Lənkəranski ilə "Piter Elçin"i hansı nüfuzlu şəxsin qohumu düşmən etdi?- TƏFƏRRÜAT

Kriminal avtoritet "Piter Elçin"in qardaşlarının öldürülməsi və kriminal aləmdə baş verən savaşın yeni və olduqca maraqlı təfərrüatları üzə çıxıb. Bu təfərrüatlar arasında digər diqqət çəkən məqamlarda var.
Bunlardan biri də kriminal qruplaşmalar arasındakı silahlı və qanlı hesablaşmaların "media savaşı"na sıçraması ilə də bağlıdır. "Piter Elçin"lə Rövşən Lənkəranskini düşmən edən səbəblər, onlar arasındakı qanlı hesablaşmaların baş vermə ardıcıllığını bu yazı ilə təqdim etməyə çalışacağıq.
***
Bir neçə gün əvvəl musavat.com saytında "Piter Elçin"in qardaşlarının öldürülməsinin təfərrüatları ilə bağlı yazı dərc edilmişdi. Yazıda "Piter Elçin" ləqəbli kriminal avtoritet Elçin Maşallah oğlu İsmayılovun qardaşlarının, xüsusi ilə də ötən ilin dekabrında Masallıda güllələnən Fariz İsmayılovun qətlə yetirilməsinin təfərrüatları qeyd edilirdi. Bu yazıdan sonra redaksiyamıza daxil olan məlumatda qardaşların öldürülməsinə səbəb olan hadisələrin ardıcıllığı barədə geniş bilgilər yer alır. Həmçinin "Piter Elçin"in yaxın qohumu İsmayılovların öldürülməsi ilə bağlı ilginc detalların da üstünü açıb.
Əvvəlcə onu qeyd etmək lazımdır ki, İsmayılov qardaşlarından ikisinin 6 ay ərzində güllələnərək qətlə yetirilməsi kriminal aləmdəki hesablaşmadan daha çox qan davasını xatırladır. Bunun qan davası olmasını deməyə əsas verən detallar da var. Bu barədə də məlumat verəcəyik.
Əvvəlcə "Piter Elçin" haqda
Elçin Maşallah oğlu İsmayılov 1973-cü ildə Lənkəranın Boladi kəndində anadan olub. 1992-ci ildə Qarabağ döyüşlərində könüllü olaraq iştirak edib. 1994-cü ilin sonlarında isə Moskvaya gedib. Əvvəlcə Moskvada olan və ticarətlə məşğul olan kəndçilərinin yanına gedən Elçin İsmayılov bir neçə il sonraMoskavda kriminal aləmlə tanış olub. Çox keçməyib ki, E.İsmayılov 25 yaşında kriminal aləmin gənc və söz sahibi olan simalarından birinə çevrilib.
Sankt-Peterburqda kriminal avtoritet kimi nüfuz qazanan "Piter Elçin"in digər qardaşları isə meyvə-tərəvəz ticarəti ilə məşğul olmağa başlayıblar. "Piter Elçin"in ötən ilin yayında qətlə yetirilən qardaşı Maarif İsmayılov Sankt-Peterburqun Sofiysk meyvə-tərəvəz bazarına nəzarət edib. Digər qardaşı Fariz İsmayılov da ticarətlə məşğul olub. Təbii ki, "Piter Elçin" bu sahədə qardaşlarına dəstəyini əsirgəməyib. İsmayılovların 4-cü qardaşı isə Boladi kəndində ata evində yaşayır. O, ağır xətəlikdən əziyyət çəkir.
"Piter Elçin"in azərbaycanlı "qanuni oğru"larla münasibəti
"Piter Elçin"in digər azərbaycanlı "qanuni oğrular"la yaxın münasibətləri olub. Kriminal aləmdə söz sahibi olan "Lotu Bəxtiyar", "Masallı Mamed", "Lotu Quli" ilə dost olan "Piter Elçin"in adı qalmaqallarda çox hallanmayıb. Avtoritetlər arasındakı qanlı hesablaşmalarda bir çox şəxslərin adı çəkilsə də "Piter Elçin" adı çoxlarına yaddır. "Piter Elçin" daha çox avtoritetlərlə münasibətləri yaxşı saxlamağın tərəfdarı olub. Qeyd etdiyimiz kimi, azərbaycanlı "qanuni oğru"larla münasibətləri yaxşı olan "Piter Elçin" Rövşən Lənkəranski ilə də yaxın münasibətdə olublar. Hətta bildirilir ki, Rövşən Lənkəranskinin ad almasında "Piter Elçin"nin böyük rolu olub. "Lotu Bəxtiyar", "Masallı Mamed" və digər kriminal avtoritetlərdən Rövşən Lənkəranskiyə ad verilməsini də məhz "Piter Elçin"in xahişi əsasında baş tutduğu iddia edilir. "Piter Elçin" gənc yaşda kriminal aləmdə ad qazanmağa çalışan Rövşən Lənkəranskiyə öz dəstəyini hətta ona rus dilini öyrətməsi üçün müəllim tapmaqla da göstərib.
Ancaq "Piter Elçin"in Rövşən Lənkəranski ilə münasibətləri istədiyi şəkildə davam etməyib. İki nüfuzlu "qanuni oğru" bir neçə səbəbdən üz-üzə gəlib, sonda isə düşmən olublar.
"Piter Elçin" və Lənkəranskini düşmən edən səbəblər
Musavat.com-u bilgiləndirən mənbə deyir ki, "Piter Elçin"lə Rövşən Lənkəranski arasında münasibətlərin pozulmasında Namiq Canıyevin (Rövşən Lənkranskinin qardaşının) də rolu olub. Belə ki, Namiq Canıyevin məclislərin birində kriminal aləmdəki məsələlərə müdaxilə etməsi "Piter Elçin"in xoşuna gəlməyib və ona öz iradını bildirib. Tərəflər arasındakı sözlü mübahisə sonradan Rövşən Lənkəranski - "Piter Elçin" münasibətlərində soyuqluq yaradıb.
Lakin bu soyuqluq "Piter Elçin"in toyunda aradan qalxıb. Rövşən Lənkəranski "Piter Elçin"ə qarşı jest edərək onun toyunda iştirak edib və münasibətlər bundan sonra da ilk gündən olduğu kimi davam edib.
Amma Rövşən Lənkəranski - "Piter Elçin" münasibətləri növbəti dəfə də gərginləşib. Buna səbəb yenə də məclislərdən birində Namiq Canıyevlə "Piter Elçin"in sözünün tərs gəlməsi olub. Namiq Canıyevin növbəti dəfə "qanuni oğrular"ın olduğu məclisdə kriminal aləmlə bağlı fikir bildirməsi, kiminsə cəzalandırılması ilə bağlı söz söyləməsi "Piter Elçin"i qəzəbləndirib. N.Canıyevlə "Piter Elçin" arasındakı narazılıq böyüyüb. Bu narazılıq və mübahisə iki "qanuni oğru"nu düşmən edib.
İki avtoritet arasındakı münasibətlərin qırılma nöqtəsində isə ölkə rəhbərliyi qarşısında söz sahibi olan nüfuzlu şəxslərdən birinin yaxın qohumunun adı hallanır. Həmin şəxs "qanuni oğru"ların düşmənə çevrilməsinin və ardınca başlayan qan davasının səbəbkarı olub. Azərbaycanın ən nüfuzlu şəxslərindən birinin Orucağa adlı qohumunun (Orucağa adını qeyd etmədiyimiz nüfuzlu şəxsin qudasının qardaşıdır) "Piter Elçin"in qardaşı Maarif İsmayılovla ticarət əlaqələri olub. Onlar Moskvada meyvə-tərəvəz alveri ilə məşğul imişlər...
Ardı var

Mənbə: musavat.com
Lənkəranski ilə "Piter Elçin"i hansı nüfuzlu şəxsin qohumu düşmən etdi?- TƏFƏRRÜATLənkəranski ilə "Piter Elçin"i hansı nüfuzlu şəxsin qohumu düşmən etdi?- TƏFƏRRÜATLənkəranski ilə "Piter Elçin"i hansı nüfuzlu şəxsin qohumu düşmən etdi?- TƏFƏRRÜAT


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 3466   Tarix: 06 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Balakəndə narkotacirlər ələ keçdi

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

Bakıda ər qrup şəklində cinsi əlaqə təklif edən arvadına 18 bıçaq zərbəsi vurub – İSTİNTAQ MATERİALLARI

Boşanmış şəxslərin və ya boşanmaq istəyən insanların bir-birinə ədavətinin davam etməsi, bunun qanlı nəticələri haqqında kriminal təcrübədə sonsuz sayda nümunələr var. Xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə ilə nəticələnən belə bir nümunə ilə sizi tanış edəcəyik. Mətbuatda bununl

13 sentyabr 2021
.

Pirallahı sakinlərindən narkotik maddə aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, Pirallahı Rayo

21 avqust 2021
.

Gəncədə qadın qətlinin detalları: Hadisə yun çırpmaq üstündə olub - YENİLƏNİB

Ötən gün Gəncə şəhərində baş verən qətllə bağlı bəzi detallar məlum olub. Hüquq-mühafizə orqanlarından -a bildirilib ki, iki qonşu arasında baş verən mübahisə yun təmizləmək üstündə olub. Belə ki, Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədova yaşadığı binanın qarşısında yun çırpırmış. B

1 sentyabr 2021
.

Azərbaycanda yeniyetmə 53 yaşlı kişini öldürdü - YENİLƏNİB

Sentyabrın 10-u saat 06:00 radələrində 1968-ci il təvəllüdlü Əli Əliyevin bıçaqlanaraq xəsarət alması nəticəsində ağır vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasına daxil olması və orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Göyçay Rayon Prokurorluğunda aparılan araşdırmalarla zərərçəkmişi

10 sentyabr 2021
.

Azərbaycanda dəhşətli qətl - Qardaş bacısını amansızlıqla öldürdü

Sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Kürdəmir rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü Xəya

16 sentyabr 2021
.

Qubadakı dəhşətli qəzada ölənlərdən ikisinin kimliyi bilindi - YENİLƏNİB + FOTO/VİDEO

Səhər saatlarında Quba rayonunun Alekseyevka kəndində baş verən qəza nəticəsində ölənlərdən ikisinin şəxsiyyəti məlum olub. -ın əldə etdiyi məlumata görə, bunlar sürücü Nurlan Süleymanov və sərnişin Məmmədhəsən Əkbərovdur. Avtomobildə olan şəxslər N. Süleymanovun 24 avqustda təşkil etdiyi ad günü mərasimində

25 avqust 2021
.

Sabirabadda qaynını bıçaqlayıb, qayınanasına xəsarət yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Sabirabadın Kürkəndi kəndində qaynını bıçaqlayan Ramil Tarverdiyev polis tərəfindən saxlanılıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu boğazından və döş qəfəsindən bıçaqlanıb. Yaralı çoxsaylı bıçaq xəsarətləri və qanitirmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərə

7 sentyabr 2021
.

İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Şahverdili kəndində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmi

5 sentyabr 2021