Sizi kino qəhrəmanı kimi hiss etdirəcək maşınlar - Məşhur filmlərdən avtomobillər hərraclarda

Sizi kino qəhrəmanı kimi hiss etdirəcək maşınlar - Məşhur filmlərdən avtomobillər hərraclardaAvtomobillər müxtəlif filmlərdə mühüm rol oynayır, bəzi hallarda isə bütün süjet onların ətrafında qurulur. Bu zaman bütün maşınlar çəkiliş prosesindən salamat çıxmır, çünki onların çoxu kaskadyor səhnələri zamanı məhv edilir. Lakin hətta daha şanslı nüsxələrin də çəkilişlərdən sonra yeri adətən zibilxanalar olur.

Bununla belə, bəzi dördtəkərli "ulduzlar" sıradan çıxmır, bərpanı gözləyir və dəfələrlə əldən-ələ keçir. Beləliklə, bəzən hərraclarda məşhur filmlərin personajlarının sürdüyü nəqliyyat vasitələri peyda olur.

Oxu.Az həmin avtomobillərdən bəzilərini təqdim edir.

Buggy

"Furious 7" filmində Ceyson Steytemin personajının sürdüyü maşın 40 750 dollara hərraca çıxarılıb.

"Lamborghini Countach 25th Anniversary Edition"

Martin Skorsezenin "The Wolf of Wall Street" filmindəki superkar Nyu-Yorkda 1 655 000 dollara satılıb.

"Nissan GT-R Nismo GT3"

"Gran Turismo" oyunu əsasında çəkilmiş filmdəki avtomobil hərraca çıxarıldı. Film yarış simulyatorları oynamaqla karyerasına başlayan britaniyalı pilot Yann Mardenboronun hekayəsinə həsr olunub.

"Aston Martin V8"

Hərracda Ceyms Bondun "reaktiv sürətləndirici" ilə avtomobilinin alıcısı çıxmayıb. 1973-cü ildə istehsal edilmiş nümunə 1987-ci ildə çəkilmiş " The Living Daylights" filminin çəkilişlərində iştirak etmişdi.

"De Tomaso Pantera"

1972-ci ildə istehsal edilmiş avtomobil üçün 111 100 dollar ödənildi. "Furious" franşizasının beşinci filmində Dominik Toretto və Brayan Okonnor bu maşını qatardan oğurlamışdılar.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 974   Tarix: 23 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pulsuz "Wi-Fi" sizə baha başa gələ bilər - Səbəb

Bakıda restoran, hotel və digər ictimai məkanlarda parolsuz "Wi-Fi" şəbəkələrindən istifadə geniş yayılıb. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, belə şəbəkələrə ehtiyatsız qoşulmaq şəxsi və maliyyə məlumatlarının ələ keçirilməsi ilə nəticələnə bilər. xəbər verir ki, Baku TV-nin sorğusund

3 oktyabr
.

Elmi ekspedisiya kabusa çevrildi: "Mağara" filminin sirli dünyası

2005-ci ildə ekranlara çıxan "The Cave" (Mağara) macəra, elmi-fantastika və qorxu janrlarını bir araya gətirən filmlərdəndir. İllər keçməsinə baxmayaraq, yeraltı mağaralarda keçən gərgin süjeti ilə qorxu həvəskarlarının marağını qoruyub saxlayır. xarici mediaya istinadən film barədə məluma

28 sentyabr
.

Bacısının toyunda əsgər qardaşının sürprizi - VİDEO

Əsgər qardaşının bacısına etdiyi sürpriz sosial şəbəkələrdə maraq doğurub. -ın məlumatına görə, toy mərasimi zamanı gözlənilməz hadisə yaşanıb. Hərbi xidmətdə olan qardaş bacısının ən xoş günündə onu tək qoymayıb. O, hərbi formada qəfil toy məclisinə gələrək bacısına sürpriz edib. Qardaşını qarşısınd

3 oktyabr
.

iPhone 18 Pro-da ciddi problemlər aşkarlandı

"Apple" yeni "iPhone" modellərində aşkarlanan bir sıra texniki problemləri aradan qaldırmaq üçün iOS 27.0.1 yeniləməsini təqdim edib. Yeniləmənin əsasən "iPhone 18 Pro" və "18 Pro Max" modellərindəki nasazlıqları düzəltdiyi bildirilir. xəbər verir ki, yeniləm

29 sentyabr
.

Yataq dəstlərini yumşaldan sadə üsul

Yataq dəstlərinin yuyulduqdan sonra daha yumşaq və təravətli olması üçün mütəxəssis paltaryuyan maşının barabanına mətbəxdə olan sadə vasitələrdən birini əlavə etməyi məsləhət görür. bu üsulu təqdim edir:. Zaman keçdikcə yataq dəstləri sərtləşə, əvvəlki təravətini itirə və xoşagəlməz qoxuları özünə çək

4 oktyabr
.

Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil

Bıçaq dəyəndə içi qarpız kimi qıpqırmızı çıxan bu meyvə dünyada təkcə bir yerdə bitir. Başqa torpağa əkildikdə bütün xüsusiyyətini itirib ağaran meyvəni pulla belə satın almaq olmur. xəbər verir ki, İtaliyanın şimalında, Florensiyadan iki saatlıq məsafədə yerləşən Apenin dağlarının ətəklərində salınmı

3 oktyabr
.

Sanki yıxılırsınız: Yuxuya gedərkən bədən niyə qəfil diksinir?

Yuxuya gedərkən insanı qəfil oyadan bu ani diksinmənin elmi adı hipnik sıçrayışdır. Bu, əsasən qol və ya ayaq əzələlərinin qeyri-iradi yığılmasıdır və yıxılma hissi, ürəkdöyünmə və ya görüntülərin qısa müddətli canlanması ilə müşayiət oluna bilər. Qaynarinfo xəbər verir ki, bu barədə "Science Blog"

29 sentyabr
.

Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün

Paltaryuyan maşınınızın qapağını hər dəfə açanda narahatedici qoxu gəlirsə, tək deyilsiniz. İçəridə yığılan rütubət və yuyucu vasitə qalıqlarının yaratdığı kif paltarların da təmiz qoxusuna mane olur. Lakin bahalı təmizlik məhsullarına külli miqdarda pul xərcləmədən də bu problemi kökündən həll etmə

4 oktyabr
.

Smartfonların sürətli şarj edilməsinin sirri

Smartfonların şarj sürəti yalnız adapterin gücündən asılı deyil. Kabelin keyfiyyəti, cihazın texniki xüsusiyyətləri və xarici amillər də bu prosesə təsir göstərir. xəbər verir ki, bu barədə "BGR" portalı məlumat verib. Portalın redaktoru Marineli Siqenin sözlərinə görə, smartfonu sürətli şar

4 oktyabr