətə əsasən, Ülvi Rəcəbov küçəsində AYNA-nın əməkdaşları tərəfindən təhlillər aparılıb.

Təhlillərin nəticələrinə əsasən, Ülvi Rəcəbov küçəsinin Səməd bəy Mehmandarov küçəsinə çıxış hissəsində parklanma səbəbindən qarşılıqlı hərəkətə maneə yarandığı müşahidə olunub. Belə ki, AYNA tərəfindən S.Mehmandarov küçəsində ödənişli parklanma məntəqləri təşkil olunmasına baxmayaraq, parklanmaya görə ödənişdən yayınan sürücülər həmin hissədə parklanma etməklə qarşılıqlı hərəkətə maneə yaradırlar".
İcra başçısının oğlu bu küçədə parkinqə qadağa qoydu - Fotolarİcra başçısının oğlu bu küçədə parkinqə qadağa qoydu - Fotolar


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2551   Tarix: 05 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Oğlan tələbələrə bu səbəbdən kirayə ev VERİLMİR - AÇIQLAMA

Hazırda yeni tədris ili ərəfəsində bölgələrdən Bakıya gələn tələbələrin kirayə mənzil axtarışı yenidən gündəmə gəlib. Xüsusilə oğlan tələbələrin ev tapmaqda daha çox çətinlik çəkdiyi, bəzi elanlarda isə yalnız qız tələbələrə üstünlük verildiyi müşahidə olunur. Bəs, oğlan tələbələrin kirayə ev tapmaqd

11 sentyabr
.

Bu atları saxlayanlara 1000 manat veriləcək

"Qarabağ" və "Dilbaz" atlarının saxlanmasına subsidiya veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış "Qarabağ" və "Dilbaz"

10 sentyabr
.

Leysan olacaq, şimşək çaxacaq - Xəbərdarlıq

Sentyabrın 12-13-də Azərbaycanın bəzi rayonlarında əsasən gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkənin cənub-şərq rayonlarında və dağlıq ərazilərində yağışın qısamüddətli leysan xarakterli olacağı

11 sentyabr
.

Ali Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT

Bakı sakini Alim Atakişiyev illərdir məhkəmələrdə hüquqlarını müdafiə etdiyi mənzilin qanunsuz yollarla ardıcıl olaraq bir neçə nəfərə satıldığını iddia edir. Onun sözlərinə görə, Ali Məhkəmənin qanuni sahiblik hüququnu təsdiqləyən qərarına baxmayaraq, mənzil üzərində saxta əməliyyatlar həyata keçirilib

10 sentyabr
.

Şəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"

Sentyabrın 8-də Şəkidə iki gəncin ölümü ilə nəticələnən faciə ilə bağlı yayılan bəzi məlumatlar mərhum Ucal Bayramovun ailəsinin narazılığına səbəb olub. "Bakupost"a istinadən xəbər verir ki, U.Bayramovun bacısı Xəyalə Bayramova yerli telekanallardan birində yayımlanan süjetə sərt reaksiy

10 sentyabr
.

Şəfiqə Məmmədova Kinematoqrafçılar İttifaqının sədri seçildi

Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib. Qaynarinfo-nun məlumatına görə, bu, barədə qərar ittifaqın bugünkü konfransında səsvermə nəticəsində qəbul edilib. Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş sədri Xalq artisti Rasim Balayev olub

11 sentyabr
.

Atasının həbsdən çıxmasından danışdı: "Məni görəndə şok oldu"

Məşhur "Çudo Peçka" şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu, Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov atasının həbsdən azadlığa çıxmasından danışıb. Axşam.az xəbər verir ki, A.Cəlilov bu haqda Elgiz Əkbərin "YouTube" proqramında sualları cavablandırarkə

10 sentyabr
.

Üçillik ali təhsil: Azərbaycan universitetlərində köklü dəyişiklik, yoxsa keyfiyyət üçün təhlükəli eksperiment?

Ali təhsilin müddətinin üç ilə endirilməsi ilə bağlı müzakirələr cəmiyyət üçün yalnız texniki və inzibati məsələ deyil. Bu, Azərbaycanın gələcək kadr potensialına, əmək bazarına, universitetlərin fəaliyyətinə və bütövlükdə təhsilin keyfiyyətinə birbaşa təsir göstərə biləcək ciddi islahat məsələsidir

11 sentyabr
.

Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK

Sentyabrın 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna mali

10 sentyabr