Azər Maqsudovla bağlı istintaq bitdi, barışıq yoxdur - "250 min istəyirlər, mən isə..." - Video
Bakıda türkoloq alim Arif Acaloğlunu avtomobillə vurub öldürməkdə təqsirli bilinən tanınmış həkim, baş toksikoloq Azər Maqsudovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
"Qafqazinfo" Baku TV-yə istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində hakim Teymur Həsənovun sədriyi ilə keçirilən prosesdə hadisə ilə bağlı rəy verən Ədliyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza Mərkəzinin ekspertləri Təhmasib Bağırov və Lətif Əliyevin ifadəsi dinlənilib.
Ekspertlər hadisə ilə bağlı rəylərində hər hansı bir ziddiyyətin olmadığını bildiriblər. Daha sonra prosesdə təqsirləndirilən Azər Maqsudov ona qarşı qaldırılan mülki iddiaya münasibət bildirərək vurğulayıb ki, o, daha əvvəl mərhumun böyük qardaşı ilə danışıb ortaq məxrəcə gəldiklərini, sonradan isə həmin şəxsin həyat yoldaşının Türkiyədən zəng edərək razılaşmadıqlarını bildiriblər.
Azər Maqsudovun sözlərinə görə, A.Acaloğlunun yaxınları ondan Bakıda iki ədəd ikiotaqlı ev istəyiblər. Qarşı tərəfin həkimə qarşı mülki iddiası 400 min manat olsa da, tərəflərin danışıqlarından sonra bu rəqəm 250 min manatadək endirilib. Buna baxmayaraq, A.Maqsudov zərərçəkən tərəfə yalnız 45 min manat ödəmək iqtidarında olduğunu bildirib.
Zərərçəkən tərəfin vəkilləri əlavə ediblər ki, qarşı tərəflə barışıq əldə olunmayıb. Hakim məhkəmə istintaqının yekunlaşdığını elan edib. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.
Xatırladaq ki, hadisə ötən ilin noyabrında Sabunçu rayonu ərazisində qeydə alınıb. Azər Maqsudov evə qayıdarkən törətdiyi yol qəzası nəticəsində Arif Acaloğlu dünyasını dəyişib. KTM-in şöbə müdiri həbsdə deyil, barəsində istintaq dövrü üçün başqa qətimkan tədbiri seçilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 596 Tarix: 22 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yanğında xəsarət alanların vəziyyəti - Açıqlandı
Bu gün saat 03:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park 1" yaşayış massivində yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. Qey
5 dekabrLökbatanda dəhşətli yanğında 4 nəfər öldü - Video - Fotolar - Yenilənib
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-1" yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar var. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri, təcil
5 dekabrMilli Qəhrəmanın atası vəfat etdi - Foto
Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Fazil Mehdiyevin atası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, şəhidin atası Umud Mehdiyev dünyasını dəyişib. Qeyd edək ki, polis zabiti olan F. Mehdiyev 1991-ci il sentyabrın 23-dən 24-nə keçən gecə Ağdamın Abdal-Gülablı kənd
5 dekabrBu estetik prosedurlardan sonra kor ola bilərsiniz - Xəbərdarlıq
Alimlər üz bölgəsinə edilən dolğu prosedurlarının nadir hallarda da olsa, damarların tıxanmasına səbəb olaraq toxuma itkisi, üz deformasiyası və hətta korluq kimi ağır fəsadlar yarada biləcəyini açıqlayıblar. "Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, Braziliya, Kolumbiya, Çili, Niderlan
4 dekabrAta ilə oğlunun ölümünə səbəb olan leytenanta - Bu cəza verildi
İmişli rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş FHN əməkdaşının məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə rayon sakini 2001-ci il təvəllüdlü Allahverən Şükürova (soyad şərtidir) hökm oxunub
5 dekabrGuavalab MMC-də işçilərin maaşları ödənilmir — ŞİKAYƏT
Guavalab MMC-də çalışan bir qrup əməkdaş sentyabr ayından etibarən şirkətdə ciddi maliyyə və idarəçilik problemlərinin yarandığını iddia edir. -ın "Qaynar Xətti"nə daxil olan müraciətə görə, qurumda işçilərin yarıdan çoxunun ixtisar olunduğu, lakin sentyabr və oktyabr aylarına aid əməkhaqqılarının
4 dekabrPolkovnik-leytenant vəfat etdi - Foto
Bakıda hərbçi vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Xəzər rayon 120 saylı orta məktəbin hərbi rəhbəri vəzifəsində çalışan polkovnik-leytenant Azər Sadıqov ötən gün qəfildən ölüb. Onun qan təzyiqinin yüksəlməsi səbəbindən həyatını itirdiyi bildirilib. Qeyd edək ki, A.Sadıqov həm də 1-ci Qaraba
5 dekabrQəhvə yuxunu qısaldır, amma...
Müntəzəm qəhvə qəbulu yuxunun ümumi müddətini azaltsa da, onun dərinliyini artıraraq bərpaedici təsirini gücləndirə bilər. xəbər verir ki, Sürix Universitetinin alimləri bu qənaətə yeni araşdırmaları əsasında gəliblər. Tədqiqatın müəllifləri bildirirlər ki, qəhvə beynin yuxu çatışmazlığını kompensasiy
4 dekabrGənclər Mərkəzinin rəhbərinə "stop" qoyuldu
"İdrak" Gənclər Mərkəzinin rəhbəri İmran Bənnayev məhkəməyə verilib. Qaynarinfo-nun məlumatına görə, buna səbəb onun dövlət büdcəsinə borcu olmasıdır. Borc ödənilmədiyindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə üz tutub. Qurum məhkəmədə
5 dekabr