Cütlüklərin 90 faizinin qarşılaşdığı 10 problem

Cütlüklərin 90 faizinin qarşılaşdığı 10 problemƏlaqələrdə hər kəs öz serialının baş qəhrəmanıdır – ehtiraslı anlar, münaqişələr və xoşbəxt sonluqla. Ancaq bəzi çətinliklər istənilən cütlükdə – istər bir ildir birlikdə olun, istərsə də iyirmi – labüddür. Əsas məsələ panikaya düşməmək və çıxış yolları axtarmaqdır.

Lent.az bununla bağlı məlumatları təqdim edir:

1. Emosional yaxınlığın azalması

Əvvəllər saatlarla söhbət etdiyiniz insanla indi yalnız "necəsən?" kimi gündəlik suallar qalıb.

Nə etməli?

Telefon, televizor və sosial şəbəkələrsiz ünsiyyət üçün xüsusi vaxt ayırın. Bir-birinizi yalnız gündəlik məsələlər haqqında yox, həm də arzular, hisslər və gələcək planlar barədə dinləyin.

2. Yaxın münasibətlərdə monotonluq

Vaxt keçdikcə ehtiras sönə və yaxınlıq adiləşə bilər.

Nə etməli?

Arzular barədə açıq danışın, təcrübədən qorxmayın. Romantik görüşlərdən tutmuş fantaziyalar barədə dürüst söhbətlərə qədər yeniliklərə açıq olun.

3. Maliyyə ilə bağlı fikir ayrılıqları

Biri Maldivə istirahətə getmək istəyir, digəri isə yeni soyuducu almaq.

Nə etməli?

Ümumi və şəxsi xərcləri müəyyən edin. Maliyyə məqsədlərinizi birlikdə müzakirə edib, ortaq büdcə planı hazırlayın.

4. Uşaqların tərbiyəsi ilə bağlı fərqli baxışlar

Siz intizam tərəfdarısınız, partnyor isə uşağın öz yolunu tapacağına inanır.

Nə etməli?

Uşaqlara hansı dəyərləri ötürmək istədiyinizi müzakirə edin. Hər iki tərəfi qane edəcək ümumi qaydalar formalaşdırın.

5. Diqqət çatışmazlığı

Partnyor daim işdə və ya telefonda məşğuldur, siz isə diqqətdən kənarda qalırsınız.

Nə etməli?

Tələblərinizi açıq şəkildə ifadə edin. Niyə daha çox vaxt keçirməyin sizin üçün vacib olduğunu izah edin.

6. Qısqanclıq və etimadsızlıq

Partnyorun kimə "like" verdiyini izləyirsiniz? Gizlicə telefonunu yoxlayırsınız?

Nə etməli?

Etibar səmimi söhbətlərlə qurulur. Əgər qısqanclıq öz güvənsizliyinizlə bağlıdırsa, öz özünə inam üzərində işləməyə dəyər.

7. Fərqli həyat məqsədləri

Siz böyük şəhərdə karyera qurmaq istəyirsiniz, partnyor isə kənddə yaşayıb keçi saxlamaq arzusundadır.

Nə etməli?

Kompromis axtarın. Arzularınızı birləşdirmək və ya bir-birinizi dəstəkləməyin yollarını düşünün.

8. Dəstək və anlayışın olmaması

Partnyor sizi eşitmir və ya hisslərinizi vecinə almır.

Nə etməli?

Aktiv dinləməni tətbiq edin – sadəcə qulaq asmayın, həm də anlayış göstərin. Partnyora onun hisslərinin sizin üçün önəmli olduğunu göstərin.

9. Ev işlərinə fərqli yanaşma

Zibili kim atacaq? Kim yemək bişirəcək?

Nə etməli?

Vəzifələri paylaşın və ya qrafik hazırlayın. Əgər bu məsələlər çox mübahisəyə səbəb olursa, kənardan kömək də düşünə bilərsiniz – məsələn, təmizlik xidmətindən istifadə etmək.

10. Kommunikasiya problemləri
Danışırsınız, amma sizi eşitmirlər. Hər söhbət mübahisə ilə bitir.

Nə etməli?

Düşcələrinizi ittiham etmədən ifadə etməyi öyrənin. "Mən belə hiss edirəm…" kimi cümlələr istifadə edin, "Sən həmişə…" demək əvəzinə. Mübahisə etməyə yox, həll tapmağa fokuslanın.

Möhkəm münasibətlərin əsas sirri

"Unutmayın ki, partnyorunuz düşmən deyil. Problemlər – çıxılmaz vəziyyət yox, birlikdə aşılacaq sınaqdır. Sevgi – təkcə qarnınızda kəpənəklər deyil, həm də öz üzərinizdə, partnyorunuzla və münasibətiniz üzərində gündəlik işləməkdir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 742   Tarix: 21 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq

Yuyulma başa çatdıqdan sonra paltaryuyan maşının qapağını dərhal bağlamaq kiflənməyə səbəb olur, uzun müddət açıq saxlamaq isə maşını zədələyir. xəbər verir ki, mütəxəssislər və məişət texnikası istehsalçıları ideal havalandırma müddətini və edilən kritik səhvləri açıqlayıblar. Dərhal bağlamaq və daim

11 oktyabr
.

Ağıllı insanı necə tanımaq olar? - 3 əsas xüsusiyyət

Həqiqətən ağıllı insanlar öz intellektləri ilə öyünərək diqqət çəkməyə çalışmırlar. Bunu edənlər isə əslində düşündükləri qədər çox şey bilməyə bilərlər. Əksinə, olduğundan daha ağıllı olan insan bunu davranışları ilə nümayiş etdirir. Belə insanlar təvazökar və sakit olmaqla yanaşı, həm başqalarını

15 oktyabr
.

Azərbaycanda ən gənc müəllimin neçə yaşı var?

2026-cı il üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərdən ən gəncinin 19, ən yaşlı müəllimin isə 81 yaşı var. AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib

4 oktyabr
.

Zaman artıq nüvə ilə ölçüləcək - Yeni saat növü yaradıldı

Alimlər işıqla atom nüvəsi arasındakı qarşılıqlı təsirləri izləyərək vaxtı ölçən ilk işlək nüvə saatlarını hazırlayıblar. Yeni texnologiyanın gələcəkdə atom saatlarının dəqiqliyini üstələyə biləcəyi bildirilir. "Qafqazinfo" xəbər verir ki, 70 ildən çoxdur istifadə olunan atom saatları elektronları

8 oktyabr
.

Evdəki plastik qablara diqqət: Zədələnmiş qabları dərhal atın

Mütəxəssislər mətbəxlərdə qida saxlamaq üçün geniş istifadə edilən plastik qablarla bağlı vacib xəbərdarlıq ediblər. Qabyuyan maşında yüksək temperatura məruz qalan, mikrodalğalı sobada istifadə olunan və ya səthi cızılan plastik qabların qidaya kimyasal və mikroplastik sızdırdığı bildirilib. xəbər veri

10 oktyabr
.

Pulsuz internet rahatlıqdır, yoxsa məlumatlar üçün risk? - Video

Bakının müxtəlif yerlərində - restoranlarda, hotellərdə və digər obyektlərdə pulsuz və ya şifrəsiz "Wi-Fi" şəbəkələrinə rast gəlmək mümkündür. Lakin bir neçə saniyə ərzində qoşulduğumuz belə şəbəkələrdən ehtiyatsız istifadə şəxsi və maliyyə məlumatlarımız üçün təhlükə yarada bilər. xəbər veri

4 oktyabr
.

Havasını çıxartdınız, amma radiator yenə soyuqdur? - Bu kiçik detalı yoxlayın

İstilik mövsümü başlayandan sonra radiator qızmırsa, dərhal yenidən havasını çıxarmağa tələsməyin. İsti suyun sistemdə normal dövr etməməsinin bir neçə səbəbi ola bilər. Radiatorun havasını çıxardıqdan sonra o yenə də soyuq qalırsa, proseduru dərhal təkrarlamaq lazım deyil. Problem. ümumiyyətlə, hav

11 oktyabr
.

Uşaqları kitab oxumağa necə cəlb etmək olar? - Psixoloqdan mühüm tövsiyələr

"Kitablara maraq yalnız oxumaq bacarığının mənimsənilməsi ilə yaranmır. Əsas məsələ uşağın kitabları yeni məlumatlar əldə etmək və düşünmək üçün vasitə kimi qəbul etməsidir". xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında psixoloq Darya Misiyukova bildirib. Mütəxəssisin sözlərinə görə

11 oktyabr
.

Hündürdaban ayaqqabıları əvvəl kişilər geyinib - Maraqlı tarixçə

Bu gün qadın dəbinin simvollarından sayılan hündürdaban ayaqqabılar vaxtilə kişi qarderobunun bir hissəsi olub. Onlar əvvəlcə at sürməyi asanlaşdırıb, daha sonra isə var-dövlət və nüfuz göstəricisinə çevrilib. xəbər verir ki, ilk dabanlı ayaqqabıların Qərbi Asiyada yarandığı ehtimal olunur. Dabanın prakti

11 oktyabr