"Azərbaycan əsgərlərinin meyitləri neytral zonada qalıb, itkisiz götürmək çətindir" -polkovnik təsdiqlədi

"Azərbaycan əsgərlərinin meyitləri neytral zonada qalıb, itkisiz götürmək çətindir" -polkovnik təsdiqlədiErmənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı Azərbaycan ordusu tərəfindən alınıb, tərəfimizdən heç bir ərazi itkisi yoxdur. Sonxeber.az bildirir ki, bunu virtualaz.org-a polkovnik Şair Ramaldanov deyib.

Polkovnikin sözlərinə görə, hər iki tərəf canlı qüvvə itkisi verib. Ramaldanov neytral zonada Azərbaycan əsgərlərinin meyitlərinin qalması barədə məlumatı təsdiqləyib. "Həmin hərbçilər müəyyən qədər neytral zona daxilində yerləşən "önə çəkilmiş postlar"da xidmət edirdilər", - ekspert bildirib.

"Keşikçi postları neytral ərazinin 100 metr dərinliyinə qədər məsafədə yerləşə bilər. Həmin əsgərlər erməni ordusunun zərbəsini ilk olaraq dəf ediblər və qəhrəmancasına vuruşublar. Hazırda həlak olanların meyitlərinin qaytarılması üçün operativ tədbirlər görülür. Beynəlxalq Qırmızı Xaç Komitəsi baş verənlərlə bağlı xəbərdar edilib. Problem bundan ibarətdir ki, erməni tərəfi snayperlərini ön cəbhəyə çəkib. Buna görə də, həlak olmuş əsgərlərin meyitlərini itkisiz götürmək çətindir", - o qeyd edib.

Ramaldanov məlumat verib ki, ötən gecə ermənilərin hücumu, güman ki, əvvəllər aparılmış atışmaların davamı olub və qarşı tərəfin kəşfiyyat-diversiya qruplarının hərəkəti ilə bağlıdır. "Onlar müxtəlif istiqamətlərdə, o cümlədən Xocavənd istiqamətində Azərbaycan ordusunun mövqelərində zəif yerlər axtarıblar. Azərbaycan hərbçiləri əsl hərbi rəşadət göstərərək gərgin gecə döyüşündə layiqli cavab veriblər və düşməni əvvəlki mövqelərinə qayıtmağa məcbur ediblər", - Ramaldanov deyib.

Hərbi mütəxəssisin sözlərinə görə, hazırda ermənilər qüvvələrini cəbhə xəttinə çəkirlər, tanklar ön xəttə toplanıb. Ekspert qeyd edir ki, cəbhə xəttində kəskinləşmə Ermənistan hakimiyyəti tərəfindən yaradılıb və onlar əhalinin diqqətini daxili problemlərdən Qaarabağdakı vəziyyətə yönəltməyə çalışırlar.

"Rəsmi Yerevan daim öz əhalisini inandırmağa çalışıb ki, ötən ilin aprel ayında itirilmiş əraziləri geri qaytaracaq. Lakin erməni ordusu bunu edə bilmir. Bizim ordumuz istənilən hərbi tapşırığı yerinə yetirməyə hazırdır", - Ramaldanov vurğulayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 98447   Tarix: 25 fevral 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

Kranın dəmir qarmağı fəhlənin ölümünə səbəb oldu - FOTO

Salyan sakini bədbəxt hadisə nəticəsində ölüb. Məlumata görə, hadisə Şirvan şəhərinin "Qarasu OYL" şirkətinin podratçı təşkilatı olan "İlkin-N" firmasının sexində baş verib. Salyan rayonunun Qarabağlı kənd sakini, 1980-ci il təvəllüdlü Qurbanov Elman İsrail oğluna fəhlə işlədiyi sexd

17 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Avtoxuliqan polisi maşınla vurub

Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi

17 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021