Efirdə DAVA düşdü: "Qapını elçilər dağıdırdı?"
Əməkdar artist Kubra Əliyeva qonaq olduğu "Elgizlə izlə" verilişində özündən çıxıb.
Milli.Az xəbər verir ki, aktrisa efirə gələn Ülkər adlı qızla söz davasına çıxıb.
Buna səbəb isə onun pis vərdişdən sağalan kişiyə "Sənin kimi birinə ərə getmərəm" deməsii olub.
Əliyeva bu sözlərlə etirazını bildirib:
"Sakit dur, mənə cavab vermə. Qız uşağısan, qapını elçilər dağıdırdı? Deyirdin, sənin kimi oğlana ərə getmərəm. Səndən də yaxşı qız oğluma almışam, mənə oğul verdi. İndi nəvəm əsgərlikdədir. Qabaqdangəlmişlik etmə. Mikrofonu alın onun əlindən. Sayqın yoxdu sənin. Xəstəlikdən sağalan birinə deyirsən ki, sənin kimi birinə ərə getmərəm. İnsanlar balasını narkotikdən müalicə etdirmək üçün evini satır. Sənin qapına gəlib? Mən bunu yaşamışam. Səni izləyəndə bütün bədənim əsdi. Onları qurtarmaq üçün ölürük. Belə insanlara əl tuta bilirsiniz tutun, tuta bilmirsinizsə susun. Adi bir qığılcım onları məhv edir. Mənim oğlum Rauf 5 dil bilirdi. Mən elə dərd yaşadığım üçün analar zəng vurdu mənə, dedilər ki, susdurun o qızı. Oğluma elçi gedəndə dedim ki, övladım bu yolun yolçusudur. Amma arxanda mənim kimi qayınanan var. Onu işə qoydum, nəvəmi də götürdüm və ona ev də aldım. Həmin vaxt indiki kimi reabilitasiya mərkəzləri olsaydı Rauf kimi oğulu itirməzdik".
Xatırladaq ki, Kübra Əliyevanın oğlu Rauf Məmmədov 2015-ci ildə cəzaçəkmə müəssisəsinin xəstəxanasında qaraciyər xəstəliyindən dünyasını dəyişib. O, narkotik maddə aludəçisi olmuşdu.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Sənət öyrədib, reklam etdiklərimin xəyanəti..."
Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə xəyanətlə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni xalqın sevgisini hər an hiss etdiyini bildirib. Sənətçi illərlə reklam edərək sənətin elit təbəqəsinə çatdırdığı insanların xəyanətinə baxmayaraq, tamaşaçı sevgisinin onun üçün xüsusi olduğun
24 oktyabrRafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Türkiyəli müğənni Rafet El Romanın evlənməyə hazırlaşdığı azərbaycanlı xanımın kimliyi bəlli olub. Axşam.az türk mediasına istinadən xəbər verir ki, ifaçı Rəhimə Hacıyeva adlı xanımla nişanlıdır. Sosial şəbəkələrdə cütlüyün birgə çəkilmiş fotosu da yayılıb. Məlumata görə, Rəhimənin 32 yaşı var və o
25 oktyabrAtilla Taşdan ürəkdağlayan fəryad - (Video)
Türkiyəli müğənni Atilla Taşın 34 yaşlı qızı Sezen Taş son mənzilə yola salınıb. xəbər verir ki, Mersinin Erdemli rayonunda istirahət kompleksinin 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirən Sezen Taş Mezitli qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində mərhumun yaxınları göz yaşlarına hakim ol
10 oktyabrDilarə Əliyevaya VƏZİFƏ VERİLDİ
Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə verilib. "Olay"a istinadla xəbər verir ki, tanınmış aktrisa və aparıcı ARB televiziyasında müşavir vəzifəsinə təyin olunub. Bir neçə gündür işinin icrasına başlayan Dilarə yaxın aylarda yenidən ekranlara qayıdacaq
24 oktyabrTalıb Talenin ikinci qızı dünyaya gəlib
Müğənni Talıb Talenin ikinci övladı dünyaya gəlib. Axşam.az xəbər verir ki, sənətçinin qızı doğulub. Bu haqda aparıcı Aytəkin Mərdanova "Qonaqcanlı" proqramında deyib. Qeyd edək ki, Talıb Bahar adlı xanımla evlənib. Onun ötən ilin mayında ilk övladı dünyaya gəlib
16 oktyabr25 milyonluq malikanəsi əlindən alına bilər
Hollivud ulduzu Ceyson Steytem İngiltərənin cənubunda yerləşən malikanəsindəki qonaq evini itirmək təhlükəsi ilə üzləşib. Axşam.az xəbər verir ki, aktyor və sevgilisi Rouzi Hantinqton-Uaytli Nyü-Forest Milli Parkının rəhbərliyi tərəfindən tikinti qaydalarını pozmaqda ittiham olunublar. Bu barədə "Th
17 oktyabrBacısı ilə davasından danışıb ağladı - Video
Türkiyəli müğənni Hadisə Anas Bukhaşın aparıcılıq etdiyi ABtalks adlı "YouTube" proqramının qonağı olub. "Qafqazinfo" xəbər verir ki, sənətçi verilişdə şəxsi həyatı, ailəsi və karyerasının ən çətin dövrləri ilə bağlı açıqlamalar verib. O, 2018-ci ildə menecerliyini edən bacısı Hüly
14 oktyabr