Keşişə qəribə QADAĞA: əzələlərini göstərmə... - VİDEO

Keşişə qəribə QADAĞA: əzələlərini göstərmə... - VİDEOİtaliyada 32 yaşlı katolik keşiş Alberto Ravaniani sosial mediada idmanla bağlı paylaşımlarına görə kilsə rəhbərliyi tərəfindən xəbərdarlıq alıb və fəaliyyətinə məhdudiyyətlər qoyulub.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, gənc ruhani həm dini xidmətini davam etdirir, həm də aktiv şəkildə idmanla məşğuldur. Özünü "idman zalında keşiş" adlandıran Ravaniani hesab edir ki, fiziki məşqlər "bədəni, düşüncəni və ruhu gücləndirir".

O, sosial şəbəkədə izləyicilərinə belə müraciət edib:

"Dostlar, dua etmək kifayət deyil! Müqəddəs olmaqla yanaşı, sağlam qalmaq da vacibdir."

Lakin keşişin idman zalında çəkdirdiyi fotolar və əzələlərini nümayiş etdirdiyi paylaşımlar sosial şəbəkələrdə ziddiyyətli reaksiyalar doğurub. Bəzi istifadəçilər onun bu davranışını tənqid edərək "ata, sizə baxanda günah işlətdim" kimi ironik şərhlər yazıblar.

Sosial mediada yaranan müzakirələrdən sonra Milan arxiyepiskopu Mario Delpini və kilsə rəhbərliyi məsələyə müdaxilə edib. Onlar Ravanianidən ictimai paylaşımlarını məhdudlaşdırmağı və kilsə geyim qaydalarına riayət etməyi tələb ediblər.

Hadisə İtaliyada kilsənin sosial media və müasir ünsiyyət vasitələrinə münasibəti barədə geniş müzakirələrə səbəb olub. Bəzi katoliklər Ravanianinin gənclərlə əlaqə yaratmaq üçün düzgün yanaşma seçdiyini düşünür, digərləri isə bunu kilsə ənənələrinə və dini imicə zərbə kimi qiymətləndirir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 399   Tarix: 10 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünya şöhrətli dramaturq vəfat etdi

Dünya şöhrətli dramaturq və rejissor Tom Stoppard 88 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, o, Britaniyadakı evində dünyasını dəyişib. Dramaturqun ölüm səbəbi isə açıqlanmayıb. Qeyd edək ki, Stoppard "Arkadiya", "Həqiqi şey", "Utopiya sahili", "Rozenkrans və Gildenşter

30 noyabr
.

İkinci övladı olacaq

İngilis müğənni Elli Qoldinqin ikinci övladı olacaq. Axşam.az xəbər verir ki, bu barədə ötən gün Londonda keçirilən "Fashion Awards" mükafatlandırma mərasimində bəlli olub. Qeyd edək ki, 38 yaşlı ifaçının keçmiş həyat yoldaşı Kaspar Joplinqdən 4 yaşlı Artur adlı övladı da var. Son aylarda şəxs

2 dekabr
.

Əhaliyə XƏBƏRDARLIQ - Bu həftə ilk dəfə...

Günəşdə son bir həftədə ilk dəfə olaraq yüksək gücə aid - sonuncudan əvvəlki M sinfinə məxsus alışma qeydə alınıb. xəbər verir ki, bu hadisə haqqında məlumatı Rusiya Tətbiqi Geofizika İnstitutu yayıb. Məlumata görə, 4 dekabr saat 06:50-də (Bakı vaxtı) rentgen diapazonunda, N06E52 koordinatlarında yerləşə

4 dekabr
.

İnsanlığın ən çox vəsait xərclədiyi 10 kosmik missiya (SİYAHI)

Kosmos araşdırmaları Soyuq müharibə dövrünün rəqabəti ilə sürət qazandı və insanlığın ən böyük elmi yatırımlarından birinə çevrildi. ABŞ və SSRİ-nin ideoloji mübarizəsi raket texnologiyası, naviqasiya peykləri, dərin kosmos teleskopları və insanlı kəşf proqramlarına trilyon dollara yaxın sərmayənin ayrılmasın

2 dekabr
.

Praqada çəkilən görüntü müzakirə yaratdı: "Budur Avropanın bizə göstərilməyən üzü" - VİDEO

Çexiyanın paytaxtı Praqaya səfər edən bir türk vətəndaşının sosial mediada paylaşdığı görüntü Avropa şəhərlərindəki sosial problemləri yenidən gündəmə gətirib. türk mediasına istinadən xəbər verir ki, paylaşılan videoda şəhərin mərkəzindəki bir skamyada yorğun və baxımsız halda yuxuya getmiş gənc qadı

2 dekabr
.

KİV: Ukrayna Prezidenti Ofisinə Denis Şmıqal rəhbərlik edə bilər

Ukraynanın müdafiə naziri Denis Şmıqal Andrey Yermakın istefasından sonra Prezident Volodimir Zelenskinin Ofisinə rəhbərlik edə bilər. "Report"un məlumatına görə, bu barədə "Axios"un jurnalisti Barak Ravid Ukrayna rəsmilərinə istinadən "X" sosial şəbəkəsində bildirib. Nəzərdə

30 noyabr
.

Ərdoğan: Türkiyə Yaxın Şərqlə bağlı hazırkı siyasətini davam etdirəcək

Türkiyə Yaxın Şərqlə bağlı hazırkı siyasətini davam etdirəcək. "Report" "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, rəsmi Ankaranın Fələstinlə bağlı iki dövlətli həlli yolunu dəstəklədiyini bildirib: "Paytaxtı Şərqi Qüds ola

30 noyabr
.

Honkonqda baş verən yanğında ölənlərin sayı 150 nəfəri ötüb

Honkonqda baş verən dəhşətli yanğın nəticəsində ölənlərin sayı 151 nəfərə çatıb. xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri şəhərin yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, yanan binalara baxış keçirən xilasedicilər dekabrın 1-də daha beş meyi

1 dekabr
.

ABŞ-yə 5 000-dən çox əfqanın gəlişi ölkə hakimiyyətində narahatlıq doğurub

Rəsmi Vaşinqton hesab edir ki, 2021-ci ildə Amerika hərbçilərinin Əfqanıstandan çıxarıldıqdan sonra ABŞ-yə gələn 5 00-dən çox əfqan Birləşmiş Ştatların milli təhlükəsizliyinə təhdid yarada bilər. "Report"un məlumatına görə, bu barədə ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyinin statistikasın

30 noyabr