Aybəniz Haşımovanın qardaşına hökm oxundu
Qubada özünü masajist kimi təqdim edən Şaiq Həşimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, məhkəmə istintaqı ilə müəyyən edilib ki, Qubada kirayədə yaşayan 46 yaşlı Şaiq Həşimov uzun müddət insanlara "müalicəvi masaj" yolu ilə sağlamlıqlarını bərpa edəcəyinə dair vədlər verib.
O, Səhiyyə Nazirliyindən heç bir lisenziya almadan sadəcə Rusiyada keçdiyi altıaylıq kursa əsaslanaraq bu fəaliyyətlə məşğul olub. Müxtəlif vaxtlarda guya iflic və digər xəstəliklərdən əziyyət çəkən şəxsləri müalicə edəcəyini bildirərək onlardan 24 min manatdan artıq pul alıb.
Zərərçəkənlər arasında azyaşlı övladının sağalmasının yeganə ümid yeri kimi təqsirləndirilən şəxsi görən valideyn də olub. Siyəzən rayon sakini olan bir ana məhkəmədə təsirli ifadə verib: "Qızım doğulandan iflicdir, yeriyə bilmir. Dedi ki, 20 gün masajla sağaldacaq. Düşündüm ki, bəlkə də, möcüzə olar. İki dəfə 1400 manat verdim. Şaiq həkimə çox inanırdıq. Bizi inandırmışdı ki, prosedurlar zamanı qızın sinirlərində hərəkət hiss olunur və bir aya, hətta, qaça biləcək. Ay tamam olsa da, bir nəticə olmadı. Çox təəssüf".
Digər bir zərərçəkmiş isə uzun illər əziyyət çəkdiyi bel ağrısına şəfa tapmaq üçün Şaiq Həşimova üz tutub: "Dedilər belini düzəldər, əli şəfalıdır. Əvvəlcə bir dəfə getdim, bir az yüngülləşmə oldu. Sonra dedi ki, davamlı gəl, tam düzələcəksən. 180 günə yaxın hər gün getdim. Bu müddətdə ona 13 min manat pul vermişəm. Axırda gördüm ağrılar daha da şiddətlənir, aldandığımı bildim".
Həşimov məhkəmədə özünü təqsirli bilməyib. Heç vaxt insanları aldatmaq niyyətinin olmadığını deyib: "Tibbi təhsilim yoxdur, amma 2000-ci ildə Rusiyada 6 aylıq kurs keçmişəm. Masajist kimi işləmişəm. Azərbaycanda da qeydiyyatda olmuşam, VÖEN-im var. Mən sadəcə masaj edirdim, müalicə vəd etmirdim".
Quba Rayon Məhkəməsi toplanmış sübutlar əsasında Şaiq Həşimovu dələduzluqda təqsirli bilib. Ona 3 il müddətə azadlıqdan məhrum etmə cəzası verilib.
Qeyd edək ki, Şaiq Həşimov müğənni Aybəniz Haşımovanın qardaşıdır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. Axşam.az türk mediasına istinadən xəbər verir ki, ifaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə, Rəhimənin 32 yaşı var və o
25 oktyabr"MasterChef Türkiyə"də çəkilişlər dayandırıldı - SƏBƏB
Türkiyənin məşhur "MasterChef Türkiye" yarışmasının çəkilişləri studiyanı su basması səbəbindən müvəqqəti dayandırılıb. xəbər verir ki, İstanbulda yağan güclü yağış nəticəsində yarışmanın çəkildiyi studiyada su basması baş verib. Bu səbəbdən çəkiliş meydançasına və texniki avadanlıqlara ziya
24 oktyabr"Kadir" "Eşref"i tək qoymayacaq
Xəbər verdiyimiz kimi, "Eşref Rüya" serialının ardından "Eşref Tek" adlı layihənin yayımlanacağı gözlənilir. Axşam.az-ın məlumatına gprə, ekran işində aktyor Çağatay Ulusoyla yanaşı Görkem Sevindik də yer alacaq. 8 bölümdən ibarət olacaq serialın çəkilişləri 1 noyabrda başlayacaq
4 oktyabrOğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"
Xalq artisti Röya Ayxan oğlu Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi yeganə övladının səhvlərini bağışladığını etiraf edib. "Oğluma heç vaxt demirəm ki, sən böyük oğlansan. Səhvlər edir, onu keçirəm. Çünki uşaqdır. Uşaq uşaqlığını yaşamalıdır" -deyə o qeyd edib. Ətraflı videoda:
23 oktyabrCavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib
Xalq artisti Cavan Zeynalının başına bədbəxt hadisə gəlib. Qaynarinfo xəbər verir ki, cazmen yaşadığı mənzilin hamamında çimərkən yıxılıb. Nəticədə onun ayaq barmaqları əzilib. Cavan Zeynalı hadisə barədə məlumatı Qaynarinfo-ya təsdiqləyib. O bildirib ki, hadisə doğum günü ərəfəsində baş verib
13 oktyabrTolikə də "iPhone 18 Pro Max" hədiyyə edildi, amma...
Prodüser Tarix Əliyevə (Tolik) "iPhone 18 Pro Max" hədiyyə olunub. Prodüser bu barədə sosial media hesabında paylaşım edib. Tolik qara rəngli telefon istədiyini, lakin ona tünd qırmızı rəngli cihaz hədiyyə edildiyini bildirib. Bir müddət əvvəl müğənnilər Vəfa Şərifova və Afət Fərmanqızı, eləc
11 oktyabrBayhan dinini dəyişməsi iddiasına cavab verdi: "Hz.İsanı hələ də sevirəm"
Türkiyəli tanınmış ifaçı Bayhanın dinini dəyişdirdiyi ilə bağlı iddialar gündəmə gəlib. -ın "Hürriyet"ə istinadən xəbərinə görə, müğənni bununla bağlı açıqlama verib. Almaniyadakı uşaqlıq illərindən danışan müğənni onu rahibələrin böyütdüyünü bildirib. "Bilirsiniz, mənim uşaqlığım Almaniyad
17 oktyabr