"ABŞ həm Rusiya ilə dolayısı diplomatik kanalları açıq saxlayır, həm də Kiyevin manevr imkanlarını daraldır" - AÇIQLAMA

"ABŞ həm Rusiya ilə dolayısı diplomatik kanalları açıq saxlayır, həm də Kiyevin manevr imkanlarını daraldır" - AÇIQLAMAVaşinqton administrasiyası müzakirələrin gedişində Ukraynadakı münaqişənin həlli üçün yeni ABŞ planında dəyişikliklər etməyə hazırdır.

Məlumatı Axios portalı yayıb. Bildirilir ki, bunun üçün Kiyevin ABŞ təkliflərini ciddi qəbul etməsi lazımdır. Portala danışan ABŞ rəsmisinin sözlərinə görə, Vaşinqton planı tərəflərlə məsləhətləşmələr əsasında dəyişdirilə bilən "canlı sənəd" kimi görür: "Lakin rəsmi şəxs bunun ədalətli təklif olduğunu israr etdi və ABŞ Ukraynanın müzakirələrdə ciddi və gecikmədən iştirak etməsini gözləyir".

"Vaşinqtonun "planı dəyişməyə hazırıq" mesajı ilk baxışda yumşaq görünür, amma mahiyyətdə ciddi siyasi şərt gizlənir: ABŞ Kiyevdən prosesi ləngitmədən masaya oturmasını tələb edir" , - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib:

"Bu, açıq şəkildə göstərir ki, administrasiya bu müharibənin sonsuz davamını öz strateji maraqları ilə uyğun hesab etmir. "Canlı sənəd" ifadəsi də təsadüfi deyil – Vaşinqton planı yekun paket kimi yox, tərəflərin reaksiyasına görə formalaşdırılan dəyişkən çərçivə kimi təqdim edir.

Bununla ABŞ həm Rusiya ilə dolayısı diplomatik kanalları açıq saxlayır, həm də Kiyevin manevr imkanlarını daraldır. Siyasi tona diqqət edək: rəsmi şəxs planın "ədalətli" olduğunu xüsusi vurğulayırsa, bu, Vaşinqtonun layihəni artıq baza sənədi kimi gördüyünü göstərir. Burada "ədalət" Ukraynanın istəkləri ilə yox, ABŞ-ın regional hesablamaları ilə ölçülür.

Kiyevdən gözlənilən "ciddi iştirak" tələbi isə Zelenski administrasiyasına təzyiq siqnalıdır: ya danışıqlara real şəkildə qoşulursunuz, ya da siyasi dəstəyin tonunda dəyişikliklər baş verə bilər. Bu cümlələr Vaşinqtonun Ukraynanı mövqeyini yumşaltmağa hazırladığını göstərir.

Hadisələrin gedişi belə mesaj verir: ABŞ Rusiya ilə tam qarşıdurma kursunu davam etdirmək istəmir və Avropa təhlükəsizliyi üçün daha idarəolunan model qurmağa çalışır. Kiyevin bu prosesi qəbul etməsi isə yalnız masa arxasında yox, daxili siyasətdə də risklidir. Ancaq geosiyasi reallıq dəyişir və Vaşinqton artıq bu dəyişimin mərkəzində öz şərtlərini diktə etməyə başlayıb".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 955   Tarix: 21 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərinə kölgə salan kampaniyaların pərdəarxası

Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət, milli yaddaş, qarşılıqlı etimad və çətin günlərdə nümayiş etdirilən həmrəylik dayanır. Məhz buna görə də Türkiyənin sosial media məkanında Azərbaycana qarş

15 oktyabr
.

Azərbaycanın Asiya strategiyasında yeni istiqamətlər

Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident

14 oktyabr
.

Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"

"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-i

15 oktyabr
.

Hakan Fidan Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. O, sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək

14 oktyabr
.

Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər

Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammiti çərçivəsində Türkiyə xarici işlər naziri Hakan Fidanla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş baş tutub. -ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova açıqlam

15 oktyabr
.

İlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - Foto/Video

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyərək bu ilin avqustunda Özbəkistana dövlət səfərin

14 oktyabr
.

Sergey Lavrov Bakıya gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib. 12:46. Rusiyanın xarici işlər nazir

14 oktyabr
.

Prezident: "Ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlarla üzləşib"

"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısınd

15 oktyabr
.

Prezident: "BMT-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək"

"BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliye

15 oktyabr