Sosial media fenomeni azyaşlıya hücum iddiası ilə bağlı səssizliyini pozdu

Sosial media fenomeni azyaşlıya hücum iddiası ilə bağlı səssizliyini pozduYouTube platformasında 1.5 milyona yaxın, Instagram-da isə 930 minə yaxın izləyicisi olan məşhur fenomen Testo Taylan, bu dəfə videoları ilə deyil, adı qarışdığı şiddət qalmaqalı ilə gündəmdədir.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, son vaxtlar bir çox internet məşhuru ilə çəkdiyi videolarla tanınan Taylan, 13 yaşlı bir izləyicini döyməkdə ittiham olunur və bu səbəbdən polis tərəfindən gözaltına alınıb.

İddialara görə, gənc bir fanatını fiziki zorakılığa məruz qoyan Taylan polis bölməsinə aparılıb. Orada ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Hadisə sosial mediada geniş əks-səda doğurduqdan sonra Taylan şəxsi hesabından açıqlama yayıb.

O, paylaşımında aylardır müxtəlif təxribatlara məruz qaldığını bildirib:

"Çox sayda yalan məlumat var. Mən hadisəni izah edim. Hazırda İzmitdəyəm, normalda burada yaşamıram. Burada ailə evimiz var. Vaxtaşırı gələndə ünvan məlum olduğuna görə məni ciddi narahat edirlər. Evimin həyətinə girirlər, qapını döyürlər, söyüş söyürlər, evin qarşısında dayanıb təhqir edirlər və sonra qaçırlar. 15 nəfərlik uşaq və gənc dəstəylə gəlirlər. Onları dəfələrlə sözlə xəbərdar etmişəm. Səbir etmişəm. Yuxudan durursan, qarşıda biri bağırır, sən çıxanda qaçır. Ailəmə qarşı da söyüşlər olub. Elə bir vəziyyət yaranıb ki, insanı əsəbiləşdirib reaksiya göstərməyə vadar edirlər. Əlbəttə, mən daha səbirli olmalı idim. Heç çıxmamalı idim".

Hazırda hadisə ilə bağlı təfərrüatlar araşdırılır. Taylanın açıqlamaları sosial mediada birmənalı qarşılanmayıb və istifadəçilər arasında müzakirələrə səbəb olub.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 2062   Tarix: 16 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır"

"Toylar bu dəqiqə konsert kimi keçir. Bahalı işıqlardan tutmuş aparıcılara, açılışlara qədər. Səviyyəli, kübar, ziyalı insanlar gəlirlər. Elə bil konsertə gəlirlər". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Qonaqcanlı" verilişində deyib. Sənətkar konser

4 oktyabr
.

Elnarə Abdullayeva nənə oldu

Əməkdar artist Elnarə Abdullayeva nənə olub. Axşam.az xəbər verir ki, bu haqda müğənni özü paylaşım edib. Onun qızı Xədicənin övladı dünyaya gəlib. Oğlu doğulan ailə ona Cəlal adını qoyub. Qeyd edək ki, Xədicə Cavid adlı bəylə ailə qurub

17 oktyabr
.

Ana olduqdan 9 ay sonra öldü

Müğənni Castin Biberin keçmiş sevgilisi, model Sahara Ray narkotik maddənin həddindən artıq dozada qəbul edilməsindən ölüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 34 yaşlı Sahara Ray oktyabrın 16-sı böyük dozada narkotik maddə qəbu

20 oktyabr
.

Naibə Allahverdiyeva xəstəxanadan evə buraxıldı

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanadan evə buraxılıb. Bu barədə aktrisanın özü Qaynarinfo-ya açıqlamasında məlumat verib. O, həmin gecə qan təzyiqinin həddindən artıq yüksəldiyini və özünü pis hiss etdiyini bildirib:. "Təzyiqim 200-dən yuxarı idi, özümü pis hiss edirdim. Təcili yardıml

26 oktyabr
.

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi - Video

40 yaşlı Ledi Qaqa makiyajsız halını nümayiş etdirib. ABŞ-li müğənni Ledi Qaqa (əsl adı - Stefani Coann Ancelina Cermanotta) makiyajsız təbii görünüşünü paylaşıb. xəbər verir ki, o bu görüntüləri özünün "Instagram" səhifəsində izləyicilərinə təqdim edib. 40 yaşlı sənətçi paylaşdığı görüntülərd

11 oktyabr
.

Nadir Qafarzadədən yaşlı sənət adamlarına sərt mesaj: "Baş gedibsə, səhnədən çəkilməlisən"

Müğənni Nadir Qafarzadə səhnədə və sosial şəbəkələrdə davranışlarına, danışıq tərzinə görə tənqid etdiyi bəzi yaşlı sənət adamlarının sənətdən uzaqlaşmalı olduğunu düşünür. Onun fikrincə, sənətkar üçün yaşdan daha vacib olan düşüncə, davranış, dünyagörüşü və özünü idarə etmək bacarığıdır. Sənətçi Qaynarinfo-y

22 oktyabr
.

Bacısı ilə davasından danışıb ağladı - Video

Türkiyəli müğənni Hadisə Anas Bukhaşın aparıcılıq etdiyi ABtalks adlı "YouTube" proqramının qonağı olub. "Qafqazinfo" xəbər verir ki, sənətçi verilişdə şəxsi həyatı, ailəsi və karyerasının ən çətin dövrləri ilə bağlı açıqlamalar verib. O, 2018-ci ildə menecerliyini edən bacısı Hüly

14 oktyabr
.

Atilla Taşdan ürəkdağlayan fəryad - (Video)

Türkiyəli müğənni Atilla Taşın 34 yaşlı qızı Sezen Taş son mənzilə yola salınıb. xəbər verir ki, Mersinin Erdemli rayonunda istirahət kompleksinin 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirən Sezen Taş Mezitli qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində mərhumun yaxınları göz yaşlarına hakim ol

10 oktyabr
.

ABŞ-də kuryerlik edən Fərid Məmmədovdan CANLI İFA

Uzun illərdir ABŞ-də yaşayaraq kuryerlik edən müğənni Fərid Məmmədov yeni görüntüləri ilə diqqət çəkib. xəbər verir ki, o məşhur müğənni Meray Kerinin "My all" mahnısını ifa edib. Sənətçi sözügedən ifanı canlı səsləndirərək sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Fərid Məmmədov 2013-cü ild

23 oktyabr