Gözləyin!"Azərbaycanda ANS-dən sonra daha bir televiziya bağlana bilər"

Gözləyin!"Azərbaycanda ANS-dən sonra daha bir televiziya bağlana bilər"Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli müsahibə verib. O, televiziyalardakı mövcud vəziyyət və problemlərin aradan qaldırılması yollarından danışıb.

-Nuşirəvan müəllim, MTRŞ sədri olaraq 2017-ci ildə Azərbaycan televiziyalarından gözləntiləriniz nədən ibarətdir?

-Televiziyalardan gözləntilərimiz çoxdur. Xüsusən də verilişlərin keyfiyyəti ilə bağlı gözləntilərimiz var. Arzu edərdik ki, efirdə şou xarakterli verilişlərin sayı azaldılsın, intellektual verilişlərin sayı artsın. İstərdik televiziyalarda Azərbaycanın milli mənəvi dəyərlərinə uyğun, tarix və ədəbiyyatla bağlı verilişlərin sayı çox olsun. Efir jurnalistlərinin peşəkarlıq səviyyəsinin artması çox yaxşı olardı. Arzu edərdik reklam bazarında canlanma olsun ki, televiziyalar oradan bəhrələnərək verilişlərin keyfiyyətini artırsınlar.

-Seriallarla bağlı prezident tərəfindən hər il maliyyə vəsaiti ayırılırdı. Bu il necə, bunu gözləyirsinizmi?

-Dövlət seriallara müəyyən müddət üçün pul ayırmışdı. Davamlı olaraq bu vəsait ayrılmamalı idi. Bu sahənin hərəkətə gəlməsi üçün vəsait ayrılmışdı. Bununla bağlı bir neçə kanal hazırda iş aparır. Ayrı-ayrı insanlardan serial çəkilişləri ilə bağlı müsbət fikirlər eşidirəm. Azərbaycanda müəyyən qədər də olsa, serial çəkilişləri inkişaf etməyə başlayır. Ancaq bu sahədə görülməli işlər həddən artıq çoxdur. Qonşu ölkələrdəki Rusiya, Türkiyə serialları ilə müqayisədə onların səviyyəsinə çatmağımız üçün çox çalışmalıyıq. Əhali də artıq yerli seriallara baxır. Keyfiyyətdə də müəyyən dəyişiklik var. Təbii ki, indiki seriallar beş il əvvəlkilər kimi deyil. İnsanlar başa düşürlər ki, daha keyfiyyətli seriallar çəkərlərsə, əhalinin onlara marağı daha çox olar.

-Seriallarda gizli reklamlar qadağan olunub. Çəkilişlərdə bu qadağalara əməl olunurmu?

-Gizli reklam məsələsi tək bizim ölkə üçün xarakterik deyil. Bütün ölkələrdə çalışırlar ki, gizli reklamlar verib pul qazansınlar. Təbii ki, bizdə də belə hallar var. Biz onların üzərində işləyirik. Tədricən bu problem aradan qalxır. 10 il qabaq Azərbaycan efirində olan qanun pozuntuları bu gün demək olar ki, çox azdır.

-Efirdəki aparıcıların bayağılığı aradan qalxırmı?

-Bayaq qeyd etdiyim kimi 2017-ci ildə istəyimiz odur ki, efirlərdə şou-biznes nümayəndələri yox, daha çox peşəkarlar olsun. Təəssüflər olsun ki, efirdə çox vaxt müğənnilər, aktyorlar da iştirak edir. Bu problem deyil, yüksək peşəkarlığa sahib olsaydılar, çox sevinərdik. Təəssüf ki, qeyri-jurnalistlər öz vəzifələrinin öhdəsindən lazımınca gələ bilmir.

-Sizə bayağı verilişlərlə bağlı şikayət edənlər olurmu?

-Şifahi şəkildə müraciətlər çoxdur. Təəssüflər olsun ki, bayağı, xüsusən də şou müğənnilərin iştirakı ilə olan verilişlər hələki efirdə qalır. Bizim efirlərdə sosial xarakterli problemlər də var. Biz MTRŞ olaraq hər zaman sosial problemli insanlar üzərindən şou yaradılmasının əleyhinə olmuşuq. Yəni, fiziki cəhətdən qüsurlu olan, öz hüquqlarını bilməyən, sosial problemli insanlar üzərində şou yaratmaq halları efirlərdə var. Şura hətta müəyyən insanların axtarışı ilə bağlı olan verilişlərlə üçün öz narahatlığını gizlətmir. Çünki insanların axtarılması fövqəladə hallarda ola bilər. Onları axtarmaq normaldır. İndiki zamanda insan ağlı başında ola-ola ölkəni tərk edib başqa ölkəyə gedirsə, indi də durub onları axtarırlarsa, hesab edirəm bu, o qədərdə vacib deyil. Çünki həmin insanlar özləri gediblər. Onun üzərində şou yaratmağa heç bir əsas yoxdur.

-Azərbaycanda yeni televiziya açıla bilərmi?

-Xeyr. Mən hesab edirəm ki, Azərbaycanda televiziya kanallarının sayı kifayət qədərdir. Hətta deyərdim ki, artıqdır. Onların sayını azaltmaq lazımdır ki, reklam bazarında olan vəziyyət müəyyən qədər düzəlsin.

-Rəqəmsal yayımla bağlı hansı problem varmı?

-Artıq rəqəmsal yayıma keçmişik. Bununla bağlı hər hansı bir problem yoxdur, hər şey normaldır.

Mənbə:Unikal.org


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3684   Tarix: 23 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İtkin düşən Gülalı Dadaşov 30 il sonra dəfn edildi - Fotolar

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən və 30 ildən sonra meyitinin qalıqları tapılan Gülalı Dadaşov dəfn edilib. "Report"a istinadən xəbər verir ki, onun meyitinin qalıqları Bakının Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb. Qeyd edək ki, G

7 may
.

Sinan Engin canlı yayımda stuldan yıxıldı - VİDEO

Türkiyənin "Beyaz TV" ekranlarında canlı yayımlanan futbol proqramında yaşananlar sosial şəbəkələrdə viral olub. xəbər verir ki, masada gərgin müzakirə getdiyi an futbol şərhçisi Sinan Engin oturduğu kresloda arxaya söykənmək istəyib. Lakin o qəfildən yıxılıb. Keçmiş hakim Ahmet Çakar tez Sinanı

7 may
.

DİQQƏT! - Bunu edən sürücülər 40 AZN CƏRİMƏLƏNƏCƏK - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, hazırda ölkə ərazisində müşahidə olunan küləkli, yağışlı hava şəraitinin mayın 9-dək davam edəcəyi gözlənilir. -in məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısını

7 may
.

Əri tərəfindən boğularaq qətlə yetirilən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO

Sabunçu rayonunun Ramana qəsəbəsi, "3-cü Mədən" adlanan nömrəsiz fərdi yaşayış evlərinin birində 28 yaşlı Nurəddin Məmmədov aralarında yaranan mübahisə zamanı 22 yaşlı həyat yoldaşı Ayşən Məmmədovanı boğaraq qətlə yetirib. Hadisədən sonra cinayəti törətməkdə şübhəli bilinən Nurəddin Məmmədo

6 may
.

Şəhidimizin xanımı: "Xocalıdan gələnləri gördü, dedi, mən döyüşə getməliyəm" - FOTO/VİDEO

32 ildən sonra şəxsiyyəti müəyyənləşən itkin düşmüş şəhidlərimizindən biri də Cəlal Rüstəmovdur. Onun nəşi Tərtər rayonunun Şəhidlər xiyabanında dəfn edilib və bu yaxınlarda şəxsiyyəti müəyyənləşən 73 nəfərdən biridir. Cəlal Əbdülhəkim oğlu Rüstəmov 1965-ci ilin 9 aprel tarixində İsmayıllı rayonunu

7 may
.

Hərbi qulluqçunun vəzifələri artırılır

Hərbi qulluqçunun vəzifələri artırılır. APA-nın xəbərinə, bu, Mili Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Bu vəzifələr sırasın

7 may
.

Vəzifəsindən azad edilən keçmiş baş nazir: "Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər"

Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov vəzifəsindən azad edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Məsələ ilə bağlı -a danışan Novruz Məmmədov bildirib ki, öz istəyi ilə ərizə yazaraq tutduğu vəzifədən azad edilməsin

7 may
.

Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB

Sosial şəbəkələrdə Bakı funikulyorunun sərnişinlərindən adambaşına 2 manat gediş haqqı alındığına dair məlumat yayılıb. Bu isə təbii olaraq vətəndaşların narazılığına səbəb olub. İnsanlar hesab edirlər ki, Bakının bu gözəl nəqliyyat növü əlçatmaz olmamalıdır. yayılan xəbəri şərh etmək üçün Bakı Şəhə

7 may
.

İşdən çıxarılan məşhur cərrah DANIŞDI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılması ilə bağlı açıqlama verib. Bu barədə -a danışan həkim bildirib ki, artıq apellyasiya instansiyasını da qazanıb. "Hakim Fuad Talışınskini

7 may