Meksika xəstəliklə əlaqədar Braziliyadan quş əti idxalını dayandırıb
Meksika Braziliyada yüksək patogenli quş qripinin (H5N1 ştammı) təsdiqlənmiş epidemiyası səbəbindən bu ölkədən quş əti məhsullarının idxalını müvəqqəti dayandırır.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Meksikanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
"Meksika Braziliyadan gələn toyuq əti, inkubasiya yumurtaları və diri quşların, eləcə də digər quşçuluq məhsullarının idxalını müvəqqəti olaraq dayandırır", - nazirliyin saytında yerləşdirilən məlumatda deyilir.
İdxalın məhdudlaşdırılması qərarı quşçuluq sənayesini qorumaq və virusun ölkəyə daxil olmasının qarşısını almaq məqsədilə qəbul edilib.
Bundan əvvəl Çin Braziliyadan toyuq idxalına 60 günlük qadağa qoyub.
Xəstəlik mayın 15-də Rio-Qrande-du-Sul əyalətindəki quşçuluq fermasında aşkar edilib və bu, Braziliyanın ticarət sektorunda ilk yoluxma hadisəsi olub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 522 Tarix: 18 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Estoniya Baş nazirinin reytinqi tarixi minimuma çatıb
Estoniyanın Baş naziri Kristen Mixalın reytinqi iyunda 4 %-ə düşüb ki, bu da ölkədəki ən aşağı göstəricilərdən biridir. "Report" xəbər verir ki, bu, "Delfi"nin sifarişi ilə "Turu-uuringute AS" şirkətinin keçirdiyi sorğunun nəticələrində öz əksini tapıb. Mixala dəstəyin əvvəlk
5 iyulPaşinyan Rusiyaya getdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə yola düşüb. Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Nazirlər Kabinetinə istinadən məlumat yayıb. N.Paşinyan Yekaterinburqda "İnnoprom-2026" sərgisində iştirak edəcək. Səfər çərçivəsində onun Rusiyanın Ba
6 iyulMerts onu tənqid edənləri "deyingən" adlandırdı
Almaniya kansleri Fridrix Merts hökumətin islahat kursunu dəstəklədiyini bəyan edib və tənqidçilərin kənara çəkilməli olduğunu bildirib. TASS-a istinadən xəbər verir ki, kansler bu fikirləri Düsseldorfda keçirilən Xristian-Demokrat İttifaqının (XDI) yerli təşkilatının qurultayında səsləndirib. "Kultura
5 iyulHamıdan sonra o gəldi - Video
Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində Prezident Kompleksində təşkil olunan rəsmi şam yeməyinə son qatılan lider İtaliyanın Baş naziri Corciya Meloni olub. "Qafqazinfo" xəbər verir ki, Melonini Prezident Kompleksində Türkiyənin Vitse-prezidenti Cevdet Yılma
8 iyulHindistanın cənubunda qayıq qəzasında altı balıqçı itkin düşüb
Hindistanın cənub-şərqindəki Andxra-Pradeş ştatının Vizak sahillərində qayığın aşması nəticəsində altı balıqçı itkin düşüb. "Report" xəbər verir ki, bu barədə "Press Trust of India" məlumat yayıb. Qayıqda olan yeddi balıqçı iyulun 1-də balıq ovuna çıxıb. Ehtimal olunur ki, qayıq fırtın
5 iyul