"Komedixana" ulduzları toylara neçəyə gedir? — Şou-biznesdə qiymət siyahısı
Azərbaycan şou-biznesində uzun illərdir ki, toy bazarı təkcə müğənnilərin deyil, həm də aparıcı və aktyorların gəlir mənbəyinə çevrilib. Bu sırada "Komedixana" layihəsinin aktyorları da xüsusi yer tutur.
Sonxeber.az musavat.com-a istinadən xəbər verir ki, onların toy və tədbir qiymətləri isə bəzən müğənniləri belə kölgədə qoyur.
İndi isə keçək aktyorların real qiymət göstəricilərinə.
Zarina Qurbanova
Zarina adını toylarda tez-tez eşitməyə bilərsiniz. Çünki o, sırf korporativ tədbirlər üçün "book" edilir. Böyük şirkətlərin illik tədbirləri, yeni məhsul təqdimatları və ya ilin sonu əyləncələri – bu xanımın əsas auditoriyasıdır. Zarina belə tədbirlər üçün 3000-7000 manat arası qonorarla səhnəyə çıxır. Onun proqramı isə standart yumor yox, ssenarili çıxışlar və yüksək səviyyəli səhnə mədəniyyəti ilə seçilir.
Ənvər və Həsrət

Ənvər Abbasov və Həsrət Həsrətov uzun illərdir ki, səhnədədirlər, lakin onların toylarla arası yoxdur. Onlar öz sənətlərini yalnız tamaşa, televiziya və reklam layihələrinə həsr ediblər. Bir sözlə, "toy aparıcısı deyiləm" deyənlərin şərəfini qoruyurlar.
Xəyalə Quliyeva
Əgər şən, enerjili və eyni zamanda peşəkar bir toy aparıcısı axtarırsınızsa, Xəyalə Quliyevanın adı ilk sırada gəlir.
O, sırf toy bazarında fəaliyyət göstərən "Komedixana" üzvlərindəndir. Gəlin və bəyin səhnəyə gətirilməsi, ailə ilə bağlı zarafatlı məqamlar, qonaqları aktivləşdirən oyunlar – Xəyalənin proqramında bunların hamısı var. Qiymət isə 5000-8000 manat arası dəyişir. Tələbat da az deyil, çünki bir mövsümdə onlarla tədbirdə çıxış edir.
Cavidan Novruz
Cavidan isə özünü aparıcı yox, ifaçı kimi təqdim edir.
Toylara yarım saatlıq musiqi proqramı ilə qatılır. Səhnəyə çıxıb, canlı oxuyur və dinamik atmosfer yaradır. Bu yarım saatlıq çıxış üçün isə 3000 manat qonorar tələb edir. Eyni zamanda bəzi şou-proqramlarda da aparıcılıq etdiyi olur.
Mənsur Şərif
Mənsur Şərif fərqli yoldadır.
O, nə oxuyur, nə aparıcılıq edir. Ancaq adı yetərlidir ki, tədbirin "highlight"ına çevrilsin. Onun tədbirlərə qatılması bir növ "qonaq fenomen" formatındadır. Sosial şəbəkələrdə populyarlığı və orijinal tərzi sayəsində məkan sahibləri və təşkilatçılar tərəfindən xüsusi dəvət olunur. Qiyməti isə tədbirin miqyasından və tələblərdən asılı olaraq dəyişir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda internet bahalaşıb - QİYMƏTLƏR
Sovetdən qalma binalarla bağlı MÜHÜM QƏRAR - sakinləri nə gözləyir?
"Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın"
Təcili pula ehtiyacı olanlara ŞAD XƏBƏR
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
Azərbaycanda toylarla bağlı yeni vəziyyət - YEMƏKLƏR YIĞIŞDIRILDI…
Paltaryuyana 1 qaşıq əlavə edin - dəsmaldakı pis qoxunu yox edir
Pensiya kapitalı bu halda birdəfəlik verilə bilər - ŞƏRTLƏR
"Anamla atam ailə qurmağımı istəyir"
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
Yağış, şimşək, şimal-şərq küləyi - Həftənin ilk iş gününün havası
Abşeron rayonunun Masazır qəsəbəsi, Əsəs Həsənov küçəsində qanunsuz tikinti aparılır - ARAŞDIRMA
Ət bazarı üçün BƏDBİN PROQNOZ - Daha böyük bahalaşma...
Azərbaycanın Əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO
"WhatsApp"da hamının xoşuna gələcək iki YENİLİK - ARTIQ BELƏ OLACAQ...