"Zaur bunu gündəm xətrinə yayıb"
Aparıcı Tarix Əliyev (Tolik) həmkarı Zaur Nəbioğlunu tənqid edib.
Milli.Az xəbər verir ki, bu barədə aparıcı sosial media hesabında yazıb. Tolik bayağı mahnılarla gündəmdə qalan müğənnilərin efirdə özlərini Xalq artisləri ilə bir tutmasına müdaxilə etməyən Zauru qınayıb:
"Heç kimə söz atmayacağam. Amma gördüm ki, Zaur bunu gündəm xətrinə sosial mediada yayıb sonra da silib. Zaur, sənin verilişinə gələn müğənnilərin 90 faizi nəinki Aygün Kazımova (Xalq artisti - red.) olacaq, heç onun ətrafında belə görünə bilməyəcəklər. Aygün Kazımovanın olduğu səhnələrə ola bilməyəcəklər. Onun kimi ölkənin əsas ulduzu statusunu ala bilməyəcəklər. "Diva" sözü heç Aygün xanımın marağında da deyil. Kəmalə Günəşli (müğənni - red.) deyə bilər ki, bu gün sevilirəm. Amma arzu edirəm ki, o 1 ildən sonra da aktual olaraq qalsın. Verilişimdə də olub, səmimim xanımdır. Amma heç biri Aygün Kazımova olmayacaq. O, müasir estradamızın banisidir. Onun ətrafında belə ola bilməyəcəksiniz. Bəli, ad günlərində gedib onunla şəkil çəkdirəcəksiniz, tədbirlərdə görüb lentə alacaqsınız, hər zaman içinizdə Aygün Kazımova olmaq istəyi olacaq. Amma heç vaxt olmayacaqsınız. Zaur, bu gün istənilən müğənniyə deyə bilərsən yalandan yıxıl, bunu mən də söyləyirəm. Vüsalə Əlizadə də (aparıcı - red.) hamı bunları deyir. Bu müğənnilərin əksəriyyəti həftə içi sənin də, mənim də efirimdə olur. Amma içi sən qarışıq hamısının arzusu odur ki, Aygün Kazımova onların efirində qonaq olsun. Zaur, orada Kəmaləyə deməli idin ki, sən məşhur ola bilərsən, amma heç vaxt Aygün Kazımova ola bilməyəcəksən. Mən nə Aygün Kazımov, nə də Röya Ayxanla (Xalq artisti - red.) işləyirəm. Amma bu insanlar, həmçinin, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Faiq Ağayev (Xalq artistləri - red.) sənətləri ilə tarix yazıblar. "Bozbaş" mahnılarla gündəmdə qalmayıblar. Mən də o müğənniləri çağırıram və reytinq də verirlər. Lakin heç birinə ixtiyar vermirəm Aygün, Röya, Zülfiyyə xanım barəsində desinlər ki, biz ona rəqibik. Heç onlar səviyyə baxımından Sevda Yahyayeva, Günay İbrahimliyə də (müğənnilər -red.) tay deyillər. Onlara arzu edirəm ki, dövlətin mötəbər tədbirlərində nə vaxtsa adları hallansın. Amma Zaur, gərək sən fikrini orada bildirərdin".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - VİDEO
Müğənni Xatun Əliyeva canlı yayım zamanı həmkarı Namiq Qaraçuxurlu ilə münasibətləri barədə danışıb. xəbər verir ki, sənətçi meyxana ustadı ilə uzun müddətdir əlaqə saxlamadığını və danışmadığını bildirib. Xatun buna səbəb kimi Aygün Kazımova ilə bağlı məsələni göstərib. "Aygün Kazımovaya görə danışmıram
3 oktyabr"Qızımı belə böyütməməli idim"
Əməkdar artist Sənubər İsgəndərli qızı ilə münasibətindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "2+1" adlı yutub layihəsində danışıb. O, yeganə övladını həddindən artıq qoruduğunu və bunun düzgün olmadığını düşündüyünü bildirib:. "İndi başa düşürəm ki, onu çox qorumuşam
24 oktyabr"Dedim ki, "biabır olacaqsan, Azərbaycan səni qəbul etməyəcək"
Müğənni Günel Zeynalova türkiyəli həmkarı Seda Sayanla illərdir küsülü olduğunu açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, o bu barədə "Sevilən səhər" proqramında danışıb. Günel bildirib ki, illər əvvəl S.Sayanın proqramında qonaq olarkən həmkarı ona qarşı səhv hərəkət edib: "Bun
14 oktyabr"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
Aparıcı Afaq Gəncəli illər əvvəl çəkilən arxiv görüntüsünü izləyiciləri ilə bölüşüb. xəbər verir ki, aparıcı həmkarı Zaur Baxşəliyevlə 2011-ci ildə ATV-nin səsyazma studiyasında çəkilən görüntünü yayımlayıb. Afaq zarafatla həmin kadrların illərdir gizli qaldığını və artıq "Tarixi Arxiv" status
11 oktyabrCavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib
Xalq artisti Cavan Zeynalının başına bədbəxt hadisə gəlib. Qaynarinfo xəbər verir ki, cazmen yaşadığı mənzilin hamamında çimərkən yıxılıb. Nəticədə onun ayaq barmaqları əzilib. Cavan Zeynalı hadisə barədə məlumatı Qaynarinfo-ya təsdiqləyib. O bildirib ki, hadisə doğum günü ərəfəsində baş verib
13 oktyabr"Sənət öyrədib, reklam etdiklərimin xəyanəti..."
Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə xəyanətlə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni xalqın sevgisini hər an hiss etdiyini bildirib. Sənətçi illərlə reklam edərək sənətin elit təbəqəsinə çatdırdığı insanların xəyanətinə baxmayaraq, tamaşaçı sevgisinin onun üçün xüsusi olduğun
24 oktyabrMərhum atasını bu sözlərlə yad etdi
Müğənni Elmira Ələkbərzadə (Emma) mərhum atası, yazıçı Çingiz Ələkbərzadə ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi atasını doğum günündə yad edib. O, bu gün Çingiz Ələkbərzadənin 90 yaşının tamam olduğunu bildirib. "17 oktyabr. Bu gün atamın 90 yaşı tamam olur… Cənnətdəki ad günü
17 oktyabr