Azərbaycanda bu qadına görə hər kəs ayağa qalxdı - FOTO

Azərbaycanda bu qadına görə hər kəs ayağa qalxdı - FOTOGünel Fərhadovanın 30 yaşı var. Əslən Şuşadandır. Ailəsi ilə birgə Ağcabədidə məskunlaşıb. Birinci Qarabağ savaşında Laçın uğrunda gedən döyüşlərdə şəhid olan Nemət İsmayılovun nəvəsidir.

Gənc ana dörd ildir qan xərçəngindən əziyyət çəkir. Hazırda müalicəsini B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda davam etdirir: "Dörd il əvvəl aşkarlanıb bu xəstəlik məndə. Nəfəs ala bilmir, təngnəfəs olurdum. Diş diblərində kəskin qanaxmalar olurdu, birinci mərhələnin müalicəsi çox ağır keçdi. həkimlərin köməyi ilə ayağa qalxdım, amma yenə qayıtdı".

Günel Fərhadovanın xəstəliyinin ilkin mərhələsi övladını dünyaya gətirdikdən doqquz ay başlayıb: "Qan analizlərindən bəlli oldu ki, leykozdur. Müalicə olundum. Evdə oldum, övladıma baxdım. Mütəmadi olaraq müalicələrə gedib gəlirdim. Hər üç aydan bir yoxlanırdım".

İlk kursdan etibarən remisiya əldə olunan xəstədə dörd ildən sonra kəskin ağırlaşma baş verir: "Kəskin ağrılarım var sinəmdə və kürək hissəmdə. Özümü pis hiss edirəm, halsızlıq var. Müayinə olundum, həkim məsləhəti ilə analizlər verdim. Yenidən leykoz aşkarlandı".

Günelin 5 yaşında Nilufər adlı bir qızı var. Deyir ki, həyat yoldaşı xəstə olduğunu öyrəndikdən sonra ailəsini tərk edib. Dörd ildir nə övladı, nə də Günelin səhhəti ilə maraqlanır. 2013-cü ildən ayrılmalarına baxmayaraq, aliment də vermir: "Xəstə olduğumu öyrəndi və ayrıldıq. Heç bir dəfə də maraqlanmayıb. Övladıma anamgil baxır".

Qan xərçəngindən əziyyət çəkən Günel övladını valideynlərinin evində, xəstəliyə görə aldığı 140 manat müavinətlə dolandırır. Sağlamlığına qovuşmaq üçün isə imkanlı şəxslərdən kömək gözləyir: "İmkanlı şəxslərdən müalicəm üçün kömək istəyirəm. Köməksizəm. Övladım üçün sağalıb ayağa qalxmaq istəyirəm".

B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun böyük elmi işçisi Mahmud Mahmudovla da görüşdük: "Ağ qan xəstəliyindən əziyyət çəkir. Tibbi terminlə desək, leykozdur. Bununla bağlı xəstənin özü də məlumatlandırılıb. Hüceyrələrin sayı az olduğu üçün təkrar sümük iliyinin analizini etməmişik. Təxminən iki həftədən sonra ortalama dövründən sonra, bəzən isə 4-6 həftə içərisində yoxlanılır. Hazırda Günelin xəstəliyinin ikinci mərhələsi üçün müəyyən preparatlar lazımdır. Səhiyyə Nazirliyi tərəfindən institutumuza verilən preparatlar kifayət etmir".

Hazırda Günel Qabil qızı Fərhadovanın adına "Kapital Bank"da hesab nömrəsi açılıb.

Günel Qabil qızı Fərhadova
Benefisiarın Bankı: Kapital Bank ASC Nərimanov Filialı
Filial kodu: 20 00 93
VÖEN: 99 0000 36 11
SWIFT kod: AHBAZ2X
Müxbir hesabı: AZ 37 NABZ 01350100000000001944
Hesab №: AZ 27 AHB 410 100 194 401 023 951 09

Mənbə: APA TV


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 3782   Tarix: 23 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Metroda qıza cinsi zorakılıq edən şəxs sərbəst buraxıldı, yenidən eyni addıma əl atdı - VİDEO

Türkiyədə metroda gənc qıza sataşan şəxs saxlanıldıqdan sonra sərbəst buraxılıb. xarici mediaya istinadən xəbər verir ki, şübhəli daha sonra başqa bir təcavüz hadisəsinə görə yenidən saxlanılıb. Cinsi zorakılığa görə cinayət keçmişi olan şübhəlinin marketdə biri uşaq olmaqla daha 2 nəfərə sataşdığı görüntülər

6 may
.

ABŞ səfirinin bir qrup şəxslə görüşünün media azadlığı ilə heç bir əlaqəsi yoxdur - RƏY

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü adı altında pərdələnərək bir qrup şəxsi "mətbuat azadlığına sadiq olan istedadlı jurnalist" kimi təqdim edərək görüşməsinin media azadlığı ilə heç bir əlaqəsi yoxdur. Bunu "Report"a açıqlamasında Mill

5 may
.

İsrail ordusu "İslami Cihad"ın komandirini məhv etdi

İsrail ordusu Fələstinin radikal "İslami Cihad" təşkilatının Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki bölmələrinə cavabdeh olan hərbi qanadının komandirlərindən birini zərərsizləşdirib. bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, söhbət "İslam

5 may
.

Avropa İttifaqının Qırmızı dənizdəki missiyası hərbi gəmi çatışmazlığı yaşayır

"Avropa İttifaqının Qırmızı dənizdəki missiyasının təhlükəsiz və tam işləməsi üçün kifayət qədər gəmisi yoxdur". "Report" xəbər verir ki, bu barədə Qırmızı dənizdə gəmiləri qorumaq üçün fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) fevralın 19-da yaradılan "Aspides" adlı missiyasını

5 may
.

Avropa İttifaqı "Telegram"ı nəzarətə götürdü

Belçikanın Poçt Xidmətləri və Telekommunikasiya İnstitutu Avropa İttifaqı daxilində "Telegram" sosial şəbəkəsinin işini tənzimləyəcək və platformaya nəzarəti həyata keçirəcək. Belçika mətbuatı yazır ki, institut "Telegram"ın mesencerində qeyri-qanuni məzmunun yayılmasına, zorakılığ

6 may
.

Blinken Ukraynaya ayrılmış milyardlarla dollar barədə: "Yaxşı iş yerlərinin yaranmasına imkan verəcək"

"Vaşinqton tərəfindən Ukraynaya onmilyardlarla dollarlıq hərbi yardım ABŞ-yə qoyulmuş investisiya kimi qalacaq". Bu sözləri ABŞ-nin dövlət katibi Antoni Blinken Makkeyn İnstitutunda təşkil olunan tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu vəsaitlər əsasən ABŞ-də yaxşı iş yerlərini

4 may
.

Rusiya Volodimir Zelenskini AXTARIŞA VERDİ

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna Prezidenti Volodimir Zelenskini axtarışa verib. "Report" xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb. Məlumatda Ukrayna dövlət başçısının Rusiya Cinayət Məcəlləsinin hansı maddəsi ilə axtarışa verildiyi açıqlanmayıb

4 may
.

Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb

Braziliyanın cənubunda daşqın nəticəsində ölənlərin sayı 39-dan 56-ya yüksəlib. "Report" xəbər verir ki, bu barədə "CNN Brasil" telekanalı Uruqvayla sərhəddə yerləşən Rio Qrande-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadən məlumat yayıb. Məlumata görə, 74 nəfər yaralanıb, 6

5 may
.

Borreldən etiraf: "ABŞ hegemon statusunu itirib"

"ABŞ hegemon statusunu itirib". Bu fikri Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel Böyük Britaniyada mühazirə ilə çıxış edərkən deyib. Borrel Soyuq Müharibə dövründən sonra yaranan beynəlxalq sistemin indi praktiki olaraq mövcudluğunu dayandırdığın

5 may