Guavalab MMC-də işçilərin maaşları ödənilmir — ŞİKAYƏT
Guavalab MMC-də çalışan bir qrup əməkdaş sentyabr ayından etibarən şirkətdə ciddi maliyyə və idarəçilik problemlərinin yarandığını iddia edir.
Bakues.az-ın "Qaynar Xətti"nə daxil olan müraciətə görə, qurumda işçilərin yarıdan çoxunun ixtisar olunduğu, lakin sentyabr və oktyabr aylarına aid əməkhaqqılarının, həmçinin məzuniyyət və kompensasiya ödənişlərinin verilmədiyi bildirilir.
Şikayətçilər qeyd edirlər ki, sentyabr ayının maaşı yalnız işdə qalan azsaylı əməkdaşlara ödənilib.
Müraciətdə vurğulanır ki, məsələ artıq dörd aydır uzanır və rəhbərlik müxtəlif səbəblər göstərərək ödənişləri gecikdirir. İşçilər əmək müfəttişliyi, prokurorluq və digər aidiyyəti instansiyalara müraciət etdiklərini, lakin hələ də heç bir nəticə əldə olunmadığını bildirirlər.
Şikayətçinin sözlərinə görə, son günlər şirkətin rəhbərliyi və məsul şəxsləri ilə əlaqə saxlamaq mümkün deyil — zənglər cavabsız qalır, mesajlara geri dönüş edilmir.
Şikayətçi əməkhaqqılarının və digər hüquqi ödənişlərin verilməsi, məsul şəxslərin isə qanun qarşısında cavab verməsi üçün müvafiq tədbirlərin görülməsini tələb edir.
Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3491 Tarix: 04 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
2 noyabrBakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi
2 noyabrHərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb
2 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabrSərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabrAzərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur. Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyat
1 noyabr