"Azərbaycan tolerantlığı dünyaya sülh, mərhəmət və birgəyaşayış mesajı verir" - DEPUTAT

"Azərbaycan tolerantlığı dünyaya sülh, mərhəmət və birgəyaşayış mesajı verir" - DEPUTAT"Azərbaycan tarixən müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sülh, qarşılıqlı hörmət və humanizm şəraitində birgə yaşadığı nadir ölkələrdən biridir. Bu, xalqımızın əsrlərlə formalaşdırdığı mənəvi mədəniyyətin, dözümlülük və qarşılıqlı anlayış fəlsəfəsinin təbii nəticəsidir. Bu gün müstəqil Azərbaycan dövlətində milli və dini tolerantlıq dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin ideoloji əsasını Ümummilli Liderimiz Heydər Əliyev qoymuşdur. Ulu Öndər Heydər Əliyev hələ sovet dövründə müxtəlif xalqların və dinlərin nümayəndələrinin hüquq və azadlıqlarını qorumaqla, Azərbaycanda milli həmrəyliyin və birgəyaşayış ənənələrinin inkişafına xüsusi önəm vermişdi. Müstəqilliyin bərpasından sonra tolerantlıq və multikulturalizm prinsipləri dövlət ideologiyasının ayrılmaz tərkib hissəsinə çevrildi".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.

O, açıqlamasında qeyd edib ki, Ulu Öndərimiz Heydər Əliyevin uzaqgörən siyasətini bu gün eyni rasional yanaşma ilə Möhtərəm Cənab Prezident İlham Əliyev uğurla davam etdirir:

"Dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan nəinki bölgədə, o cümlədən dünyada da tolerantlıq və multikultural dəyərlərin beşiyi kimi tanınır. Ölkə başçımız Cənab İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə "Multikulturalizm ili", "İslam Həmrəyliyi ili" elan edilməsi, Bakıda keçirilən Dünya Dini Liderlərinin Zirvəsi və beynəlxalq humanitar forumlar Azərbaycanın qlobal səviyyədə dialoq və anlayış mərkəzinə çevrilməsini təmin edib.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva da öz növbəsində mədəniyyətlərarası dialoqun, dini irs və mənəvi dəyərlərin qorunmasının memarı kimi fəaliyyət göstərir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən müxtəlif dinlərə məxsus ibadət məbədlərinin bərpası, mədəniyyət abidələrinin qorunması və dünyada sülhün təşviqi sahəsində görülən işlər Azərbaycan tolerantlığının bəşəri miqyasda nümunəyə çevrilməsində mühüm rol oynayır".

Deputat onu da vurğulayıb ki, bu gün ölkəmizdə bütün dini və milli icmalar bərabərhüquqlu şəkildə fəaliyyət göstərir, insanlar inanc və mənsubiyyətindən asılı olmayaraq, eyni dəyərlər ətrafında birləşirlər:

"Bu, dövlət siyasətinin və Azərbaycan xalqının mənəvi kodunda yaşayan humanizmin və qarşılıqlı hörmətin təzahürüdür. Təsadüfi deyil ki, 44 günlük Vətən Müharibəsi zamanı ölkəmizdə yaşayan müxtəlif xalqlara və dinlərə mənsub vətən övladları məhz üçrəngli şanlı bayrağımız altında dəmir yumruq kimi birləşərək siyasi, dini, tarixi ədaləti bərpa etdi. Bu inam və etimad illər ərzində aparılan doğru, məqsədyönlü siyasətin yaratdığı reallıqlarıdır. Azərbaycan tolerantlığı dünyaya sülh, mərhəmət və birgəyaşayış mesajı verir. Bu dəyərləri qorumaq, gələcək nəsillərə ötürmək isə hər birimizin borcudur".

Vüsalə İbrahimli

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf" mövzusuna uyğun olaraq dərc edilir.
"Azərbaycan tolerantlığı dünyaya sülh, mərhəmət və birgəyaşayış mesajı verir" - DEPUTAT


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1213   Tarix: 13 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi

14 oktyabr
.

17 oktyabrda azad Füzulidə şəhər günü qeyd edilir

Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyi

15 oktyabr
.

Türkmənistan prezidenti Azərbaycana səfərə gəlib

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün oktyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənista

15 oktyabr
.

Emoməli Rəhmon Azərbaycana yola düşüb

2026-cı il oktyabrın 14-də Tacikistan Respublikasının rəhbəri Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə toplantısına qatılmaq məqsədilə Azərbaycana yola düşüb. -ın məlumatına görə, bu barədə xəbəri Tacikistan dövlət başçısının mətbuat xidmət

14 oktyabr
.

"Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir" - Türkiyədən gələn tənqidlərə REAKSİYA

"Türkiyədən Azərbaycana qarşı yönələn informasiya hücumları, xüsusilə də Nazirlər Kabinetinin son qərarından sonra səsləndirilən açıqlamalar təsadüfi deyil. Bu hücumları iki istiqamətdə qiymətləndirmək olar. Birincisi, uzun müddətdir AKP iqtidarı dövründə Türkiyəyə sızmış və orada möhkəmlənmiş

15 oktyabr
.

Azərbaycan-Türkiyə qardaşlığına qarşı informasiya savaşı: Səfirlik qarşısındakı aksiyalar kimə xidmət edir?

Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlər ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada, strateji tərəfdaşlığa və xalqlarımızın bir-birinə bəslədiyi səmimi qardaşlıq hissinə söykənir. Məhz buna görə də Türkiyənin sosial media məkanınd

15 oktyabr
.

İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - Foto

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Dövlətimizin başçısı tədbirdə çıxı

15 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərinə kölgə salan kampaniyaların pərdəarxası

Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət, milli yaddaş, qarşılıqlı etimad və çətin günlərdə nümayiş etdirilən həmrəylik dayanır. Məhz buna görə də Türkiyənin sosial media məkanında Azərbaycana qarş

15 oktyabr
.

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind

14 oktyabr