Məşhur aktyorun səhhətində ağırlaşma: Danışmaq və hərəkət etmək qabiliyyətini itirdi - FOTO

Məşhur aktyorun səhhətində ağırlaşma: Danışmaq və hərəkət etmək qabiliyyətini itirdi - FOTOSağlamlıq vəziyyəti uzun müddətdir dünya ictimaiyyətinin gündəmində olan Hollivudun tanınmış aktyoru Bryus Uillis (Bruce Willis) barədə üzücü xəbərlər gəlməyə davam edir.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, 2022-ci ildə ona afaziya diaqnozu qoyulduqdan sonra aktyorluq fəaliyyətini dayandıran Uillisin xəstəliyi zamanla irəliləyərək, ön alın lobu demensiyası (frontotemporal demans – FTD) kimi tanınan nadir və sağalmaz bir nevrodegenerativ xəstəliyə çevrilib.

70 yaşlı aktyorun bu xəstəlik nəticəsində danışmaq, oxumaq və yerimək kimi əsas bacarıqlarını tamamilə itirdiyi bildirilir. Onun qızı Talulla Uillis (Tallulah Willis) verdiyi son açıqlamada atasının artıq danışa bilmədiyini və motor bacarıqlarla yanaşı, özünün məşhur biri olduğunu və hansı layihələrdə iştirak etdiyini belə xatırlaya bilmədiyini bildirib. Bu isə xəstəliyin yalnız fiziki deyil, eyni zamanda zehni funksiyalara da ciddi zərər vurduğunu göstərir.

Bryus Uillisin səhhəti getdikcə ağırlaşdıqca, o, ictimai həyatdan tamamilə çəkilib və gündəlik ehtiyaclarını qarşılamaq üçün həyat yoldaşı Emma Heming Uillis, keçmiş həyat yoldaşı Demi Mur (Demi Moore) və beş qızı – Rumer, Skaut, Talulla, Meybel və Evelindən tam asılı vəziyyətə düşüb. Ailəsi aktyora hər gün yanında olaraq həm fiziki, həm də emosional dəstək göstərməyə davam edir.
Məşhur aktyorun səhhətində ağırlaşma: Danışmaq və hərəkət etmək qabiliyyətini itirdi - FOTO


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1481   Tarix: 22 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məşhur türk serialının izləyicilərinə pis XƏBƏR

"Taşacak bu deniz" serialının mövsüm finalının tarixi bəlli olub. xəbər verir ki, ekran işi iyunun 9-da 33-cü bölümü ilə yayımına fasilə verəcək. Qeyd edək ki, baş rollarını Ulaş Tuna Astepe ilə Dəniz Bayselin canlandırdığı layihə "TRT 1" kanalında nümayiş olunur

24 mart
.

Selin Dion geri qayıdır

Kanadalı müğənni Selin Dion sentyabr ayında Parisdə konsertlər verməyi planlaşdırır. bu barədə "La Presse" nəşrinə istinadən xəbər verir. Məlumata görə, sənətçi səhnəyə qayltmağa hazırlaşır. Konsertlərin 40 min tamaşaçı tutumuna malik "La Defense" arenasında keçiriləcəyi qeyd olunur

24 mart
.

"Yenə də bizdən ucuzdur" - Sevda Çində

Müğənni Sevda Yahyayeva həyat yoldaşı Zakir Bayramovla birlikdə istirahətə yollanıb. xəbər verir ki, cütlük bu dəfə Çinə gedib. Onlar əvvəlcə Hançou, daha sonra isə Şanxaya gediblər. Sevda görüntüləri sosial şəbəkədə paylaşıb. "Bəzən həyatın ən gözəl anları sakitlikdə gizlənir. Sakura çiçəklərini

24 mart
.

"Qızlar, sosial şəbəkələrdə mesajlara cavab verməyin"

"Sevgidə qarşılıqlı qərarlar olmalıdır. Sözsüz ki, son qərarı mən deməliyəm. Təbii ki, bu zarafatdır. Ortaq məxrəcə gəlmək lazımdır. Fərqli düşüncələr olanda axırı dava, ayrılıq, aliment olur. Dözmək hissi olmamalıdır. Ona görə də zamanından əvvəl evlənmək, kimisə məcbur etmək olmaz. "Evlənən

29 mart
.

"Həmin qəzadan sonra bilmədiyim cəhətlərim üzə çıxdı"

"İçimdə heç kimin tanımadığı bir Mehriban var. Onu heç kəs də tanımayacaq. Mehribanı zahirən soyuqqanlı, sərt, çərçivəli, zarafatlaşmağı sevməyən biri kimi tanıyırlar, əslində isə elə deyil". xəbər verir ki, bu sözləri Xalq artisti Mehriban Zəki "Mədəni şou"da deyib. O, daxili dünyas

25 mart
.

Əli Mirəliyevin üzünə "qız gözəlliyi" GƏLDİ - VİDEO

Müğənni Əli Mirəliyev bu dəfə fərqli görüntüsü ilə gündəmə gəlib. xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda sənətçinin effekt proqramı vasitəsilə dəyişdirilmiş görüntüsü izləyicilərin marağına səbəb olub. Belə ki, gənc xanım müğənninin kadrını öz videosuna salaraq maraqlı və gülməli səhnə yaradıb

21 mart
.

"Firdevs hanım" övladının olmamasından danışdı

Türk kinosunun ustad simalarından olan Nebahat Çehre analıq mövzusundakı etirafı ilə gündəmə gəlib. OLAY yazır ki, ana olmaq üçün gecikdiyini düşünən Nebahat Çehre bunları söyləyib:. "Əgər analığın 50 il davam edəcəyinə inanmış olsaydım, mütləq ana olardım. Amma o dövrdə şərait fərqli idi və karyeram

23 mart
.

Elxan Şirinovun fərqli qidalanma sirri - "1 aya əzbərlədim"

Əməkdar artist Elxan Şirinov maraqlı açıqlaması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, "Xəzər axşamı" verilişində qonaq olan sənətçi amerikalı naturopat Herbert M.Şeltonun tətbiq etdiyi xüsusi qidalanma üsulu ilə getdiyini bildirib:. "Şeltonun üsulu var. Bir səhifədir, onu əzbərləmə

21 mart
.

"Baxırsan ki, pulu var, amma ruhda kasıbdır"

Aktyor Fərda Xudaverdiyev "Qapqara" yutub layihəsində qonaq olub. xəbər verir ki, sənətçi açıqlaması ilə diqqət çəkib. O, varlı və kasıb mövzusuna toxunub. Yumor ustası kasıb-varlı ayrıseçkiliyindən danışıb:. "Kasıb sözünü sevmirəm, amma kasıb düşüncəni qınayıram. Bunu "Selfinaz 2"

24 mart