Misir Prezidenti Trampdan Qəzzada sülhə nail olmaq üçün səy göstərməsini xahiş edib
ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəs sazişinə nail olmaq üçün səylərini əsirgəməməli və bütün maraqlı tərəflərə təzyiq göstərməlidir.
"Report" TASS-a istinadən xəbər verir ki, Misir lideri Əbdül Fəttah əs-Sisi belə çağırışla Bağdadda Ərəb Dövlətləri Liqasının 34-cü sammitinin açılışında çıxış edib.
"Mən Prezident Trampa müraciət edirəm: Qəzzada atəşkəs sazişinə nail olmaq üçün bütün lazımi səyləri göstərməyiniz və münaqişə tərəflərinə təzyiq etməyiniz vacibdir. Bu, Vaşinqtonun vasitəçiliyi və himayəsi altında keçiriləcək və regional vəziyyətin yekun nizamlanmasına gətirib çıxaracaq ciddi siyasi prosesin başlanğıcı olacaq", - o bildirib.
Misir Prezidenti hazırkı siyasi vəziyyətlə ötən əsrin 70-ci illəri arasında paralel aparıb, o zaman ABŞ "Misir və İsrail arasında sülhün bağlanmasında da tarixi rol oynamışdı".
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 470 Tarix: 17 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşEstoniya Baş nazirinin reytinqi tarixi minimuma çatıb
Estoniyanın Baş naziri Kristen Mixalın reytinqi iyunda 4 %-ə düşüb ki, bu da ölkədəki ən aşağı göstəricilərdən biridir. "Report" xəbər verir ki, bu, "Delfi"nin sifarişi ilə "Turu-uuringute AS" şirkətinin keçirdiyi sorğunun nəticələrində öz əksini tapıb. Mixala dəstəyin əvvəlk
5 iyulPaşinyan Rusiyaya getdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə yola düşüb. Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Nazirlər Kabinetinə istinadən məlumat yayıb. N.Paşinyan Yekaterinburqda "İnnoprom-2026" sərgisində iştirak edəcək. Səfər çərçivəsində onun Rusiyanın Ba
6 iyulMerts onu tənqid edənləri "deyingən" adlandırdı
Almaniya kansleri Fridrix Merts hökumətin islahat kursunu dəstəklədiyini bəyan edib və tənqidçilərin kənara çəkilməli olduğunu bildirib. TASS-a istinadən xəbər verir ki, kansler bu fikirləri Düsseldorfda keçirilən Xristian-Demokrat İttifaqının (XDI) yerli təşkilatının qurultayında səsləndirib. "Kultura
5 iyulHamıdan sonra o gəldi - Video
Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində Prezident Kompleksində təşkil olunan rəsmi şam yeməyinə son qatılan lider İtaliyanın Baş naziri Corciya Meloni olub. "Qafqazinfo" xəbər verir ki, Melonini Prezident Kompleksində Türkiyənin Vitse-prezidenti Cevdet Yılma
8 iyulHindistanın cənubunda qayıq qəzasında altı balıqçı itkin düşüb
Hindistanın cənub-şərqindəki Andxra-Pradeş ştatının Vizak sahillərində qayığın aşması nəticəsində altı balıqçı itkin düşüb. "Report" xəbər verir ki, bu barədə "Press Trust of India" məlumat yayıb. Qayıqda olan yeddi balıqçı iyulun 1-də balıq ovuna çıxıb. Ehtimal olunur ki, qayıq fırtın
5 iyul