"Medcezir" serialının çəkildiyi məşhur villa satışa çıxarıldı
2013–2015-ci illərdə yayımlanaraq milyonlarla tamaşaçının sevimlisinə çevrilən "Medcezir" serialı, təkcə güclü aktyor oyunu ilə deyil, eyni zamanda yadda qalan məkanları ilə də ekran tarixində iz qoymuşdu.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, serialda romantik anların yaşandığı, Mira ilə Yamanın hiss dolu səhnələrinin çəkildiyi məşhur villa artıq yeni sahibini gözləyir.
İstanbulun Tuzla bölgəsində yerləşən və serialın unudulmaz səhnələrinə ev sahibliyi etmiş bu dəbdəbəli villa satışa çıxarılıb. Villaya 340 milyon TL – yəni təxminən 18.7 milyon manat dəyər qoyulub. Baş rollarında Serenay Sarıkaya və Çağatay Ulusoyun yer aldığı "Medcezir" serialının pərəstişkarları üçün bu villa xüsusi önəm daşıyır. Mira və Yaman obrazlarının duyğusal görüşlərinə şahidlik edən bu ev, bir dövrün simvoluna çevrilmişdi.
Xüsusi üzgüçülük hovuzu, geniş yaşıllıq sahəsi və dəniz mənzərəli terrasları ilə seçilən villa, serial yayımlanarkən belə yüzlərlə izləyicinin ziyarət ünvanına çevrilmişdi. Bu gün də populyarlığını qoruyub saxlayan bu məkan, yalnız bir yaşayış yeri deyil, həm də Türkiyə televiziya tarixində iz buraxmış bir dövrün simvolik xatirəsidir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
"Toylar bu dəqiqə konsert kimi keçir. Bahalı işıqlardan tutmuş aparıcılara, açılışlara qədər. Səviyyəli, kübar, ziyalı insanlar gəlirlər. Elə bil konsertə gəlirlər". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətkar konser
4 oktyabr"MasterChef Türkiyə"də çəkilişlər dayandırıldı - SƏBƏB
Türkiyənin məşhur "MasterChef Türkiye" yarışmasının çəkilişləri studiyanı su basması səbəbindən müvəqqəti dayandırılıb. xəbər verir ki, İstanbulda yağan güclü yağış nəticəsində yarışmanın çəkildiyi studiyada su basması baş verib. Bu səbəbdən çəkiliş meydançasına və texniki avadanlıqlara ziya
24 oktyabrBayhan dinini dəyişməsi iddiasına cavab verdi: "Hz.İsanı hələ də sevirəm"
Türkiyəli tanınmış ifaçı Bayhanın dinini dəyişdirdiyi ilə bağlı iddialar gündəmə gəlib. -ın "Hürriyet"ə istinadən xəbərinə görə, müğənni bununla bağlı açıqlama verib. Almaniyadakı uşaqlıq illərindən danışan müğənni onu rahibələrin böyütdüyünü bildirib. "Bilirsiniz, mənim uşaqlığım Almaniyad
17 oktyabrNaibə Allahverdiyeva xəstəxanadan evə buraxıldı
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanadan evə buraxılıb. Bu barədə aktrisanın özü Qaynarinfo-ya açıqlamasında məlumat verib. O, həmin gecə qan təzyiqinin həddindən artıq yüksəldiyini və özünü pis hiss etdiyini bildirib:. "Təzyiqim 200-dən yuxarı idi, özümü pis hiss edirdim. Təcili yardıml
26 oktyabrBayhan dinini dəyişib?
Uşaqlıq illərini Almaniyada keçirən türkiyəli müğənni Bayhan dinini dəyişdirməsi ilə bağlı iddialara aydınlıq gətirib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk tanıdığı dinin xristianlıq olduğunu bildirdikdən sonra müzakirələrə səbəb olan sənətçi yanlış anlaşıldığını vurğulayı
17 oktyabrŞəhriyardan Oksana ilə bağlı suala reaksiya
Aparıcı Şəhriyar Əbilov oğlu Osman və keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulova ilə bağlı sualları cavablandırıb. O, bu barədə "2+1" yutub layihəsində danışıb. Ş.Əbilov oğlu üçün yaxşı ata olmağa çalışdığını bildirib:. "Oğluma çalışıram yaxşı ata olum. Yanında olmağa çalışıram. Anas
24 oktyabr