"Bu dərdə görə hər vasitəyə əl atıram"
"Bu gün hər zaman olduğu kimi səhər tezdən oyandım. Hər həftə sonu olduğu kimi sevdiyin insanları çağırmağı düşündüm, bazara getdim, sevdiyin şeyləri alıb evə qayıtdım. Aşıq Ədalət Dəlidağlını yığmaq üçün telefonu götürüb sizin yatdığınız otağa girdim, sənə demək üçün və o an sanki yuxudan oyandım, siz artıq yoxsunuz".
Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı ötən ay vəfat edən atası Hidayət Baxşəliyevlə paylaşdığı fotolara yazıb. O, dərdini unutmaq üçün hər vasitəyə əl atdığını bildirib:
"O qədər kədərliyəm, o qədər üzgünəm ki, izah etmək belə çətindir. Atacan, çıxart məni bu kədərdən, çıxart məni bu boşluqdan. Mən sənli günləri istəyirəm. Həftə sonları gözəl yeməklər bişirim sizə, sevdiyin insanları çağırım, danışaq, gülək, rəqs edək. Böyük bir boşluqdayam sənsiz. Səsin, gülüşün, duaların üçün çox darıxıram. Sənsiz canlı bir ölüyəm mən, yaraşıqlı atam. Səni qucaqlayıb bağrıma basıb öpmək istəyirəm. Məni qınamayın, mənə onsuz çətindir, sakitləşdirici dərmanlar belə məni yorub. O böyük insanın itkisini yaşamaq çox ağırdır. Bu dərdi unutmaq üçün hər vasitəyə əl atıram. Bir-iki dost daim yanımda dəstək verir, amma evə gələndə, o otağa daxil olanda hər şey yenidən başlayır. Bu sevgi, bağlılıq sadəcə övladla atanı birləşdirən bağ deyil. Mən ən yaxın dostumu, ürək sirdaşımı, yol göstərənimi itirmişəm və bu itki ilə barışmaq çox çətindir. Həyat davam edir, gülürəm, danışıram, işə gedirəm və s. Amma bu sadəcə görünəndir. Axşamlar göz yaşlarım sel olur, xatirələr, söhbətlər kino lenti kimi gözümün önündən keçir və o, yoxdur".
Qeyd edək ki, Hidayət Baxşəliyev 5 ildir xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
25 milyonluq malikanəsi əlindən alına bilər
Hollivud ulduzu Ceyson Steytem İngiltərənin cənubunda yerləşən malikanəsindəki qonaq evini itirmək təhlükəsi ilə üzləşib. Axşam.az xəbər verir ki, aktyor və sevgilisi Rouzi Hantinqton-Uaytli Nyü-Forest Milli Parkının rəhbərliyi tərəfindən tikinti qaydalarını pozmaqda ittiham olunublar. Bu barədə "Th
17 oktyabr"Qızımı belə böyütməməli idim"
Əməkdar artist Sənubər İsgəndərli qızı ilə münasibətindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "2+1" adlı yutub layihəsində danışıb. O, yeganə övladını həddindən artıq qoruduğunu və bunun düzgün olmadığını düşündüyünü bildirib:. "İndi başa düşürəm ki, onu çox qorumuşam
24 oktyabr"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"
"Toylar bu dəqiqə konsert kimi keçir. Bahalı işıqlardan tutmuş aparıcılara, açılışlara qədər. Səviyyəli, kübar, ziyalı insanlar gəlirlər. Elə bil konsertə gəlirlər". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətkar konser
4 oktyabrCavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib
Xalq artisti Cavan Zeynalının başına bədbəxt hadisə gəlib. Qaynarinfo xəbər verir ki, cazmen yaşadığı mənzilin hamamında çimərkən yıxılıb. Nəticədə onun ayaq barmaqları əzilib. Cavan Zeynalı hadisə barədə məlumatı Qaynarinfo-ya təsdiqləyib. O bildirib ki, hadisə doğum günü ərəfəsində baş verib
13 oktyabrBayhan dinini dəyişməsi iddiasına cavab verdi: "Hz.İsanı hələ də sevirəm"
Türkiyəli tanınmış ifaçı Bayhanın dinini dəyişdirdiyi ilə bağlı iddialar gündəmə gəlib. -ın "Hürriyet"ə istinadən xəbərinə görə, müğənni bununla bağlı açıqlama verib. Almaniyadakı uşaqlıq illərindən danışan müğənni onu rahibələrin böyütdüyünü bildirib. "Bilirsiniz, mənim uşaqlığım Almaniyad
17 oktyabrTalıb Talenin ikinci qızı dünyaya gəlib
Müğənni Talıb Talenin ikinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, sənətçinin qızı doğulub. Bu haqda aparıcı Aytəkin Mərdanova "Qonaqcanlı" proqramında deyib. Qeyd edək ki, Talıb Bahar adlı xanımla evlənib. Onun ötən ilin mayında ilk övladı dünyaya gəlib
16 oktyabrBaşqa həbsxanaya köçürüldü
Amerikalı reper "P. Diddy"nin (Şon Kombs) Nyu-Cersi ştatındakı həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Axşam.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Bildirilib ki, yeni həbsxanada təxminən 100 məhbus saxlanılır. Əvvəlki müəssisədə isə bu rəqəm 400-
18 oktyabr