İbrahim Tatlısesin ağıl sağlamlığı yerindədir? - Məhkəmə qərarı açıqlandı
Türkiyənin məşhur sənətçisi İbrahim Tatlıses ilə oğlu Ahmet Tatlıses arasında bir müddətdir davam edən ailə gərginliyi məhkəmə qərarı ilə yeni mərhələyə keçib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məhkəmə, İbrahim Tatlısesi təhdid etdiyi iddiası ilə Ahmet Tatlıses barəsində uzaqlaşdırma qərarı çıxarıb və elektron qolbaq taxılmasına qərar verib.
Qərardan sonra səssizliyini pozan Ahmet Tatlıses, atası ilə uzun müddətdir heç bir əlaqəsinin olmadığını bildirib:
"Bəli, atam bir qərar alıb, hörmətlə yanaşıram. Təxminən bir ildir görüşmürük. Nə telefon, nə mesaj, heç bir ünsiyyətimiz yoxdur. Mən İstanbulda, o isə İzmirdə yaşayır. Fiziki yaxınlığımız belə yoxdur, amma yenə də belə bir qərar verilib, buna da hörmətlə yanaşıram", – deyə açıqlayıb.
Arabesk musiqisinin əfsanəsi sayılan İbrahim Tatlısesin ağıl sağlamlığı ilə bağlı oğlu tərəfindən açılan qəyyumluq (vesayet) davası da nəticələnib. Məhkəmə, davanı rədd edərək Tatlısesin ağıl sağlamlığının tam və öz işlərini idarə etməyə qadir olduğunu təsdiqləyib.
İbrahim Tatlısesin vəkilləri verdikləri açıqlamada bildiriblər ki, məhkəmə prosesində Ahmet Tatlısesin işlədiyi alçaldıcı ifadələr səbəbindən, ata və oğulun bir araya gəlməməsi üçün qoruma qərarı çıxarılıb.
Sənətçi İbrahim Tatlıses isə vəkili vasitəsilə verdiyi yazılı açıqlamada bəzi mətbuat orqanlarında yayılan xəbərlərin gerçəyi əks etdirmədiyini vurğulayıb:
"Son günlərdə mətbuatda müvəkkilimiz haqqında əsassız xəbərlər yayılır. Doğru məlumatlandırma üçün bu açıqlamanın verilməsi zəruri olub. Məhkəmə qərarı ilə müəyyən edilib ki, İbrahim Tatlısesin ağıl sağlamlığı tamdır, o, öz işlərini görmək və idarə etmək qabiliyyətinə malikdir. O, illər boyu ailəsi və sənəti üçün çalışan, öz əməyilə sərvət qazanmış bir insandır. Onun həyatını və qazandığı uğurları müzakirə etmək heç kimin haqqı deyil".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Elnarə Abdullayeva nənə oldu
Əməkdar artist Elnarə Abdullayeva nənə olub. Axşam.az xəbər verir ki, bu haqda müğənni özü paylaşım edib. Onun qızı Xədicənin övladı dünyaya gəlib. Oğlu doğulan ailə ona Cəlal adını qoyub. Qeyd edək ki, Xədicə Cavid adlı bəylə ailə qurub
17 oktyabr25 milyonluq malikanəsi əlindən alına bilər
Hollivud ulduzu Ceyson Steytem İngiltərənin cənubunda yerləşən malikanəsindəki qonaq evini itirmək təhlükəsi ilə üzləşib. Axşam.az xəbər verir ki, aktyor və sevgilisi Rouzi Hantinqton-Uaytli Nyü-Forest Milli Parkının rəhbərliyi tərəfindən tikinti qaydalarını pozmaqda ittiham olunublar. Bu barədə "Th
17 oktyabr"Qadını bunun qədər xoşbəxt edən hiss yoxdur" - Lalə Məmmədova
Əməkdar artist Lalə Məmmədova qadının xoşbəxtliyi üçün ən vacib amilin sevgi yox, güvən olduğunu bildirib. Sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb. "Qadının xoşbəxt olması üçün sənətdə, səhnədə, adi həyatda sevgidən də çox, güvənəcək, çiynini söykəyəcək bir dostun olmas
10 oktyabr"Sənət öyrədib, reklam etdiklərimin xəyanəti..."
Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə xəyanətlə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, müğənni xalqın sevgisini hər an hiss etdiyini bildirib. Sənətçi illərlə reklam edərək sənətin elit təbəqəsinə çatdırdığı insanların xəyanətinə baxmayaraq, tamaşaçı sevgisinin onun üçün xüsusi olduğun
24 oktyabrÖvladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. xəbər verir bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən, keçmiş model 7 ay 15 gün müddətinə həbs cəzasına məhkum olunub. Hadis
11 oktyabrİlqarə Kazımovadan ETİRAF: "Hamını olduğu kimi qəbul edirəm"
"İnsanlarda ən çox yalanı sevmirəm, mehriban insanları sevirəm. İlk dəfə sənin verilişinə gələndə sən demişdin ki, yalanı sevmirəm". xəbər verir ki, bu sözləri aparıcı İsa Şükürovun "Sevilən səhər" verilişinə qonaq olan müğənni İlqarə Kazımova deyib. O həmçinin bildirib ki, insanlar
6 oktyabrAtilla Taşdan ürəkdağlayan fəryad - (Video)
Türkiyəli müğənni Atilla Taşın 34 yaşlı qızı Sezen Taş son mənzilə yola salınıb. xəbər verir ki, Mersinin Erdemli rayonunda istirahət kompleksinin 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirən Sezen Taş Mezitli qəbiristanlığında dəfn edilib. Dəfn mərasimində mərhumun yaxınları göz yaşlarına hakim ol
10 oktyabrAna olduqdan 9 ay sonra öldü
Müğənni Castin Biberin keçmiş sevgilisi, model Sahara Ray narkotik maddənin həddindən artıq dozada qəbul edilməsindən ölüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, 34 yaşlı Sahara Ray oktyabrın 16-sı böyük dozada narkotik maddə qəbu
20 oktyabr