"12 noyabr Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyətə malik bir gündür" - DEPUTAT
"12 noyabr Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyətə malik bir gündür. 1995-ci ilin məhz bu günündə müstəqil Azərbaycanın ilk Konstitusiyası ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin suverenliyinin, hüquqi, demokratik və dünyəvi quruluşunun əsasını müəyyən edir, insan hüquq və azadlıqlarının təminatçısı kimi çıxış edir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Aydın Hüseynov danışıb.
O, açıqlamasında qeyd edib ki, bu tarixi sənədin hazırlanması və qəbul olunması Ümummilli Lider Heydər Əliyevin dövlətçilik sahəsində uzaqgörən siyasətinin, müdrik rəhbərliyinin nəticəsidir:
"Ulu Öndər Heydər Əliyev müstəqilliyini bərpa etmiş Azərbaycanın hüquqi əsaslarını yaratmaqla dövlətçiliyimizin möhkəmlənməsi yolunda misilsiz xidmətlər göstərmişdir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək Konstitusiyanın prinsiplərinə əsaslanan güclü, müasir və ədalətli hüquqi dövlətin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü islahatlar həyata keçirir.
Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin sabitliyinin, vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunmasının, həmçinin ölkəmizin beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinin təminatıdır.
Xalqımızı və bütün vətəndaşlarımızı Konstitusiya Günü münasibətilə ürəkdən təbrik edirəm".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1300 Tarix: 12 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi
14 oktyabr17 oktyabrda azad Füzulidə şəhər günü qeyd edilir
Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyi
15 oktyabrTürkmənistan prezidenti Azərbaycana səfərə gəlib
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün oktyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənista
15 oktyabrEmoməli Rəhmon Azərbaycana yola düşüb
2026-cı il oktyabrın 14-də Tacikistan Respublikasının rəhbəri Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə toplantısına qatılmaq məqsədilə Azərbaycana yola düşüb. -ın məlumatına görə, bu barədə xəbəri Tacikistan dövlət başçısının mətbuat xidmət
14 oktyabrİlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - Foto
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Dövlətimizin başçısı tədbirdə çıxı
15 oktyabrAzərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir
Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind
14 oktyabr