"Məhkəməni udmuşam, dediklərini təkzib etməlidir"
Müğənni Aysel Əlizadə aparıcı Xoşqədəm Hidayətqızı ilə aralarında olan məhkəmə prosesindən danışıb.
Axşam.az xəbər verir ki, müğənni "Öz aramızda" verilişində məhkəmədə qalib gəldiyini, hətta apellyasiya məhkəməsinin onun xeyrinə qərar çıxartdığını bildirib:
"Susmağımın ən böyük səbəbi hər şeyi qanuna həvalı etməyim idi. Artıq apellyasiya məhkəməsində də qalibəm. Qarşı tərəfin hər şeyi qanunla yerinə yetirməsi gözlənilir. Amma müxtəlif variantlarla, ünvan dəyişikliyi və digər yollarla yayınılır. Artıq istədiyimiz məqamlar ortaya çıxsa da, iş prosesi uzanır. Yenə də vəkilim təkzibin yerinə yetirilmədiyi üçün bu işlə bağlı bir daha müraciətlər edir və qanuni tələblərini təqdim edir. Mən düşünürəm ki, belə halların qanunlarımızla ziddiyyət təşkil etməsi mümkün deyil. Yenə də deyirəm, öz dövlətimin qanunlarına inanıram.
Nə baş verməsindən asılı olmayaraq, bütün məhkəmələri dövlətimin qanunları ilə udmuşam. Yalnız bir məsələ qalıb: qarşı tərəf bunu açıq şəkildə təkzib etməlidir. Amma məsələ uzadılır, qarışdırılır, lağa qoyulur. Sanki mənim bunu qəbul edəcəyim düşünülür. Heç vaxt! Çünki mən haqlı olduqca, haqqımı tələb edəcəyəm. Bununla da dəfələrlə sübut edəcəyəm ki, Azərbaycan dövlətinin qanunları həmişə aşkar və ədalətli olub və məhz həmin qanunlara əsasən bütün məhkəmələrdə qərarlar çıxarılıb".
Aysel bildirib ki, qarşı tərəf təkzib videolarında onu lağa qoyur:
"Sonradan "təkzib" kimi təqdim olunan videoçarxa baxanda çox gülməyim gəldi. Çünki sanki istehza ilə hazırlanmış bir təkzib idi. Mənim hər gün efirim yoxdur ki, çıxıb danışım. Bu 5 ildə ikinci dəfədir ki, çıxıb nələrisə deyirəm. Çünki mən susduqca, abrımı qoruduqca baxıram ki, daha da üstümə gəlinir. Mənə vəkilim də, dostlarım da deyirdi ki, sus. Çünki cavab verdikcə söhbət daha da böyüyəcək. Susduqca da məsələ çox uzandı. Susmağıma çox peşmanam. Çünki bununla məni tamaşaçıların gözündə günahkar çıxardılar".
Aysel adının hallandığı iş adamı Elçinin həyatında başqa qadın olduğunu açıqlayıb:
"Qarşı tərəfin, adı mənimlə hallanan bəyin öz həyat yoldaşından başqa, elə mənim vaxtdan sevdiyi qadın olub. Ondan iki uşağı da var. Bildiyim qədər o qadın sadə həyat yaşayan biridir və adı da Ayseldir. Bunlar efirdə səsləndirilməyib".
Qeyd edək ki, 2019-cu ildə "Səni Axtarıram" verilişində qonaq olan Turanə Nəcəfova adlı qadın Aysel Əlizadəni keçmiş əri ilə münasibətdə ittiham edib. Söhbət zamanı Xoşqədəm Hidayətqızının müğənni haqda səsləndirdiyi fikirlər onlar arasında qalmaqala səbəb olub. A. Əlizadə X.Hidayətqızı və T.Nəcəfovanın sözlərinin şərəf və ləyaqətinə xələl gətirdiyini əsas gətirərək təzminat iddiası qaldırıb. İki il əvvəl Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərara əsasən, Xoşqədəm Hidayətqızı vurduğu mənəvi zərərə görə Aysel Əlizadəyə 3 min manat təzminat ödəməli idi.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
25 milyonluq malikanəsi əlindən alına bilər
Hollivud ulduzu Ceyson Steytem İngiltərənin cənubunda yerləşən malikanəsindəki qonaq evini itirmək təhlükəsi ilə üzləşib. Axşam.az xəbər verir ki, aktyor və sevgilisi Rouzi Hantinqton-Uaytli Nyü-Forest Milli Parkının rəhbərliyi tərəfindən tikinti qaydalarını pozmaqda ittiham olunublar. Bu barədə "Th
17 oktyabr"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - VİDEO
Müğənni Xatun Əliyeva canlı yayım zamanı həmkarı Namiq Qaraçuxurlu ilə münasibətləri barədə danışıb. xəbər verir ki, sənətçi meyxana ustadı ilə uzun müddətdir əlaqə saxlamadığını və danışmadığını bildirib. Xatun buna səbəb kimi Aygün Kazımova ilə bağlı məsələni göstərib. "Aygün Kazımovaya görə danışmıram
3 oktyabrAfətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - VİDEO
Sosial media platformalarında yeni ailə quran jurnalist-aparıcı Afət Rahilqızı ilə meyxanaçının yaş fərqi müzakirələrə səbəb olub. xəbər verir ki, paylaşım zamanı videolara "Gəlinin 56, bəyin 30 yaşı var" başlığının yazılması cütlüyün narazılığı ilə qarşılanıb. Cütlük onların yaşlarının xüsus
4 oktyabrMərhum atasını bu sözlərlə yad etdi
Müğənni Elmira Ələkbərzadə (Emma) mərhum atası, yazıçı Çingiz Ələkbərzadə ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi atasını doğum günündə yad edib. O, bu gün Çingiz Ələkbərzadənin 90 yaşının tamam olduğunu bildirib. "17 oktyabr. Bu gün atamın 90 yaşı tamam olur… Cənnətdəki ad günü
17 oktyabrABŞ-də kuryerlik edən Fərid Məmmədovdan CANLI İFA
Uzun illərdir ABŞ-də yaşayaraq kuryerlik edən müğənni Fərid Məmmədov yeni görüntüləri ilə diqqət çəkib. xəbər verir ki, o məşhur müğənni Meray Kerinin "My all" mahnısını ifa edib. Sənətçi sözügedən ifanı canlı səsləndirərək sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Fərid Məmmədov 2013-cü ild
23 oktyabrTolikə də "iPhone 18 Pro Max" hədiyyə edildi, amma...
Prodüser Tarix Əliyevə (Tolik) "iPhone 18 Pro Max" hədiyyə olunub. Prodüser bu barədə sosial media hesabında paylaşım edib. Tolik qara rəngli telefon istədiyini, lakin ona tünd qırmızı rəngli cihaz hədiyyə edildiyini bildirib. Bir müddət əvvəl müğənnilər Vəfa Şərifova və Afət Fərmanqızı, eləc
11 oktyabrOğlundan danışan Röya: "Səhvlər edir, onu keçirəm"
Xalq artisti Röya Ayxan oğlu Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi yeganə övladının səhvlərini bağışladığını etiraf edib. "Oğluma heç vaxt demirəm ki, sən böyük oğlansan. Səhvlər edir, onu keçirəm. Çünki uşaqdır. Uşaq uşaqlığını yaşamalıdır" -deyə o qeyd edib. Ətraflı videoda:
23 oktyabrBayhan dinini dəyişib?
Uşaqlıq illərini Almaniyada keçirən türkiyəli müğənni Bayhan dinini dəyişdirməsi ilə bağlı iddialara aydınlıq gətirib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk tanıdığı dinin xristianlıq olduğunu bildirdikdən sonra müzakirələrə səbəb olan sənətçi yanlış anlaşıldığını vurğulayı
17 oktyabrMingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü
Mingəçevirdə 52 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. -ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Ağdam rayon sakini, 1974-cü il təvəllüdlü Rəşan Bəşirov yaşadığı binada pilləkənlərlə düşərkən qıc olub və yıxılıb. O, baş nahiyəsindən aldığı xəsarətdən ölüb
10 oktyabr