Faciəvi şəkildə ölən məşhur müğənninin ailəsi HƏRƏKƏTƏ KEÇDİ - Bu şəxslər cəzalandırılacaq
Sentyabrın 26-da Yalovanın Çınarcık məhəlləsində 5-ci mərtəbədəki mənzilinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən tanınmış sənətçi Güllünün (Gül Tut) ailəsi hərəkətə keçib.
Musavat.com-un Türkiyə mətbuatına istinadla xəbərinə görə, mərhum sənətçinin ölümü ilə bağlı hüquqi prosesi təsir altına ala biləcək açıqlama və paylaşımlar edən şəxslər barəsində rəsmi şəkildə hüquqi şikayət verilib.
Müğənninin qızı Tuğyan Ülkem Gülter və yaxın dostu Sultan Nur Ulunun vəkili Merve Uçanok Gül Tutun ölümü ilə əlaqədar televiziya proqramlarında çıxış edən və sosial şəbəkələrdə yanlış məlumat yayan şəxslər barəsində prokurorluğa müraciət etdiklərini bildirib.
Uçanok qeyd edib ki, Gül Tutun faciəvi şəkildə həyatını itirməsi həm müvəkkilləri, həm də bütün ölkə üçün dərin kədər doğurub. Onun sözlərinə görə, artıq bir aya yaxındır ki, bəzi media qurumlarında və sosial şəbəkələrdə mərhumun qızı Tuğyan Ülkem Gülter və mənəvi qızı Sultan Nur Ulu haqqında həqiqətə və istintaq materiallarına zidd, əsassız dezinformasiya kampaniyası aparılır:
"Bu vəziyyət müvəkkillərimizə qarşı demək olar ki, bir linç kampaniyasına və şəxsiyyətə hücuma çevrilib. Hadisə ilə heç bir əlaqəsi olmayan şəxslərin televiziya və sosial media kanallarında çıxış edərək bu faciə üzərindən diqqət və qazanc qazanmağa çalışdığı, hüquqi prosesi təhrif edən açıqlamalar verdiyi müşahidə olunur. Bu müddətdə yalnız izlənmə və klik sayı naminə yayımlanan, reallıqdan uzaq xəbərlər həm aparılan istintaqa təsir göstərir, həm də müvəkkillərimizin şəxsi həyatına hörmət hüququnu pozur. Bundan əlavə, böyük bir itki və dərin yas içində olan, anasını itirmiş müvəkkillərimizin mənəvi dünyasına zərər vurulur. Hər bir şəxs kimi onların da yas tutmaq və gündəlik həyatlarına normal şəkildə davam etmək hüquqları əllərindən alınır".
Açıqlamada həmçinin cəmiyyətə müraciət edilərək hüquqi prosesə və gənc yaşlarında analarını itirən müvəkkillərin acısına hörmətlə yanaşılması, məsələyə vicdani və hüquqi baxımdan yanaşılması xahiş olunub:
"Müvəkkillərimizin məhkəmədə günahsızlıq prezumpsiyası və şəxsi haqlarına zidd olan bütün yayımların dayandırılması, hadisə üzərindən tanınmaq istəyən üçüncü şəxslərə meydan verilməməsi vacibdir. Bu məqsədlə hüquqi addımlar artıq atılıb. Əgər oxşar yayımlar davam edərsə və müvəkkillərimizin şəxsi hüquqları yenidən pozularsa, bütün hüquqi imkanlardan istifadə ediləcək".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bayhan dinini dəyişib?
Uşaqlıq illərini Almaniyada keçirən türkiyəli müğənni Bayhan dinini dəyişdirməsi ilə bağlı iddialara aydınlıq gətirib. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk tanıdığı dinin xristianlıq olduğunu bildirdikdən sonra müzakirələrə səbəb olan sənətçi yanlış anlaşıldığını vurğulayı
17 oktyabr"MasterChef Türkiyə"də çəkilişlər dayandırıldı - SƏBƏB
Türkiyənin məşhur "MasterChef Türkiye" yarışmasının çəkilişləri studiyanı su basması səbəbindən müvəqqəti dayandırılıb. xəbər verir ki, İstanbulda yağan güclü yağış nəticəsində yarışmanın çəkildiyi studiyada su basması baş verib. Bu səbəbdən çəkiliş meydançasına və texniki avadanlıqlara ziya
24 oktyabrABŞ-də kuryerlik edən Fərid Məmmədovdan CANLI İFA
Uzun illərdir ABŞ-də yaşayaraq kuryerlik edən müğənni Fərid Məmmədov yeni görüntüləri ilə diqqət çəkib. xəbər verir ki, o məşhur müğənni Meray Kerinin "My all" mahnısını ifa edib. Sənətçi sözügedən ifanı canlı səsləndirərək sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Fərid Məmmədov 2013-cü ild
23 oktyabrƏri Qumralla rəqs etdi, arvadı görün nə etdi... - VİDEO
Müğənni Qumralın məclislərin birindəki çıxışı zamanı maraqlı an yaşanıb. xəbər verir ki, sənətçi mahnı ifa etdiyi vaxt yaşlı kişi onunla rəqs etməyə başlayıb. Bu zaman kişinin həyat yoldaşının reaksiyası diqqət çəkib. Qadın ərinin Qumralla rəqs etdiyini gördükdən sonra onu əli ilə kənara çəkərək rəqs
3 oktyabrBunun üçün 4 milyon ödəyib
Türkiyəli aktyor Kıvanç Tatlıtuğ 4 milyon lirə (təxminən 80 min manat) dəyərində xüsusi dizaynlı motosikleti ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, "Sabah" nəşrinin məlumatına görə, aktyor motosikletə aylarla növbə gözləyənlərdən fərqli olaraq, dünya çempionu Toprak Razqatlıoğlunun köməy
25 oktyabrİlqarə Kazımovadan ETİRAF: "Hamını olduğu kimi qəbul edirəm"
"İnsanlarda ən çox yalanı sevmirəm, mehriban insanları sevirəm. İlk dəfə sənin verilişinə gələndə sən demişdin ki, yalanı sevmirəm". xəbər verir ki, bu sözləri aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olan müğənni İlqarə Kazımova deyib. O həmçinin bildirib ki, insanlar
6 oktyabrDilarə Əliyevaya VƏZİFƏ VERİLDİ
Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə verilib. "Olay"a istinadla xəbər verir ki, tanınmış aktrisa və aparıcı ARB televiziyasında müşavir vəzifəsinə təyin olunub. Bir neçə gündür işinin icrasına başlayan Dilarə yaxın aylarda yenidən ekranlara qayıdacaq
24 oktyabrAfaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın
4 oktyabr"Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur" - Lalə Məmmədova
Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib. Sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb. "Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olmas
10 oktyabr