Nazirin "Azdrama"ya gedişinin detalları bilindi - Aktyorları dinlədi və...

Nazirin "Azdrama"ya gedişinin detalları bilindi - Aktyorları dinlədi və...Mədəniyyət naziri Adil Kərimlinin dünən Akademik Milli Dram Teatrının (Azdrama) aktyor heyəti ilə görüşünün bəzi detalları məlum olub.

Qaynarinfo-ya daxil olan məlumata görə, Adil Kərimli bir neçə gün öncə sözügedən teatrda bədii şuranın iclası zamanı baş verən insidenti də araşdırıb. Nazir baş verən qalmaqalla bağlı bir neçə Xalq artistinin fikrini öyrənib.

Aktyorların narazılıqlarını dinləyən cənab nazir də öz növbəsində onalara öz iradını bildirib və vurğulayıb ki, "Azdrama"da belə hadisələr yaşanmamalıdır. Adil Kərimli olayın dərindən araşdırılacağına da söz verib.

İclas zamanı teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə və direktor İlham Əsgərov dəfələrlə çıxış üçün söz istəsə də, Adil Kərimli onlara söz verməyib. Nazir onlara "sizinlə ayrıca görüşüb, müzakirə edəcəyik" deyib və "Azdrama"nı tərk edib.

Teatrın Əməkdar artisti Məsmə Aslanqızı Qaynarinfo-ya açıqlamasında bütün bunları təsdiqləyib:

Nazirin "Azdrama"ya gedişinin detalları bilindi - Aktyorları dinlədi və..."Nazir bütün teatrlara gedir, aktyorlarla görüş keçirir, ümumi vəziyyətlə, teatrda baş verən islahatlarla maraqlanır. Ən sonda ana teatr sayılan "Azdrama"ya gəldi və bizim heyətlə də görüşdü. Teatrda baş verənlərlə maraqlandı, aktyorları dinlədi. Amma Mehriban Ələkbərzadəyə söz verilmədi".

Görüşdə çıxış edən aktyorların Mehriban Ələkbərzadə ilə bağlı şikayətləri nə idi, onları bədii rəhbərdən narazı salan, uzaqlaşdıran səbəblər nədir?

Məsmə Aslanqızı deyib:

"30 ildir bu teatrda işləyirəm. Heç vaxt kənardan teatra gələn aktyor və aktrisaların əleyhinə olmamışam. Özüm də bu teatra 17 yaşımda gəlmişəm. Gənc nəslin teatra dəvəti mütləqdir. Çünki burada quruluş verilən tamaşalarda gənc rollar var. Onları kim oynamalıdır? Heç vaxt buna etirazım olmayıb, bu, rejissor və rəhbərliyin seçimidir. Mən buna normal yanaşıram. Bununla bağlı rəhbərlikdən şikayətim yoxdur. Amma məni və mənim kimi onlarla aktyoru narazı salan və qane etməyən bədii rəhbərin aşırı dərəcədə eqosu, narsistliyi, mənəm-mənəmliyi, "mənim teatrım, mənim otağım, mənim kreslom, mənim mükafatım" və s. kimi sözlər deməsidir. Mən... Mən... Nə qədər "mən" olar? Bu teatra gələn gündən ondan ancaq bunu eşidirik. Ayrıseçkilik, özündən müştəbehlik, əksər hallarda aktyorların bəziləri ilə kobud rəftar. Bu, Akademik Milli Dram Teatrına və xüsusi ilə də bədii rəhbərə yaraşmayan xüsusiyyətdir. Bədii rəhbər aktyorlarını dildə deyil, əməldə sevməlidir. Məsələn, Bələdiyyə Teatrının yaradıcısı rəhmətlik Amaliya Pənahovanın iş prinsipinə nəzər salaq. Onun kollektivi elə də böyük maaş almırdı. Bəzilərinə başqa teatrlardan təklif gəlirdi, amma getmirdilər. Çünki Amaliya xanımın doğma münasibətini görürdülər. Amaliya xanım dünyasını dəyişəndə teatrın aktyorları ağlamaq xətrinə ağlamırdılar. Səmimi, ürəkdən ağlayırdılar, içlərində olan iztirabı bildirirdilər. Bədii rəhbər belə olar. Aktyor nə istəyir? Qayğı və diqqət, hamıya eyni gözlə baxılamasını. Bədii rəhbər küyə getməməlidir, hamıya bir gözlə baxmalı, hamı haqqında öz fikri olmalıdır".

Məsmə Aslanqızı bildirib ki, bədii rəhbərin kollektivdə kimdənsə xoşu gəlməməsi təbiidir:

"Ola bilsin ki, onun məndən xoşu gəlmir. Bu o demək deyil ki, vəzifəsindən sui-istifadə edib kobud rəftar göstərəcək, yaradıcılığıma son qoyacaq. Xeyr, bu cür insan teatrı idarə edə bilməz. Xüsusilə insan özünü əsəbi vaxtda idarə edə, ağzından çıxan sözə hakim ola bilmirsə. Onun dediyi sözləri, təhqirləri dilimə gətirə bilmirəm. Mən utanıram, bədii rəhbərsə utanmır. İclasda çıxış etməmişəm, xəstə idim. Əvvəl getmək istəmədim, sonra getdim bir tərəfdə oturdum və dinlədim. Aktyorlardan bir neçəsi danışdı, onun rəftarı ilə bağlı nazirə fikirlərini bildirdilər".

"2023-cü ildə Teatr forumu keçirilirdi. Həmin vaxt forumda aktyorların bəziləri "bu teatrı ancaq Mehriban Ələkbərzadə qabağa apara bilər" demiş və onun bədii rəhbər təyin edilməsi ilə bağlı mədəniyyət nazirinə təkliflər vermişdilər. Mehriban Ələkbərzadə niyə etimadı doğrulda bilmədi" sualına əməkdar artistin cavabı belə olub:

"Gözləntilər yəqin ki, özünü doğrultmadı. Hamı kənardan yaxşı görünür. Amma içəri gələndə uyğunlaşmaq məsələsi var. Yəqin ki uyğunlaşa bilmədi. Kor-kor, gör-gör... Bunu hamı görür".


Sonxeber.az
Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 3539   Tarix: 17 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Afaq Bəşirqızı həyat yoldaşı ilə - FOTOLAR

Xalq artisti Afaq Bəşirqızının həyat yoldaşı Əhməd Təhməzovla fotosu yayılıb. xəbər verir ki, şəkli aparıcı Elgiz Əkbər İnstaqram hesabında yerləşdirib. Fotoda aktrisa və həyat yoldaşı yer alıb. Qeyd edək ki, A.Bəşirqızının Səmral adlı bir oğlu var

12 iyul 2021
.

XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimində Mehriban Əliyevanın təbrik məktubu oxunub - FOTO

İyulun 31-də Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı, təhsil və mədəniyyət nazirliklərinin, Bakı Musiqi Akademiyasının və "Gilan Holdinq"in dəstəyi ilə keçirilən XII Qəbələ Musiqi Festivalının rəsmi açılış mərasimi olub. APA-ya istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Azərbayca

31 iyul 2021
.

Xalq Artisti atası tərəfindən döyülüb - SƏBƏB

Xalq artisti Şamil Süleymanlı atası tərəfindən döyüldüyünü etiraf edib. axşam.az-a istinadən xəbər verir ki, aktyor bu haqda "Bizimləsən" proqramında danışıb. O, atasının onun aktyor olmasını istəmədiyini deyib:. "Atam yaxşı edib məni döyüb. Yanımızda tibb universitetinin rektoru yaşayır

23 iyun 2021
.

Vaqif Gərayzadədən ÜZÜCÜ XƏBƏR

Bəstəkar Vaqif Gərayzadə koronavirusa yoluxub. xəbər verir ki, bəstəkar ev şəraitində müalicə olur. V.Gərayzadənin səhhətində ciddi bir şey yoxdur, vəziyyəti yaxşıdır

27 avqust 2021
.

"İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev mənə deyirdilər ki, gəl bizimlə "yaşa""

Xalq artisti Tükəzban İsmayılova yolda məni görüb, üzümə bir şillə vurdu, mən də onu təpiklə vurdum. "Mənim sənətdə qarşımı İslam Rzayev, Həbib İsmayılov və Habil Əliyev kəsdi. Mənə deyirdilər ki, gəl bizimlə "yaşa", mən də o yolun yolçusu deyildim. Gözəl qız idim, amma evli deyildim

13 iyul 2021
.

Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTO

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

29 avqust 2021
.

Türkiyəyə aparılan Arif Babayevin SON DURUMU

Xalq artisti Arif Babayevin Türkiyədə müalicəsi davam etdirilir. xəbər verir ki, bu barədə xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, bildirib ki, sənətçi bir müddətdə Türkiyədə qalacaq: "Gəzməkdə və danışmaqda çətinlik çəkir, Vəziyyəti olduğu kimi qalır. Müalicə gedir, inşallah yaxşılığa doğr

5 iyul 2021
.

"Fəxri adlar alveri, hərcmərclik..." - Azər Qəribdən Operativ Qərargaha çağırış

Bizim vaxtlarımızda Bakının teatral həyatı çox parlaq idi. Yeni tamaşalar, dahi sənətkarlar, mənim həmyaşıdlarımdan soruşun, hamısı zamanında bütün teatrlarda olub". xəbər verir ki, bunu tanınmış teleaparıcı Azər Qərib deyib. O bildirib ki, sonra həyat çətinləşdi, 90-cı illər gəldi və teatral həya

22 avqust 2021
.

Azərbaycan xalçalarının daha geniş tanınması üçün QR kod sistemi tətbiq edilir - FOTO

"Azərxalça" ASC Azərbaycan xalçalarının daha geniş miqyasda tanınması üçün QR kod sistemi tətbiq edir. Toxunan xalçaların hər birinin arxasında xüsusi QR kodlar yerləşdiriləcək. Bu barədə -a "Azərxalça" ASC-nin mətbuat katibi Xatuna Abdullayeva məlumat verib. O bildirib ki, buna qədə

10 sentyabr 2021