"Bizi məhkəmə ilə hədələdi ki, yerimi anama deməyin"
"2011-ci ildə yaşlı bir ana gəlmişdi ki, 16 ildir oğlumu axtarıram. Ən çətin axtarışlarımdan biri idi. Ona 2014-cü ildə xəbər verə bildim. Rusiyada ucqar bir qəsəbəyə getmişdi. Orada yalnız o azərbaycanlı idi. Dedim ki, anan səni axtarır. O da cavab verdi ki, mən özüm özümü itirmişəm. Bilmədim, gülüm, ya ağlayım".
Milli.Az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Günə bax" verilişində deyib.
O, aparıcısı olduğu proqramda qarşılaşdığı ən çətin axtarışlardan söz açıb:
"Həmin şəxsə söylədim ki, sən o ananın tək övladısan, necə özünü itirə bilərsən? Bildirdi ki, özüm etmişəm, onu görmək istəmirəm. Cavab verdim ki, bəs, gedib indi anana nə deyim? Söylədi ki, "sizdən bir xahişim var, anama deyin ki, tapmadım. Qoy, o ümidlə yaşasın. Tapdım, gəlmədi desəz, o qadın öləcək". Bu günə qədər məni maraqlandıran odur ki, səbəb nə idi ki, o oğlan özünü itirmişdi. Niyəsini demədi. Qadın ölən günə qədər bunu bilmədi. Bu gün də düşünürəm ki, deməməklə doğru etdim? Gərək deyərdim? Çünki ana oğlunu görmədən getdi. Doğru etdim, ya yanlış, bu günə qədər bu sualın cavabını tapa bilməmişəm".
Xoşqədəm bəzi axtarışlardan sonra psixoloqa müraciət etdiyi vurğulayıb:
"Həmin hadisə ilə bağlı psixolaqa da getdim. Son dönəmlər çox pis olmuşdum. O da dedi ki, "sən əslində yaxşı etmisən. O qadına bunu desən, həmin xəbərdən öləcəkdi. Bəlkə də bir ümidlə gedib ki, oğlu sağdır, onu sevir". Çox az sayda belə talelər olub ki, çəkilişlərdən sonra psixoloqlardan kömək almışam. Həqiqətən bir neçə insan olub ki, tapmışıq, bizə deyiblər ki, özümüz itmişik. Hətta biri məni məhkəmə ilə hədələdi. Dedi ki, yerimi deməyin, yoxsa sizi məhkəməyə verəcəyəm, məni tapmamısınız. O adamın şəkli illərlə efirdə getdi, halbuki tapmışdıq. Anası rahat olsun deyə, belə etdik. O talelərə baxanda şükür edirəm. Həyat qısadır, bir-biriniz sevin. Qısaqnclıq, paxıllıqdan uzaq olun"
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tolikə də "iPhone 18 Pro Max" hədiyyə edildi, amma...
Prodüser Tarix Əliyevə (Tolik) "iPhone 18 Pro Max" hədiyyə olunub. Prodüser bu barədə sosial media hesabında paylaşım edib. Tolik qara rəngli telefon istədiyini, lakin ona tünd qırmızı rəngli cihaz hədiyyə edildiyini bildirib. Bir müddət əvvəl müğənnilər Vəfa Şərifova və Afət Fərmanqızı, eləc
11 oktyabrAyan Babakişiyeva: "Sevdiyim şəxsi qorumaq üçün ondan vaz keçmişəm"
Müğənni Ayan Babakişiyeva "Sevilən səhər" verilişində şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib. xəbər verir ki,sənətçi sevgi anlayışına fərqli yanaşdığını bildirib. O, bəzən sevdiyin insanın yaxşılığı üçün ondan uzaqlaşmağın vacib olduğunu deyib:. "Bəzən sevmək hər zama
10 oktyabrAna olduqdan 9 ay sonra öldü
Müğənni Castin Biberin keçmiş sevgilisi, model Sahara Ray narkotik maddənin həddindən artıq dozada qəbul edilməsindən ölüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 34 yaşlı Sahara Ray oktyabrın 16-sı böyük dozada narkotik maddə qəbu
20 oktyabrÖvladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. xəbər verir bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən, keçmiş model 7 ay 15 gün müddətinə həbs cəzasına məhkum olunub. Hadis
11 oktyabrBayhan dinini dəyişib?
Uşaqlıq illərini Almaniyada keçirən türkiyəli müğənni Bayhan dinini dəyişdirməsi ilə bağlı iddialara aydınlıq gətirib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk tanıdığı dinin xristianlıq olduğunu bildirdikdən sonra müzakirələrə səbəb olan sənətçi yanlış anlaşıldığını vurğulayı
17 oktyabr"Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur" - Lalə Məmmədova
Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib. Sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb. "Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olmas
10 oktyabr