"Həyat yoldaşım qızımızın xəstəliyinə dözmədi"
"Birinci övladım qız oldu. Sən demə böyrək çatışmazlığım var imiş və mənə uşaq dünyaya gətirmək olmazmış. Həkimlər övladım bətnimdə 6 aylıq olanda dedilər ki, gəl çıxaraq. Söylədim ki, olmaz. Mən artıq onu hiss edirdim. Həyat yoldaşım Valid də həkimlərlə eyni fikirdə idi. Cavab verirdim ki, ölərəm, uşaq qalar, sən böyüdərsən. Onu necə öldürüm, hiss edirəm axı? Allah dözüm verər, qorxma. Kliniki ölüm keçirdim. 1-2 gündən sonra ayıldım. Gətirib qoydular qucağıma ki, sənin qızındır. Baxdım, soruşdum ki, necə dünyaya gəldi? 7 ildən sonra oğlum da oldu. Risk etdim, müalicə aldım. Qətiyyən problem olmadı, heç elə bil xəstəliyim yox idi. Ayağı yüngül oldu".
Sonxeber.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Ofeliya Sənani "Həftənin qonağı" verilişində danışıb. O, mərhum həyat yoldaşı, ssenarist Valid Sənani və övladlarından söz açıb. O.Sənani bildirib ki, həyat yoldaşı qızı Lalənin onkoloji xəstəliyinə dözməyib və vəfat edib:
"Oğlum Moskvada 5 il oxudu. Həmin illəri Moskvanın bütün təyyarələrində gəzirdim. Həftədə bir dəfə xörəklər bişirib aparırdım. Təkcə onun üçün yox, oradakı tələbə uşaqlar üçün də aparırdım. Maddi imkanın buna çatırdı.
Valid uşaqlarına çox bağlı idi. Qızım xəstələnən gündən o da yatağa düşdü. Mənə və oğluma dedi ki, məni bağışlayın. Soruşdum ki, sənə nə olub? Dedi ki, məndən əlini üz. Cavab verdim ki, nə danışırsan, mən anayam, mən uzanmalıyam qızımın yanında, sən yox. Ayaqları tutuldu. İkisinə də mən baxırdım. Özlərinin yanında ağlamırdım, özümü ələ alırdım. Gülüb danışırdım ki, ürəklərinə heç nə salmasınlar. Çox çətin günlər idi. Səhərə qədər yatmırdım. Qızımı sağalda bildik. Onu evə gətirəndə Valid gördü ki, arıqlayıb, saçları yox idi, ləçək bağlamışdım başına. Ondan sonra Valid ayağa qalxmadı. 2011-ci ildə vəfat etdi. Kişilər çox zəif, iradəsiz, qorxacaqdırlar. Deyirdim, qorxma, Allaha dua et. Lalə ayağa durmamış getdi".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. Axşam.az türk mediasına istinadən xəbər verir ki, ifaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə, Rəhimənin 32 yaşı var və o
25 oktyabr"MasterChef Türkiyə"də çəkilişlər dayandırıldı - SƏBƏB
Türkiyənin məşhur "MasterChef Türkiye" yarışmasının çəkilişləri studiyanı su basması səbəbindən müvəqqəti dayandırılıb. xəbər verir ki, İstanbulda yağan güclü yağış nəticəsində yarışmanın çəkildiyi studiyada su basması baş verib. Bu səbəbdən çəkiliş meydançasına və texniki avadanlıqlara ziya
24 oktyabr"Kadir" "Eşref"i tək qoymayacaq
Xəbər verdiyimiz kimi, "Eşref Rüya" serialının ardından "Eşref Tek" adlı layihənin yayımlanacağı gözlənilir. Axşam.az-ın məlumatına gprə, ekran işində aktyor Çağatay Ulusoyla yanaşı Görkem Sevindik də yer alacaq. 8 bölümdən ibarət olacaq serialın çəkilişləri 1 noyabrda başlayacaq
4 oktyabrOğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"
Xalq artisti Röya Ayxan oğlu Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi yeganə övladının səhvlərini bağışladığını etiraf edib. "Oğluma heç vaxt demirəm ki, sən böyük oğlansan. Səhvlər edir, onu keçirəm. Çünki uşaqdır. Uşaq uşaqlığını yaşamalıdır" -deyə o qeyd edib. Ətraflı videoda:
23 oktyabrCavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib
Xalq artisti Cavan Zeynalının başına bədbəxt hadisə gəlib. Qaynarinfo xəbər verir ki, cazmen yaşadığı mənzilin hamamında çimərkən yıxılıb. Nəticədə onun ayaq barmaqları əzilib. Cavan Zeynalı hadisə barədə məlumatı Qaynarinfo-ya təsdiqləyib. O bildirib ki, hadisə doğum günü ərəfəsində baş verib
13 oktyabrTolikə də "iPhone 18 Pro Max" hədiyyə edildi, amma...
Prodüser Tarix Əliyevə (Tolik) "iPhone 18 Pro Max" hədiyyə olunub. Prodüser bu barədə sosial media hesabında paylaşım edib. Tolik qara rəngli telefon istədiyini, lakin ona tünd qırmızı rəngli cihaz hədiyyə edildiyini bildirib. Bir müddət əvvəl müğənnilər Vəfa Şərifova və Afət Fərmanqızı, eləc
11 oktyabrBayhan dinini dəyişməsi iddiasına cavab verdi: "Hz.İsanı hələ də sevirəm"
Türkiyəli tanınmış ifaçı Bayhanın dinini dəyişdirdiyi ilə bağlı iddialar gündəmə gəlib. -ın "Hürriyet"ə istinadən xəbərinə görə, müğənni bununla bağlı açıqlama verib. Almaniyadakı uşaqlıq illərindən danışan müğənni onu rahibələrin böyütdüyünü bildirib. "Bilirsiniz, mənim uşaqlığım Almaniyad
17 oktyabr