30 yaşı keçənlərin nəzərinə: hərbi xidmətə çağırış... - RƏSMİ
Məlum olduğu kimi, Azərbaycanda həqiqi hərbi xidmətkeçmədə son yaş həddi 35-dən 30-a endirilib.
Ölkə.Az xəbər verir ki, buna baxmayaraq 30 yaşı keçənlərə hərbi xidmətlə bağlı mesaj gəlməsi insanlar arasında bir qədər çaşqınlıq yaradıb.
Buna səbəb isə mesajlarda çağırışın səbəbinin qeyd olunmamasıdır.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti daha əvvəl mesajlara aydınlıq gətirsə də, məsələnin daha sadə dildə izahatına ehtiyac yaranıb.
Mövzu ilə bağlı Ölkə.Az-a danışan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib ki, bu, 30 yaşı tamam olan ehtiyata buraxılan şəxslərin sağlamlıq durumunu öyrənmək məqsədi daşıyır:
"Yaşı 30-u keçmiş və hərbi xidmətə yararsız olan, daha doğrusu, dinc dövrdə müddətli həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı olanlara SMS gəlib. Bu SMS ona görə göndərilib ki, onlar sonuncu dəfə həkim komissiyasından keçirilir və ehtiyata buraxılırlar. Ehtiyata buraxıldıqda onların sağlamlıq statusları müəyyən olunmalıdır ki, sabah onlar ehtiyatda olmaqlarına baxmayaraq yenidən lazım olsalar, bilinsin ki, bu şəxslər xidmətə yararlıdır, yararsızdır və ya məhdud yararlıdırlar.
Yəni yaşı 30-u keçənlərə SMS göndərilməsinin səbəbi onların ehtiyata buraxılması üçün sonuncu dəfə həkim müayinəsinə cəlb olunmasıdır. Ehtiyata buraxılarkən onların sağlamlıq durumu müəyyən edilməlidir".
Həqiqi hərbi xidmət yaşının 30-a endirilməsindən sonra bəziləri üçün qaranlıq qalan digər bir məsələ isə mətbuatda yer alan məlumatlarda müddətli həqiqi hərbi xidmətdə olmağın son yaş həddinin 31.5 yaş göstərilməsidir. Əhali arasında "həqiqi hərbi xidmətkeçmədə son yaş həddi" ilə "hərbi xidmətdə olmağın son yaş həddi" anlayışlarını səhv salıblar.
P.Sədrəddinov bu məsələyə də aydınlıq gətirib.
"Çağırış ayına qədər 30 yaşı tamam olan şəxslər (çağırış hər 3 aydan bir olur) əsgərliyə getmir. Çünki onun 30 yaşı artıq tamam olub. Əgər şəxs 30 yaşı tamam olan ildə əsgərliyə gedirsə, orta təhsillidirsə, o, 31.5 yaşda, ali təhsillidirsə, 31 yaşında tərxis olacaq.
Əvvəllər həqiqi hərbi xidmətkeçmənin son yaş həddi 35 idi. Yəni 35 yaşa qədər hərbi xidmətə çağırılırdısa və orta təhsillidirsə, 36.5 yaşında tərxis olurdu".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4445 Tarix: 14 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rəna Məmmədova vəzifəsindən azad olundu - ÖZƏL
Tovuz Rayon İcra Hakimiyyətinin Baş məsləhətçisi vəzifəsindən azad olunub. -ın məlumatına görə, bu, icra hakimiyyəti strukturlarında edilmiş dəyişikliklərlə bağlı olub. İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi ləğv edilib və onun yerinə Ərazi-təşkilat və ictimai-siyasi məsələlə
11 fevralNazir "qoca" ləqəbli polkovniki vəzifəsindən azad etdi (FOTO)
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi polkovnik Əliyev Mübariz Əli oğlu vəzifəsindən azad edilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafi
12 fevralSabah 18 dərəcə isti olacaq
Azərbaycanda fevralın 13-də havanın temperaturu 18 dərəcəyədək yüksələcək. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi gündüz arabi
12 fevralBakıda qadın sürücünün üzünə tüpürən "parkovşik" həbs edildi
Bakıda qadın sürücüyə sillə vurub üzünə tüpürən "parkovşik" həbs olunub. Qaynarinfo xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib. 1984-cü il təvəllüdlü C.V. xanım sürücü S.D. ilə mübahisə edib. Mübahisə C.V.-nin dayanma-durmanı qadağan edən nişanı sökərək, qanunsuz parklanma yerləri yaratmas
12 fevralGəncədə ana 40 günlük körpəsindən imtina etdi
Gəncədə ana 40 günlük qızından imtina edib. "Qafqazinfo" xəbər verir ki, körpəni anası Gəncə 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına gətirib və ondan imtina etdiyini deyərək körpələr evinə verilməsini istəyib. Hazırda körpə Uşaq Xəstəxanasındadır
11 fevralDönərxanada at əti qalmaqalı: Monqol gəncin iddiası müzakirə yaradır - VİDEO
İstanbulda fəaliyyət göstərən dönərxanalardan birində at əti təqdim edildiyini iddia edən monqol gəncin açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. xəbər verir ki, mövzu ilə bağlı video paylaşan gənc bildirib ki, ətin dadından fərqli olduğunu anlayıb, lakin Türkiyədə at ətinin qadağa
12 fevralOrxan Lökbatanlının ustadı çətin sınaq qarşısında (VİDEO)
ATV-də yayımlayan "Kəlmə-Kəlməyə" meyxana şousunda artıq ¼ mərhələnin 6-cı finalçısının adı bu həftə bəlli olacaq. xəbər verir ki, söz ustadlarının üz-üzə gəldikləri bu yarışmada ¼ final mərhələsinin növbəti iştirakçısı Aydın Hüseynov və Fariz Zeynalov arasında baş tutacaq cavab görüşündə bilinəcək
11 fevralNaxçıvanda bu yüksək vəzifə ləğv edildi
Naxçıvan Muxtar Respublikasında (MR) səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib. Report-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq fərman imzalayıb. Bundan sonra səhiyyə nazirinin iki müavini olacaq. Qeyd edək ki, hazırd
12 fevral"Qardaşım mənə ləkə yaxıb məhkəməyə verdi" - Efirdə AĞLADI - VİDEO
Aktrisa Sonaxanım Əliyeva "Tarixin bir günü" verilişində duyğusal anlar yaşayıb. xəbər verir ki, ailə qalmaqalları ilə sarsılan sənətçi qardaşı ilə yaşadığı gərgin münasibətlərdən danışarkən göz yaşlarına hakim ola bilməyib. Müğənni bildirib ki, anasının vəfatı ilə bağlı xəbəri ona ailə üzvlər
12 fevral