Bred Pitt özündən 29 yaş balaca sevgilisinə evlilik təklif etdi
Məşhur amerikalı aktyor Bred Pitt üçüncü dəfə evlənmək istəmədiyini bildirsə də, fikrini dəyişib. Məlum olub ki, Ancelina Coli ilə qalmaqallı boşanmasına baxmayaraq, aktyor yenidən ailə qurmaq qərarına gəlib və artıq seçdiyi qadına — zinət əşyaları dizayneri 32 yaşlı İnes de Ramona evlilik təklifi edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, cütlüyün münasibətləri üç il əvvəl başlayıb və nəhayət, yeni mərhələyə keçib.
Hollivud ulduzu sevgilisinə evlilik təklifini Yeni Zelandiyaya altı həftəlik film çəkilişlərinə yola düşməzdən əvvəl edib. Pitt nəhayət ki, keçmiş həyat yoldaşı Coli ilə bağlı xatirələri arxada qoyub və yeni evliliyə hazırdır.
"Ciddi və sonsuz görünən Ancelina ilə boşanmanın ardından, Bred nəhayət ki, özünü azad hiss edir. O istəyir ki, İnes bilsin: haraya getsə də, həmişə onun yanında olacaq", — deyə cütlüyə yaxın mənbə bildirib.
Evlilik təklifi onların münasibətlərinə çox müsbət təsir edib. İnsayderlərin sözlərinə görə, bu addımdan sonra Bred İnesə daha çox qayğı və sevgi göstərməyə başlayıb. O, ondan bir an belə ayrılmaq istəmir, buna görə də cütlük birlikdə çəkilişlər üçün dünyanın o biri başına yollanıb.
"Bred bilir ki, İnes onun boşanma prosesini çox ağır keçirib və bu müddət ərzində ona dəstək olmağa davam edib. Bred bunu çox yüksək qiymətləndirir", — deyə insayderlər əlavə ediblər.
Məşhurlar bu ilin yayının sonunda və ya payızın əvvəlində toy etməyi planlaşdırırlar. Onlar yalnız ailə üzvlərini, dostları və bəzi Hollivud ulduzlarını dəvət edəcəkləri kiçik bir mərasim keçirmək istəyirlər.
Qeyd edək ki, bu, Pitt üçün artıq üçüncü evlilik olacaq. Onun ilk həyat yoldaşı "Dostlar" serialının ulduzu Cennifer Aniston olub. Onlar 2000-ci ildə evlənmiş, lakin beş il sonra boşanmışdılar. Ancelina Coli ilə münasibətləri isə 11 il davam etmişdi. Cütlük 2014-cü ildə evlənmiş, lakin iki il sonra ayrılmağa qərar vermişdi. 2019-cu ildə boşanmaq üçün məhkəməyə müraciət etmişdilər və yalnız keçən ilin sonunda boşanma sənədlərini rəsmi imzalamışdılar. Onların altı ortaq övladı var.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Naibə Allahverdiyeva xəstəxanadan evə buraxıldı
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanadan evə buraxılıb. Bu barədə aktrisanın özü Qaynarinfo-ya açıqlamasında məlumat verib. O, həmin gecə qan təzyiqinin həddindən artıq yüksəldiyini və özünü pis hiss etdiyini bildirib:. "Təzyiqim 200-dən yuxarı idi, özümü pis hiss edirdim. Təcili yardıml
26 oktyabr25 milyonluq malikanəsi əlindən alına bilər
Hollivud ulduzu Ceyson Steytem İngiltərənin cənubunda yerləşən malikanəsindəki qonaq evini itirmək təhlükəsi ilə üzləşib. Axşam.az xəbər verir ki, aktyor və sevgilisi Rouzi Hantinqton-Uaytli Nyü-Forest Milli Parkının rəhbərliyi tərəfindən tikinti qaydalarını pozmaqda ittiham olunublar. Bu barədə "Th
17 oktyabrBacısı ilə davasından danışıb ağladı - Video
Türkiyəli müğənni Hadisə Anas Bukhaşın aparıcılıq etdiyi ABtalks adlı "YouTube" proqramının qonağı olub. "Qafqazinfo" xəbər verir ki, sənətçi verilişdə şəxsi həyatı, ailəsi və karyerasının ən çətin dövrləri ilə bağlı açıqlamalar verib. O, 2018-ci ildə menecerliyini edən bacısı Hüly
14 oktyabr"MasterChef Türkiyə"də çəkilişlər dayandırıldı - SƏBƏB
Türkiyənin məşhur "MasterChef Türkiye" yarışmasının çəkilişləri studiyanı su basması səbəbindən müvəqqəti dayandırılıb. xəbər verir ki, İstanbulda yağan güclü yağış nəticəsində yarışmanın çəkildiyi studiyada su basması baş verib. Bu səbəbdən çəkiliş meydançasına və texniki avadanlıqlara ziya
24 oktyabrAtilla Taşdan ürəkdağlayan fəryad - (Video)
Türkiyəli müğənni Atilla Taşın 34 yaşlı qızı Sezen Taş son mənzilə yola salınıb. xəbər verir ki, Mersinin Erdemli rayonunda istirahət kompleksinin 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirən Sezen Taş Mezitli qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində mərhumun yaxınları göz yaşlarına hakim ol
10 oktyabrAna olduqdan 9 ay sonra öldü
Müğənni Castin Biberin keçmiş sevgilisi, model Sahara Ray narkotik maddənin həddindən artıq dozada qəbul edilməsindən ölüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 34 yaşlı Sahara Ray oktyabrın 16-sı böyük dozada narkotik maddə qəbu
20 oktyabr"Sənət öyrədib, reklam etdiklərimin xəyanəti..."
Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə xəyanətlə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni xalqın sevgisini hər an hiss etdiyini bildirib. Sənətçi illərlə reklam edərək sənətin elit təbəqəsinə çatdırdığı insanların xəyanətinə baxmayaraq, tamaşaçı sevgisinin onun üçün xüsusi olduğun
24 oktyabr