Alla Puqaçovadan dost və düşmənlərinə MÜRACİƏT
Müğənni Alla Puqaçova ad günündən sonra "Instagram"da izləyiciləri ilə əlaqə saxlayıb.
Sonxeber.az Lent.az-a istinadən xəbər verir ki, məşhur sənətçi ad günü münasibətilə onu təbrik edən dostlarına və pərəstişkarlarına, həmçinin bu münasibətlə dünyanın müxtəlif ölkələrindən onu görməyə gələn insanlara təşəkkürünü bildirib. O, bayramın təşkil olunmasında ona yardım edənlərə də minnətdarlığını bildirib.
Sənətçi aprelin 15-də 76 yaşını qeyd edib. Müğənni qeyd edib ki, bayram çox gözəl və əla keçib.
Ulduz düşmənlərinə də təşəkkür edib.
"Siz mənə həyatı müxtəlif rənglərlə boyamağa imkan verirsiniz, mən isə, əlbəttə, daxilən bir rəssamam... Bu rəsm isə daim dəyişir. Mənə çox maraqlıdır ki, həyat onu sonra necə çəkəcək. Təşəkkür edirəm sizə!" - o bildirib.
Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra Alla Puqaçova həyat yoldaşı Maksim Qalkin (Rusiya tərəfindən xarici agent kimi tanınıb) və uşaqları ilə birlikdə Rusiyanı tərk edib və İsrailə köçüb. Rusiyanı tərk etdikdən sonra və əri kimi onun da "xarici agentlər" siyahısına salınması çağırışlarına cavab olaraq, sənətçi tənqidçilərinə və ona qarşı olanlara müraciət edib. Onun sözlərinə görə, əvvəllər onu sevməyən insanlar "xolop idilər, indi isə kölə olublar".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tolikə də "iPhone 18 Pro Max" hədiyyə edildi, amma...
Prodüser Tarix Əliyevə (Tolik) "iPhone 18 Pro Max" hədiyyə olunub. Prodüser bu barədə sosial media hesabında paylaşım edib. Tolik qara rəngli telefon istədiyini, lakin ona tünd qırmızı rəngli cihaz hədiyyə edildiyini bildirib. Bir müddət əvvəl müğənnilər Vəfa Şərifova və Afət Fərmanqızı, eləc
11 oktyabrAyan Babakişiyeva: "Sevdiyim şəxsi qorumaq üçün ondan vaz keçmişəm"
Müğənni Ayan Babakişiyeva "Sevilən səhər" verilişində şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib. xəbər verir ki,sənətçi sevgi anlayışına fərqli yanaşdığını bildirib. O, bəzən sevdiyin insanın yaxşılığı üçün ondan uzaqlaşmağın vacib olduğunu deyib:. "Bəzən sevmək hər zama
10 oktyabrAna olduqdan 9 ay sonra öldü
Müğənni Castin Biberin keçmiş sevgilisi, model Sahara Ray narkotik maddənin həddindən artıq dozada qəbul edilməsindən ölüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 34 yaşlı Sahara Ray oktyabrın 16-sı böyük dozada narkotik maddə qəbu
20 oktyabrÖvladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. xəbər verir bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən, keçmiş model 7 ay 15 gün müddətinə həbs cəzasına məhkum olunub. Hadis
11 oktyabrBayhan dinini dəyişib?
Uşaqlıq illərini Almaniyada keçirən türkiyəli müğənni Bayhan dinini dəyişdirməsi ilə bağlı iddialara aydınlıq gətirib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk tanıdığı dinin xristianlıq olduğunu bildirdikdən sonra müzakirələrə səbəb olan sənətçi yanlış anlaşıldığını vurğulayı
17 oktyabr"Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur" - Lalə Məmmədova
Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib. Sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb. "Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olmas
10 oktyabr