Lənkəranskinin sərvəti uğrunda kimlər vuruşur? - QANLI SAVAŞ

İntriqalar, qarşıdurmalar və sifarişli qətllər: ən nüfuzlu Azərbaycan "qanuni oğrusu"nun boş yerini çoxları tutmağa çalışırlar. Söhbət Rövşən Canıyevin ("Rövşən Lənkəranski") mirasının və nüfuz sahəsinin bölüşdürülməsindən gedir.
Hüquq-mühafizə orqanları 2017-ci ildə də ötən ilin avqustunda İstanbulda qətlə yetirilmiş "qanuni oğru"nun mirasına iddia edən müxtəlif kriminal qruplaşmalar arasında qarşıdurmanın davam edəcəyini gözləyirlər.
Lənkəranskinin Uraldan Avropaya qədər uzanan nüfuz sahəsinin bölüşdürülməsi uğrunda amansız mübarizə gedir.
Əvvəllər Həmzət Qastamirova ("Şeyx Həmzət") yaxın olan çeçen "qanuni oğru" Abu Davtayev sui-qəsdin təşkilində şübhəli hesab olunurdu. Lakin o, and içib ki, bu cinayətlə heç bir əlaqəsi yoxdur. Onun sözlərinə görə, bütün bunlar müxtəlif qruplaşmalar arasında parçalanma yaratmaq və onların birləşməsinə imkan verməmək üçün ona qarşı edilən təxribat idi. Xatırladaq ki, Lənkəranskinin qətlə yetirilməsindən dərhal sonra çıxan informasiyaya görə, Şeyx Həmzət Avropada azərbaycanlı "qanuni oğru"ya yaxın olan çeçenləri və türkləri birləşdirməyə başlayıb.
Həmin vaxtda Qastamirova sui-qəsddə üçüncü şübhəli şəxs saxlanılmışdı. Məlumata görə, sui-qəsd cəhdi 2016-cı dekabrın 23-də Niderlandda ona aid olan "Staay Food Group Holding" topdansatış tərəvəz bazasında olub. Naməlum şəxslər Şeyx Həmzətə və onun keşikçilərinə hücum ediblər. Amma hücum edənlər - Azərbaycanın Cəlilabad rayonunun sakini Qüdrət Əliyev və Çeçenistan sakini Həsən Zakayev zərərsizləşdirilərək polisə təhvil verilib. Onların üçüncü cinayət yoldaşı isə Polşa-Belarus sərhədində tutulub.

"Sputnik" agentliyinə görə, Qastamirovun həyatı üçün təhlükə qalır, çünki onun düşmənləri sürətlə artmaqdadır. "Sputnik"in mənbələrinin məlumatına görə, Şeyx Həmzət "Hacı Beyləqanski" kimi tanınan Azərbaycan vətəndaşı Hacı Talıbxanlı ilə yaxın vaxtlarda Türkiyədə görüş təyin edib. Qastamirov Azərbaycan diasporundan olan şikayətləri müzakirə etmək, həmçinin onun mövqeyini və sədaqətini aydınlaşdırmaq istəyirdi. Yeri gəlmişkən, son zamanlar Lənkəranskinin qətlində Hacı Talıbxanlının iştirakı haqqında şayiələr meydana çıxmağa başlayıb. Onun Qastamirovla görüşü isə baş tutmayıb.
Eyni zamanda, bildirilir ki, Şeyx Həmzətin gücü çox şişirdilir və o, kriminal mühitdə real təsirə malik deyil.
Bundan başqa, Azərbaycan "qanuni oğrusu" Nadir Səlifovun ("Lotu Quli") əhəmiyyətinin artdığı daha açıq görünür. Rusiya mediasının yazdığına görə, Səlifovun ötən ilin sonunda Türkiyədə Rafiq Eyvazov ("Rafiq Masallinski") üzərində əsl qanlı divan təşkil edib. Rafiq Masallinskini döyən Nadir Səlifovun adamları həmçinin onun qulağını kəsiblər. Bu il yanvarın əvvəlində isə iki qruplaşma arasında Bakıda atışma baş verib. Amma Səlifov öz vəkili vasitəsilə bildirib ki, Eyvazova qarşı edilənlərlə heç bir əlaqəsi yoxdur.
"Sputnik"ə adını açıqlamayan məhbuslarından birini danışıb ki, atışmada Səlifovla çoxdan münaqişədə olanlar, həmçinin "Vuqar İtalyanski" kimi məşhur olan Vüqar Qurbanov iştirak edirdi. Vuqarın özü isə hələ orta məktəbdən Lənkəranskiyə yaxın idi.
İstintaqın nəticəsinə görə, Azərbaycanda 8 saylı xüsusi rejimli cəzaçəkmə müəssisəsində saxlanılmasına baxmayaraq, Nadir Səlifovun öz təsirini artırır. Yeni qarşıdurma dalğasının Rusiyanın Sverdlovsk vilayətində yaranacağı bildirilir. Son məlumatlara görə, Səlifovun adamları ora yollanıblar və artıq çox nüfuzlu Azərbaycan diasporunun təmsilçiləri olan sahibkarların dəstəyi ilə təmin ediliblər. Lotu Qulinin marağı həmçinin Yekaterinburqda olan 4 saylı tərəvəz bazası ilə bağlıdır. Baza ölümünə qədər Rövşən Lənkəranskiyə böyük gəlir gətirirdi.
Qeyd edək ki, regionda "smotryayuşi"nin yerini Ağayar Ağayev tutmağı planlaşdırırdı. Rövşən Lənkəranski Ural regionuna "nəzarətçi" kimi onu yerləşdirmişdi. Ağayar Ağayevlə bərabər bu "post"a "Kortik" ləqəbli başqa bir azərbaycanlı - İlqar Əliyev də iddialı imiş. Amma Lənkəranski son anda Ağayarın namizədliyinin üzərində dayanıb. Ağayar və qardaşı Xudayar regionda nüfuz sahibidirlər.
Bundan başqa, "Şakro Molodoy" ləqəbli Zaxari Kalaşov öz namizədini irəli sürüb. Eyni zamanda, 2016-cı ildə "qanuni oğru" Aftandil Kobeşavidze ("Avto") regiona diqqətini yönəldib.

Mənbə: publika.az
Lənkəranskinin sərvəti uğrunda kimlər vuruşur? - QANLI SAVAŞLənkəranskinin sərvəti uğrunda kimlər vuruşur? - QANLI SAVAŞ


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2385   Tarix: 07 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Prokurorluq keçmiş polis rəisinin bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub. Xaçmaz Rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarl

25 avqust 2021
.

Bakı sakini döyülərək öldürüldü

Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda

1 sentyabr 2021
.

Azərbaycanda qadın qonşusunu bıçaqla öldürdü

Prokurorluq Gəncə şəhərində qadının qətli ilə bağlı məlumat yayıb. Şəhər Prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmı

1 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT - Arvad ərini öldürüb, kolluqda gizlətdi

Neftçala rayonunda 9 il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilmişdir. Baş Prokurorluqdan -a verilən məlumata görə, 09.02.2013-cü il tarixdə Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbirstanlığın yanındakı kolluq ərazidə çürümü

10 sentyabr 2021
.

Sevdiyi qızın xalası oğlunu öldürdü - Qətlin təfərrüatı

Bakıda sevdiyi qızın qohumunu qətlə yetirməkdə təqsirli bilinən İbrahim Sadıqovun cinayət işi üzrə istintaq başa çatıb. "ölkə.az"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. İbrahim Sadıqov sevdiyi qızın xalası oğlu İslam Hüseynovu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovu

23 avqust 2021
.

Azərbaycanda ana, oğlu və qızı bıçaqlandı

Sabirabadda bıçaqlanma hadisəsi baş verib. Report-a istinadən xəbər verir ki, hadisə Kürkəndi kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu, anası, 1946-cı il təvəllüdlü Zərbəliyeva Gülzar Nuru qızı və G.Zərbəliyevanın qızı, 1987-ci il təvəllüdlü Tarverdiyeva Hilal

8 sentyabr 2021
.

Övladını və gəlinini baltalayan 70 yaşlı kişi: "Oğlanı zorlamışdı..."

Bakıda oğlunu və gəlinini öldürməyə cəhddə təqsirləndirilən Mehdi İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 70 yaşlı Mehdi İsmayılovun oğlunu və gəlinini niyə baltalaması müəmma kimi qalıb. həmin cinayət işi üzrə materialları əldə edib. İttihama görə, hadisə ötən il dekabrın 5-də saa

30 avqust 2021
.

Azərbaycanda qayınata 19 yaşlı gəlinini boğaraq öldürdü

Naxçıvan Muxtar Respublikasında (MR) qətl hadisəsi baş verib. -ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, MR-in Babək rayonunda 67 yaşlı Əli Məmmədov gəlini 19 yaşlı Jalə Məmmədovanı boğaraq qətlə yetirib. Ə.Məmmədov tutulub. Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılı

13 sentyabr 2021
.

Gəlninin göz almalarını kəsib, qarın nahiyəsinin isə... - Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI + FOTO

32 yaşlı gəlinini qətlə yetirən, daha sonra meyiti parçalara bölərək zibil qutusuna atan 75 yaşlı İdris Məhərrəmov hakim qarşısına çıxarılır. Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə baş tutur. İdris Məhərrəmovun törətdiyi dəhşətl

11 sentyabr 2021