"Prezident bu gün hamının gözlədiyi bir qərarı verdi"

"Prezident bu gün hamının gözlədiyi bir qərarı verdi"Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin edilmiş birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva bu vəzifəsində öz potensialını daha geniş şəkildə səfərbər edərək dövlətimizə xidmət etməyin yeni bir nümunəsini ortaya qoyacaq və bu da hər bir kəs üçün örnək bir fəaliyyət olacaq.

Sonxeber.az bildirir ki, bunu trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

Azərbaycanda vitse-prezidentlik institutunun yaradılmasını dövlət idarəçiliyi üçün faydalı sayan B.Muradova qeyd edib ki, artıq konkret olaraq, referendumun nəticələrindən irəli gələn addımlar atılır: "Bu müddət ərzində dəfələrlə bu sualla qarşılaşmışdıq ki, vitse-prezidentlər nə zaman təyin olunacaq və onlar kimlər ola bilər. Səslənən fikirlərin, verilən proqnozların arasında hər zaman əsas fikir o idi ki, Birinci vitse-prezident postuna ən layiqli namizəd Mehriban Əliyevadır. Çox gözəl oldu ki, Prezident bu gün hamının gözlədiyi bir qərarı verdi".

Mehriban Əliyevanın ölkənin Birinci vitse-prezidenti təyin olunmasını dövlətin idarəçiliyi sahəsində mühüm və əhəmiyyətli qərar sayan B.Muradova hesab edir ki, Mehriban Əliyeva bu günə qədər bütün fəaliyyəti ilə Azərbaycan qadının adını ən yüksək pillələrə qaldırıb, Azərbaycan qadınlarının adını uğurla təmsil edib:

"Onun uğuru Azərbaycanın uğurudur. Bu illər ərzində də əmin olmuşuq ki, Mehriban xanım fəaliyyət göstərdiyi bütün sahələrdə mütləq mənada uğura imza atır, ən gözəl olanını edir və bununla da hər kəsin diqqətini göstərdiyi fəaliyyətə cəlb edir. İnanıram ki, Mehriban Əliyeva Prezident İlham Əliyevin ona göstərdiyi bu etimadı doğruldacaq və vəzifəsini çox böyük uğurla yerinə yetirəcək, Prezidentin ölkəmizin inkişafı istiqamətindəki bütün fəaliyyətinə daha yaxından dəstək olacaq. Bu uğurlu tandem yeni dövr üçün Azərbaycana xidmətin yeni nümunəsini ortaya qoyacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 10140   Tarix: 21 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021