Azərbaycandan nə qədər dollar və manat çıxarmaq olar?

Azərbaycandan nə qədər dollar və manat çıxarmaq olar?Azərbaycanda turizm sektoru xaricilər üçün çox cəlbedicidir. Turistlər geri dönəndə özləri ilə yadigar aparmaq istəyirlər. Kimisi balaca bir suvenir, kimi isə daha bahalı bir əşya, xalça ya digər antik sayılan əşyaları hədiyyə aparmaq istəyir. Bu zaman turistlər gömrükdə bəzi problemlər yaşaya bilərlər.

Turistlər, eləcə də Azərbaycan vətandaşları üçün gömrük qaydalarını təqdim edirik

Turist Azərbaycan nə qədər valyuta gətirə bilər?

Deklarasiya təqdim etdiyi təqdirdə Azərbaycana xarici valyutanın gətirilməsinə məhdudiyyət qoyulmur. Xarici valyutanın ölkədən çıxarılması da deklarasiyada bəyan edilən məbləğlə məhdudlaşır. Yəni, turist gətirdiyindən daha çox valyuta apara bilməz.
Qeyd edək ki, xarici valyutanın həcmi ölkəyə ayaq basdığı andan deklarasiyaya yazılmalıdır.
Milli valyutaya gəldikdə, manatın ölkədən çıxarılması və ya ölkəyə gətirilməsi icazəsi ancaq Azərbaycan vətəndaşlarına verilir. Yəni, əcnəbi turistlər manatı ölkəyə gətirə bilməzlər.

Ölkədən 1 000 dollardan və ya onun ekvivalentindən artıq vəsait çıxarılarsa 1% vergi tutulacaq. Azərbaycan vətandaşları ölkədən maksimum 500 min manat çıxara bilər, əlbəttə deklarasiyada bu haqda məlumat verilibsə
Hansı malları Azərbaycana gətirmək olar?
İlk növbədə onu vurğulayaq ki,ölkəmizə yalnız 10 min dollaradək qiyməti olan malları rüsumsuz gətirmək olar.
16 yaşdan yuxarı şəxslər bu malları rüsumsuz gətirə bilər:
Siqaret – 1 000 ədəd siqaret və ya 1 kiloqram tütün məhsulları;
Spirtli içkilər – sərt alkoqol içkiləri 1,5 litrədək, şərab – 2 litrədək;
Parfüm - şəxsi istifadə üçün ağlabatan həddə;
Digər mallar – 10 min dollaradək qiyməti olan.
Bu malları Azərbaycana gətirmək qadağandır
- Azərbaycan Konstitusiya quruluşuna qarşı çıxış edən fotoşəkil və ya çap materialları:
- Xüsusi icazə verilmiş ov tüfəngləri istisna olmaqla silah və sursat;
- Narkotik vasitələr və narkotik tərkibli dərmanlar;
- Heyvanlar;
- Təzə meyvə və tərəvəz.
Hansı malları ölkədən çıxarmaq qadağandır?
- Antik əşyalar
- Xammal şəklində qiymətli daş-qaşlar;
- Sikkələr və digər sənət əsərləri;
- Silah və sursat;
- 600 qramdan çox nərə balağının kürüsü;
- İt pişik istisna olmaqla canlı heyvanlar;
- Qiymətli ağac növləri;
- Radioaktiv materiallar;
- Azərbaycanın "Qırmızı Kitab"ına daxil olan nadir bitkilər;
- Maral və Ceyran buynuzları.
Qeyd edək ki, 1960-ci ilədək istehsal olunan hər-hansı bir xalça və ya milli sənətkarlıq nümunəsi antik əşya hesab olunur . Onların ölkədən çıxışına Mədəniyyət və Turizm Nazirliyi sertifikat verməlidir. Sertifak rəsmi sərgi salonlarında və ya mağazalarda verilir. Bazarda ya özəl dükanlarda belə bir tip sertifikat verilmir.
Xatırladaq ki, sertifikati olan antik əşyalar vergiyə cəlb olunur.
Bunları Azərbaycandan çıxarmaq mümkündür
- Şəxsi əşyalar;
- Respublikada rəsmən sertifikat alınmış əl işi əşyaları.
Ölkəyə giriş vaxtı sənədləşmiş gömrük deklarasiyasını ölkədən çıxışa qədər saxlamaq tövsiyə olunur.

fins.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2544   Tarix: 22 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Al lalələri ilə görənləri heyran edən Xocalıdan - Fotolar

Respublikamızın dilbər guşələrindən olan Xocalı gözəl təbiət mənzərələri ilə fərqlənir. Qarabağ silsiləsində yerləşən rayon yaz aylarında bir başqa gözəllikdə olur. Aprel ayında Qaraqar çayı ətrafındakı nisbətən düzən ərazini bəzəyən al lalələr yoldan keçənləri özünə heyran edir. Təbiətin yaratdığı b

26 aprel
.

Azərbaycan hərbçiləri İtaliyada - FOTO

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu İtaliya Respublikasının Livorno şəhərində keçiriləcək beynəlxalq dənizçilik yarışlarında iştirak etmək məqsədilə bu ölkədə səfərdədir. Bu barədə -a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, səfər çərçivəsində hərbi qulluqçularımı

27 aprel
.

Yeddi kişini şantaja görə mühakimə olunacaq - İş məhkəmədə

Özünü Milli Fədailər Hərəkatının qurucusu kimi təqdim edən, 6 ay əvvəl isə şantaja görə tutulan Fuad Muradovun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. "Qafqazinfo"nun məlumatına görə, iş üzrə toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib

26 aprel
.

Bəzi tikinti materialları BAHALAŞACAQ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi çoxtonnajlı avtomobillə yükdaşımaların tənzimləməsi üçün müvafiq qaydaların tətbiqinə başlayıb. Belə ki, ümumi istifadədə olan avtomobil yollarında hərəkət edən nəqliyyat vasitələrinin müxtəlif növləri üzrə onların icazə verilən ümumi kütləsi, qabarit parametrləri

26 aprel
.

"Qaraca qız": "Ən çox qonorarı mən aldım" - FOTO

"Qaraca qız" filmində "Tutu" obrazını iki uşaq oynayıb. Biri Sevildir, digəri isə başqa bir qız. Filmi diqqətlə izləsəniz, ilk 5 dəqiqəyə qədər olan bir neçə epizodda "Tutu" obrazının körpəliyini görmək mümkündür. Mən o qızı çəkilişlərdə də görmüşəm. Bir neçə il bundan önc

27 aprel
.

Gözəl təbəssüm, diş sağlamlığınız üçün həkim-stomatoloq Dr.Şövkət-i SEÇİN

Hər yaşdan olan insanlar üçün gözəl təbəssüm, diş sağlamlığı və daha yaxşı ağız keyfiyyəti önəmlidir. Breket müalicəsi, diş və ya çənə birləşməsindəki pozğunluqları və dişlərin sıxlığını aradan qaldırmaq üçün tətbiq olunan müalicə üsuludur. Dünya əhalisinin 90%-ə qədəri dişlərinin düz olmamasından şikayətlənir

27 aprel
.

Sabunçuda qaçırılan 16 yaşlı qızın atası DANIŞDI: "Hər ikisinin təhsili yoxdur" - VİDEO

Bakıda qaçırılan 16 yaşlı qızın atası danışıb. -ın məlumatına görə, hadisə aprelin 17-si Bakının Sabunçu rayonunun Sabunçu qəsəbəsində baş verib. 16 yaşlı qız kredit ödənişi üçün evdən çıxıb və geri qayıtmayıb. Məlumata görə, o, özündən bir yaş böyük oğlana qoşulub qaçıb. Yeniyetmə qızın atası bildiri

27 aprel
.

Həcc ziyarəti ilə bağlı dünya zəvvarlarına müraciət edildi

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bir sıra ölkələrdə sosial media saytlarının xidmətlərini reklam edərək, 1445/2024-cü il üçün Həcc mərasimlərini yerin

26 aprel
.

285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı

285 saylı məktəbin müəllimi Təranə Yusifova yeni direktor təyin edilən Nuranə Yəhyayeva tərəfindən işdən qanunsuz olaraq uzaqlaşdırıldığını iddia edir. O, bu barədə -a açıqlamasında bildirib. 35 il pedaqoji stajı olduğunu qeyd edən T.Yusifovanın sözlərinə görə, 1994-cü ildən isə Suraxanı rayon B.Qulamoğl

27 aprel