"Azərbaycan təkcə ərazi bütövlüyünü deyil, hüquqi suverenliyini də möhkəmləndirən bir mərhələdədir" - AÇIQLAMA

"Azərbaycan təkcə ərazi bütövlüyünü deyil, hüquqi suverenliyini də möhkəmləndirən bir mərhələdədir" - AÇIQLAMADonald Tramp prezident seçiləndən sonra Azərbaycan-ABŞ münasibətləri yeni mərhələyə keçib.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyərək, onların regionun inkişafı üçün mühüm rol oynadığını vurğulayıb.

"Prezident İlham Əliyevin "Konstitusiya və qanunun aliliyi müasir hüquqi sistemlərdə" adlı beynəlxalq konfrans iştirakçılarına müraciətində səsləndirdiyi fikirlər müasir Azərbaycanın dövlətçilik fəlsəfəsini aydın şəkildə əks etdirir",- bunu Sonxeber.az -açıqlama verən politoloq Tural İsmayılov deyib:

"Dövlət başçısının vurğuladığı kimi, ərazi bütövlüyünün və suverenliyin bərpası təkcə siyasi və hərbi qələbə deyil, həm də hüquqi və ideoloji yenilənmənin əsasını qoyub. Bu mərhələ Azərbaycanı yeni bir inkişaf trayektoriyasına yönəldib.

Post-müharibə dövründə aparılan islahatların mərkəzində hüquq sisteminin müasirləşdirilməsi dayanır. Çünki güclü dövlət modeli yalnız ədalət və qanunun aliliyi üzərində qurulduqda davamlı olur. Prezidentin mesajında bu prinsip strateji dövlət siyasətinin ayrılmaz hissəsi kimi təqdim edilir. Hüquqi dövlətin formalaşması üçün normativ baza qədər onun tətbiq mədəniyyəti də vacibdir və bu istiqamətdə Azərbaycanda ardıcıl addımlar atılır.

Konstitusiyanın aliliyinin təmin olunması cəmiyyətin bütün sahələrində hüquqa hörmət mühitinin güclənməsinə xidmət edir. Bu, həm insan hüquqlarının, həm də dövlət idarəçiliyinin keyfiyyət göstəricisidir. Konfransın beynəlxalq formatda keçirilməsi isə Azərbaycanın hüquqi islahatlarını qlobal hüquq düşüncəsi ilə sinxronlaşdırmaq baxımından mühüm hadisədir.

Prezidentin çıxışında hüquq və ədalət anlayışlarının dövlət idarəçiliyindəki rolu aydın konturlarla ifadə olunur. Bu yanaşma həm də "güclü dövlət – hüquqa əsaslanan dövlət" konsepsiyasının mahiyyətini təsdiqləyir. Azərbaycan bu gün təkcə ərazi bütövlüyünü deyil, hüquqi suverenliyini də möhkəmləndirən bir mərhələdədir. Beləliklə, Prezident İlham Əliyevin mesajı həm siyasi, həm də hüquqi istiqamətdə Azərbaycanın inkişaf yolunun aydın vizyonunu ortaya qoyur".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 700   Tarix: 13 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Prezidenti İsxak Hersoq ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüş zamanı İsrail Prezidenti Azərbaycanı Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi münasibətilə təbrik etdi

14 oktyabr
.

17 oktyabrda azad Füzulidə şəhər günü qeyd edilir

Cənab Prezident tarixi qələbəmizi və şanlı tarixləri əbədiləşdirmək məqsədi ilə cari ilin 31 iyul tarixində işğaldan azad edilmiş şəhər günlərinin təsis edilməsi barədə Sərəncam imzalamışdır. 17 oktyabr 2020-ci il Füzuli rayonunun erməni işğalından azad olunduğu gündür. Cənab Prezidentin qeyd etdiyi

15 oktyabr
.

Türkmənistan prezidenti Azərbaycana səfərə gəlib

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün oktyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib. AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkmənista

15 oktyabr
.

Emoməli Rəhmon Azərbaycana yola düşüb

2026-cı il oktyabrın 14-də Tacikistan Respublikasının rəhbəri Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə toplantısına qatılmaq məqsədilə Azərbaycana yola düşüb. -ın məlumatına görə, bu barədə xəbəri Tacikistan dövlət başçısının mətbuat xidmət

14 oktyabr
.

"Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir" - Türkiyədən gələn tənqidlərə REAKSİYA

"Türkiyədən Azərbaycana qarşı yönələn informasiya hücumları, xüsusilə də Nazirlər Kabinetinin son qərarından sonra səsləndirilən açıqlamalar təsadüfi deyil. Bu hücumları iki istiqamətdə qiymətləndirmək olar. Birincisi, uzun müddətdir AKP iqtidarı dövründə Türkiyəyə sızmış və orada möhkəmlənmiş

15 oktyabr
.

Azərbaycan-Türkiyə qardaşlığına qarşı informasiya savaşı: Səfirlik qarşısındakı aksiyalar kimə xidmət edir?

Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlər ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada, strateji tərəfdaşlığa və xalqlarımızın bir-birinə bəslədiyi səmimi qardaşlıq hissinə söykənir. Məhz buna görə də Türkiyənin sosial media məkanınd

15 oktyabr
.

İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - Foto

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirilir. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Dövlətimizin başçısı tədbirdə çıxı

15 oktyabr
.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərinə kölgə salan kampaniyaların pərdəarxası

Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət, milli yaddaş, qarşılıqlı etimad və çətin günlərdə nümayiş etdirilən həmrəylik dayanır. Məhz buna görə də Türkiyənin sosial media məkanında Azərbaycana qarş

15 oktyabr
.

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind

14 oktyabr