Pezeşkian: "Tramp bir tərəfdən sülhdən danışır, digər tərəfdən hədə-qorxu gəlir"
ABŞ Prezidenti Donald Trampın güc tətbiq etmək təhdidlərinə baxmayaraq, İran Vaşinqtonla danışıqları davam etdirməyə hazırdır.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə İran Prezidenti Məsud Pezeşkian Hərbi Dəniz Qüvvələrinin rəhbər heyəti ilə görüşü zamanı bildirib.
O bununla yanaşı, ölkəsinin dinc atom enerjisini inkişaf etdirmək hüququndan heç vaxt imtina etməyəcəyini vurğulayıb.
"Bir tərəfdən Tramp regionda sülhdən danışır, digər tərəfdən isə bizə hədə-qorxu gəlir və deyir ki, onun görünməmiş zorakılıq alətləri var. Biz hansı sözlərinə inanaq - sülh çağırışlarına, yoxsa məhv və zorakılıq təhdidlərinə? Biz müharibə istəmirik, lakin təhdidlərdən də qorxmuruq," - deyə dövlət başçısı bəyan edib.
İran lideri əlavə edib ki, ölkə danışıqlara açıqdır, lakin hərbi, elmi və nüvə sahələrində əldə edilmiş nailiyyətlərdən heç vaxt geri çəkilməyəcək.
"Biz düşmənin təhdidlərinə və təhqirlərinə boyun əyməyəcəyik. Biz demək istəyirik ki, öz mövqeyimizi qorumaq gücünə malikik," - deyə o vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 594 Tarix: 17 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qurban kəsimi rəsmən qadağan edildi - Bu ölkədə
Qurban bayramına sayılı günlər qalmış bəzi ölkələrdə dini qaydalara uyğun qurban kəsiminə tətbiq edilən məhdudiyyətlər yenidən gündəmə gəlib. -a istinadən xəbər verir ki, heyvan rifahı qanunları, ictimai asayiş və iqtisadi səbəblərlə müxtəlif tətbiqlərin həyata keçirildiyi bəzi ölkələrdə qurban kəsim
23 maySeneqal Prezidenti Baş naziri istefaya göndərib
Seneqal Prezidenti Bassiru Diomaye Faye fərmanla Baş nazir Usman Sonkonu işdən çıxarıb. "Report"un məlumatına görə, fərman RTS telekanalının efirində oxunub. Yeni hökumət başçısının təyin olunma vaxtı və namizədin adı hələ açıqlanmayıb. "Dakaractu" xəbər portalı qeyd edib ki, Sonkonu
23 maySakit okeandakı vulkan püskürməsinin iqlimə təsirləri - Elmi araşdırma
Alimlər 2022-ci ildə "Hunga Tonga-Hunga Ha'apai" sualtı vulkanının püskürməsinin atmosferə gözlənilməz təsir göstərdiyini aşkar ediblər. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Yeni tədqiqata görə, kütləvi püskürmə istixana effekti yaradan metan qazının parçalanmasın
24 mayDanimarkada yeni hökuməti formalaşdırmaq mümkün olmayıb
Danimarkada Liberal Partiyanın lideri Troels Lund Poulsen yeni hökumətin formalaşdırılması barədə razılığa gələ bilməyib. "Report"un "Ritzau" agentliyinə istinadən xəbərinə görə, siyasətçi danışıqların uğursuzluğu barədə Kral X Frederikə məlumat verəcəyini bildirib. Liberal Partiyanı
24 mayTürkiyədə sərnişin avtobusunun aşması nəticəsində 46 nəfər xəsarət alıb
Türkiyənin Çanaqqala vilayətində sərnişin avtobusunun aşması nəticəsində 46 nəfər xəsarət alıb. "Report" bu barədə "İxlas" Xəbər Agentliyinə istinadən xəbər verir. Məlumata görə, Ankara-Çanaqqala marşrutu ilə hərəkət edən avtobus Biqa rayonunun girişində idarəetmədən çıxaraq aşıb
24 mayXərçəngə qalib gəldi - Belə QEYD ETDİ - VİDEO
Türkiyədə xərçəng xəstəliyinə qalib gələn Elif Tekir sağalmasını fərqli və duyğusal şəkildə qeyd edib. xəbər verir ki, o, avtomobilinin arxa hissəsinə "Mən xərçəngə qalib gəldim, qeyd etmək üçün siqnal verin" sözlərini yazaraq yola çıxıb. Maraqlı təşəbbüs digər sürücülərin də diqqətini çəkib
23 mayPakistan tezliklə ABŞ-İran danışıqlarına ev sahibliyi edəcəyinə ümid edir
Pakistan tezliklə ABŞ və İran arasında yeni danışıqlar mərhələsinin keçiriləcəyi məkana çevrilməyə ümid edir. "Report" xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif bildirib. "Pakistan sülh səylərini son dərəcə səmimiyyətlə davam etdirəcək və ümid edirik ki, danışıqların növbət
24 may