Bred Pitt Ancelina Colidən niyə ayrıldı? - Özü AÇIQLADI
Təxminən on il əvvəl Ancelina Coli ilə ayrılan Bred Pitt nəhayət bunun əsl səbəbini açıqlayıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, aktyorun sözlərinə görə, ailədən getmək qərarına onun alkoqol asılılığı və sonradan bu asılılıqla mübarizəsi təsir edib.
Pitt etiraf edib ki, alkoqol asılılığından əziyyət çəkib və bu dağıdıcı vərdişdən xilas olmaq üçün Anonim Alkoqoliklər (AA) klubuna üzv olub.
Bu cür proqramlar ABŞ-da olduqca məşhurdur: onlar qrup görüşləri şəklində keçirilir, iştirakçılar anonim qalmaqla öz asılılıqları və bu yoldakı mübarizələri barədə açıq danışırlar. Beləliklə, onlar həm digər asılı şəxslərdən, həm də onlara kömək edən mentorlardan dəstək alırlar.
Bred Pitt Anonim Alkoqoliklərin görüşlərinə boşandıqdan bir il yarım sonra getməyə başlayıb və onun sözlərinə görə, bu təcrübə ona "yenidən doğulmaq" və yalnız özünə deyil, ümumilikdə həyata fərqli baxmaq imkanı verib.
Pitt bildirib ki, ətrafındakı insanların bu qədər açıq olması onu "ilhamlandırıb".
"Bu mənə sadəcə inanılmaz gəldi: kişilər təcrübələrini, qüsurlarını, səhvlərini, arzularını, ağrılarını bölüşür, üstəlik zarafat edirlər, gülürlər", - aktyor bildirib.
Pitt həmçinin əlavə edib ki, bu qrupda digər asılı şəxslərlə ünsiyyət ona başa salıb ki, kişilər də öz problemləri haqqında utanmadan danışa bilərlər, halbuki o və onun ətrafı əvvəllər hər zaman "hər şey əladır" kimi göstərməyə çalışır, zəif tərəflərini gizlədirdilər.
Bred Pittin alkoqol asılılığı barədə ilk dəfə danışması 2019-cu ilə təsadüf edir.
O zaman aktyor bir müsahibəsində pərəstişkarlarını təəccübləndirərək etiraf etmişdi ki, "nə versəydilər, qəbul edirdi", həmçinin alkoqola meylli olmasının ailəsi ilə münasibətlərinə mənfi təsir etdiyini, hətta onu bəzən zorakılığa da sövq etdiyini bildirmişdi.
Bu fakt Ancelina Colinin 2016-cı ildə boşanma zamanı məhkəməyə təqdim etdiyi sənədlərlə də təsdiqlənmişdi. Həmin sənədlərdə Pittin həm ona, həm də uşaqlarına qarşı fiziki zorakılıq göstərdiyi qeyd olunurdu. Rəsmi boşanma isə yalnız 2019-cu ildə baş tutub.
Aktyorun sözlərinə görə, o, hələ də uşaqları ilə əlaqə qura bilməyib və bu istiqamətdə atdığı addımlar nəticə verməyib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
25 milyonluq malikanəsi əlindən alına bilər
Hollivud ulduzu Ceyson Steytem İngiltərənin cənubunda yerləşən malikanəsindəki qonaq evini itirmək təhlükəsi ilə üzləşib. Axşam.az xəbər verir ki, aktyor və sevgilisi Rouzi Hantinqton-Uaytli Nyü-Forest Milli Parkının rəhbərliyi tərəfindən tikinti qaydalarını pozmaqda ittiham olunublar. Bu barədə "Th
17 oktyabr"Qızımı belə böyütməməli idim"
Əməkdar artist Sənubər İsgəndərli qızı ilə münasibətindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "2+1" adlı yutub layihəsində danışıb. O, yeganə övladını həddindən artıq qoruduğunu və bunun düzgün olmadığını düşündüyünü bildirib:. "İndi başa düşürəm ki, onu çox qorumuşam
24 oktyabr"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
"Toylar bu dəqiqə konsert kimi keçir. Bahalı işıqlardan tutmuş aparıcılara, açılışlara qədər. Səviyyəli, kübar, ziyalı insanlar gəlirlər. Elə bil konsertə gəlirlər". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətkar konser
4 oktyabrCavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib
Xalq artisti Cavan Zeynalının başına bədbəxt hadisə gəlib. Qaynarinfo xəbər verir ki, cazmen yaşadığı mənzilin hamamında çimərkən yıxılıb. Nəticədə onun ayaq barmaqları əzilib. Cavan Zeynalı hadisə barədə məlumatı Qaynarinfo-ya təsdiqləyib. O bildirib ki, hadisə doğum günü ərəfəsində baş verib
13 oktyabrBayhan dinini dəyişməsi iddiasına cavab verdi: "Hz.İsanı hələ də sevirəm"
Türkiyəli tanınmış ifaçı Bayhanın dinini dəyişdirdiyi ilə bağlı iddialar gündəmə gəlib. -ın "Hürriyet"ə istinadən xəbərinə görə, müğənni bununla bağlı açıqlama verib. Almaniyadakı uşaqlıq illərindən danışan müğənni onu rahibələrin böyütdüyünü bildirib. "Bilirsiniz, mənim uşaqlığım Almaniyad
17 oktyabrTalıb Talenin ikinci qızı dünyaya gəlib
Müğənni Talıb Talenin ikinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, sənətçinin qızı doğulub. Bu haqda aparıcı Aytəkin Mərdanova "Qonaqcanlı" proqramında deyib. Qeyd edək ki, Talıb Bahar adlı xanımla evlənib. Onun ötən ilin mayında ilk övladı dünyaya gəlib
16 oktyabrBaşqa həbsxanaya köçürüldü
Amerikalı reper "P. Diddy"nin (Şon Kombs) Nyu-Cersi ştatındakı həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Axşam.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Bildirilib ki, yeni həbsxanada təxminən 100 məhbus saxlanılır. Əvvəlki müəssisədə isə bu rəqəm 400-
18 oktyabr