İbrahim Tatlısəsin ilk peşəsini bilirdinizmi? İmperator olana qədər o, elə yollardan keçib ki... - BİOQRAFİYA

İbrahim Tatlısəsin ilk peşəsini bilirdinizmi? İmperator olana qədər o, elə yollardan keçib ki... - BİOQRAFİYAİbrahim Tatlısəs – Türkiyənin ən sevilən və hörmət edilən sənətçilərindən biri kimi tanınır. Lakin onun uğurlarla dolu sənət həyatının arxasında çətin bir həyat mübarizəsi və ağır zəhmət dayanır. Bu gün milyonlarla insanın qəlbində taxt quran Tatlısəs, məşhur olmadan öncə dolanışığını təmin etmək üçün elə bir peşə ilə məşğul olub ki, bunu eşidənlər təəccüblənirlər!

Lent.az İbrahim Tatlısəsin keçdiyi çətin həyat yolunu təqdim edir.

1952-ci ildə Şanlıurfa şəhərində dünyaya gələn İbrahim Tatlısəsin həyatı doğulduğu andan etibarən çətinliklərlə dolu olub. Atası həbsdə olan Tatlısəs, uşaqlıq illərində heç vaxt məktəbə gedə bilməyib. Bu vəziyyətlə bağlı o, zarafatla belə deyib: "Urfada elə bil Oksford vardı da biz getmədik?"

Uuşaq yaşlarından işləməyə başlayıb

Oxuma-yazma bilməməsinə baxmayaraq həyata tutunmaq üçün işləmək məcburiyyətində qalan Tatlısəs, daha uşaq yaşlarında müxtəlif işlərdə çalışıb. Su satıcılığı edib, kinoteatrlarda "Haydı buz kimi su!" deyə qışqıraraq insanlara su satmağa çalışıb. Bu dövrdə qarşılaşdığı çətinliklər və haqsızlıqlar onun həyat istiqamətini müəyyənləşdirib.

İlk peşəsi nə olub?

Gənclik illərində o, tikintilərdə dəmirçi çalışıb. Çətin və ağır iş şəraitinə baxmayaraq, Tatlısəs heç zaman işləməkdən vaz keçməyib. Tikintidə çalışarkən türkü oxumağı da unutmayan Tatlısəsin səsi və istedadı məhz orada kəşf olunub. Onun bu qabiliyyəti Adanadan olan bir kinofilm istehsalçısı tərəfindən fərq edilib. Bu kəşf onun həyatını dəyişdirən dönüş nöqtəsi olub.

İbrahim Tatlısəs əvvəlcə Adanadakı müxtəlif məkanlarda səhnəyə çıxmağa başlayıb. Daha sonra Ankaraya gedərək burada kazino və pavyonlarda səhnə təcrübəsi qazanıb.

1974-cü ildə oxuduğu "Ayağında Kundura" türküsü ilə geniş kütlə tərəfindən tanınmağa başlayıb. Bu uğur onun radio və televiziya proqramlarına çıxmasına səbəb olub və sənət karyerası sürətlə inkişaf edib.

1970-ci illərin ortalarında isə İstanbulda fəaliyyətini davam etdirərək musiqi və əyləncə dünyasında önəmli əlaqələr qurub. Bu dövrdə ona "Tatlısəs" soyadını verən musiqiçi Yılmaz Tatlısəs ilə tanış olub. Bütün bu mərhələlər İbrahim Tatlısəsin çətinliklərlə dolu həyat yolunun bir hissəsi olub.

İbrahim Tatlısəsin məşhur olmadan əvvəlki həyatı, intizam, səbir və zəhmətlə doludur. Məktəbə getmədən, ağır işlərdə çalışaraq və həyatın qarşısına çıxardığı bütün çətinliklərə baxmayaraq yolundan dönməyən Tatlısəs, uğuru haqq edib və bu gün Türkiyənin ən önəmli sənətçilərindən birinə çevrilib.

Onun hekayəsi, bir çox insana ilham verən, əzmkarlıq və zəhmətlə həyatda nələrin mümkün olduğunu göstərən canlı nümunədir.

Tatlısəsin öz sözləri ilə, bir gün su satdığı zaman sinemada oturan bir kişinin ona sillə vurması onun həyatında dönüş nöqtələrindən biri olub:

"Bir gün kresloda oturan bir adam qəfildən qalxdı. "Sus, eşşək, səni mi dinləyəcəyik?!" deyə üzümə dörd sillə vurdu. Və o sillələr məni bu günə gətirdi".

Bu yaşananlar onun mübarizə əzmini və xarakterinin formalaşmasında böyük rol oynayıb.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 801   Tarix: 22 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto

Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. Axşam.az türk mediasına istinadən xəbər verir ki, ifaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə, Rəhimənin 32 yaşı var və o

25 oktyabr
.

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. xəbər verir bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən, keçmiş model 7 ay 15 gün müddətinə həbs cəzasına məhkum olunub. Hadis

11 oktyabr
.

"Bu, özümüzlə üzləşməkdən daha asandır"

"Gənclik illərində həyatın mənası haqqında nadir hallarda düşünürük. Sadəcə yaşayırıq, aşiq oluruq, xəyallar qurur, uğur qazanmaq, pul əldə etmək və tanınmaq üçün çalışırıq. Nə istədiyimizi bildiyimizi düşünürük. Lakin bir gün gəlir və vaxtilə bizə ilham verən heç nə əvvəlki kimi sevinc bəxş etmir

18 oktyabr
.

Oğlu buna görə Fatimə ilə yaşamır

Rəqqasə Fatimə Fətəliyeva oğlu Hüseynin atası ilə yaşaması məsələsinə aydınlıq gətirib. Sənətçi bu barədə "Qonaqcanlı" verilişində danışıb. Fatimə bildirib ki, oğlu universitetə hazırlaşır və şəhərdə qalmalıdır:. "Evim Şüvəlandadır. Qayınanam şəhərdə yaşayır, oğlum da orada olur. Boş vaxtımı

10 oktyabr
.

Ayan Babakişiyeva: "Sevdiyim şəxsi qorumaq üçün ondan vaz keçmişəm"

Müğənni Ayan Babakişiyeva "Sevilən səhər" verilişində şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə diqqət çəkib. xəbər verir ki,sənətçi sevgi anlayışına fərqli yanaşdığını bildirib. O, bəzən sevdiyin insanın yaxşılığı üçün ondan uzaqlaşmağın vacib olduğunu deyib:. "Bəzən sevmək hər zama

10 oktyabr
.

Cim Kerri gizlicə evləndi: Məşhur aktyorun həyat yoldaşı kimdir?

Tanınmış komediya ustası və Hollivud ulduzu Cim Kerri yenidən ailə həyatı qurub. 64 yaşlı amerikalı aktyorun həyat yoldaşı ondan 32 yaş kiçik olan Min A adlı rəssamdır. xəbər verir ki, "People" jurnalı məlumat yayıb. Gizli evlilik məlumatını Cim Kerrinin rəsmi nümayəndəsi də təsdiqləyib. Qey

4 oktyabr
.

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi - Video

40 yaşlı Ledi Qaqa makiyajsız halını nümayiş etdirib. ABŞ-li müğənni Ledi Qaqa (əsl adı - Stefani Coann Ancelina Cermanotta) makiyajsız təbii görünüşünü paylaşıb. xəbər verir ki, o bu görüntüləri özünün "Instagram" səhifəsində izləyicilərinə təqdim edib. 40 yaşlı sənətçi paylaşdığı görüntülərd

11 oktyabr
.

Mərhum atasını bu sözlərlə yad etdi

Müğənni Elmira Ələkbərzadə (Emma) mərhum atası, yazıçı Çingiz Ələkbərzadə ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi atasını doğum günündə yad edib. O, bu gün Çingiz Ələkbərzadənin 90 yaşının tamam olduğunu bildirib. "17 oktyabr. Bu gün atamın 90 yaşı tamam olur… Cənnətdəki ad günü

17 oktyabr
.

Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü

Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. -ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşadığı binada pilləkənlərlə düşərkən qıc olub və yıxılıb. O, baş nahiyəsindən aldığı xəsarətdən ölüb

10 oktyabr