İrem Derici və DJ Melih Kunukçu ayrıldı? — Sosial mediada diqqətçəkən addım

İrem Derici və DJ Melih Kunukçu ayrıldı? — Sosial mediada diqqətçəkən addımTürkiyənin tanınmış müğənnisi İrem Derici şəxsi həyatı və mahnıları ilə tez-tez gündəmə gəlir.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, son aylarda DJ Melih Kunukçu ilə yaşadığı münasibətlə diqqət mərkəzinə düşən sənətçinin ayrıldığı iddiaları sosial şəbəkələrdə və mətbuatda böyük səs-küy yaradıb.

Məlumata görə, bir müddətdir münasibətdə olan cütlük evlilik hazırlıqları görürdü. Hətta İrem Derici bir neçə ay öncə evlilik təklifi almış və nişanlanmışdı. Lakin son günlərdə baş verən hadisələr münasibətdə problemlər yaşandığını göstərir.

Cütlük yaxın zamanda Hollandiyaya səfər edərək "Galatasaray"ın oyununu izləmək istəsə də, stadiona buraxılmamaları ilə gündəmə gəlmişdi. Bu hadisədən sonra İrem Dericinin sosial mediada etdiyi hərəkətlər diqqətdən qaçmayıb. Müğənni Instagram hesabından sevgilisini izləmədən çıxarıb və birlikdə çəkildikləri bütün fotoları silib. Bu addım ayrılıq iddialarını daha da gücləndirib.

Sosial media istifadəçiləri müğənninin bu davranışına təəccüblərini gizlətməyib və "Nə baş verdi ki, hər şeyi birdən sildi?" kimi şərhlər yazıblar.

Digər tərəfdən, Melih Kunukçu hələ ki, öz hesabında İrem Derici ilə olan fotoları saxlayır və mövzu ilə bağlı heç bir açıqlama verməyib.

Hazırda hər iki tərəfdən rəsmi açıqlama olmasa da, İrem Dericinin sosial media addımı onların münasibətinin bitdiyi barədə iddiaları gücləndirir.


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1056   Tarix: 07 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Özünü "pis ana" adlandırdı

Amerikalı müğənni Britni Spirs özünü "pis ana" hesab etdiyini açıqlayıb. Axşam.az-ın məlumatına görə, 44 yaşlı sənətçi bu barədə "X" hesabında paylaşım edib. O, oğullarından birinin Tanrıya inanmadığını söyləməsindən sonra özünü pis ana kimi hiss etdiyini bildirib. Britni həmçini

9 avqust
.

Türkiyəli aktrisa 9-cu dəfə əməliyyat olunacaq

Türkiyəli aktrisa Aslı Bekiroğlu 9-cu dəfə əməliyyat olunacaq. axşam.az-a istinadən bildirir ki, bu barədə aktrisa özü açıqlama verib. O, bildirib ki, bu əməliyyat üçün əvvəlcə çəki atmalıdır. Qeyd edək ki, uşaqlığından mioma götürülməsi üçün əməliyyatı zamanı Aslının səhvən bağırsağı kəsəlib. Bunda

15 avqust
.

Türkiyəli məşhur müğənni Güllünün ölümü: Qızı üçün ömürlük həbs tələb olunur

2025-ci il sentyabrın 26-da Türkiyənin Yalova şəhərində yaşadığı evin eyvanından yıxılaraq həyatını itirən tanınmış müğənni Güllünün ölümü ilə bağlı aparılan istintaq yekunlaşıb. xəbər verir ki, bu barədə "Haber Global" telekanalı məlumat yayıb. Bildirilib ki, Yalova Baş Prokurorluğu tərəfində

2 avqust
.

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi"

Aparıcı Xoşqədəm Hidayətqızı Türkiyədə qarşılaşdığı hadisə ilə bağlı sosial mediada şərh bildirib. Axşam.az-ın məlumatına görə, aparıcı türkiyəli müğənni Ajda Pekkanın stilistinin saçlarını yandırdığını açıqlayıb:. "Oxşar hissi keçən il yaşadım və davam edir. Üç il qulluq etdim, proqram zamanı dah

18 avqust
.

"Evlilik təklifi alanda yalnız bir şey istədim"

"Oğlum kinorejissorluq üzrə təhsilini bitirib. Bir müddətdən sonra mənə "Hollivuda getmək istəyirəm" dedi. Los-Ancelesdədir. Artıq 2 il olur. Onun üçün çox darıxıram. Hazırda kliplər, reklam çarxları çəkir. Film sektoruna hələ keçid etməyib. Çünki bunun üçün müəyyən bir müddət lazımdır

16 avqust
.

Zülfiyyə nəvələri ilə - Fotolar

Əməkdar mədəniyyət işçisi, aşıq Zülfiyyə İbadovanın nəvələri ilə yeni fotosu diqqət çəkib. Axşam.az xəbər verir ki, görüntünü sənətçinin oğlu Babəkin övladı Renat sosial şəbəkə hesabında paylaşıb. Qeyd edək ki, aşığın iki nəvəsi var. Paylaşım izləyiciləri tərəfindən maraqla qarşılanıb

3 avqust
.

Aysel ARB-yə "yox" dedi

"Avroviziya" təmsilçilərimizdən olan müğənni Aysel Teymurzadəyə aparıcılıq təklifi gəlib. Axşam.az-ın əldə etdiyi məlumata görə, ARB TV yeni mövsümdə bir neçə yeni layihə təqdim etməyə hazırlaşır. Onlardan biri də Türkiyədə yayımlanan məşhur "İşte Benim Stilim" formatında hazırlanaca

11 avqust
.

"Gicgahımda güllənin soyuqluğunu hiss edirdim"

Hollivud ulduzu Bred Pitt "Esquire" jurnalına müsahibəsində həyatının çətin dövründən danışaraq, bir vaxtlar yaşamaq istəmədiyini etiraf edib. "Qafqazinfo" xəbər verir ki, aktyor anadangəlmə optimist olduğu üçün belə fikirlərin ona nadir hallarda gəldiyini, lakin bir dəfə dözülmə

11 avqust
.

"Odissey"dən daha bir rekord - 1 milyardı keçdi

"Odissey" filmi 1,1 milyard dollar (təxminən 1 milyard 870 milyon AZN) kassa yığımı ilə tanınmış rejissor Kristofer Nolanın ən çox gəlir gətirən layihəsinə çevrilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Deadline" nəşri məlumat yayıb. Bununla da, "Odissey" 1,08

10 avqust