"33 illik fəaliyyəti göstərir ki, Yeni Azərbaycan Partiyası yalnız dünənin və bu günün deyil, həm də gələcəyin partiyasıdır" - DEPUTAT

"33 illik fəaliyyəti göstərir ki, Yeni Azərbaycan Partiyası yalnız dünənin və bu günün deyil, həm də gələcəyin partiyasıdır" - DEPUTAT"1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransı ilə rəsmi fəaliyyətinə başlayan Yeni Azərbaycan Partiyasının (YAP) siyasi meydana daxil olması Azərbaycanın müstəqillik tarixinin mühüm hadisəsidir. YAP-ın yaranması xalqımızın həm milli birliyini möhkəmləndirmək, həm də müstəqil dövlətimizin siyasi sabitliyini qorumaq baxımından tarixi əhəmiyyət kəsb etdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmiz ağır siyasi və iqtisadi böhranla üzləşmişdi. Qeyri-stabil şərait və təhlükəli proseslər gedən mürəkkəb vəziyyətdə Azərbaycanın gələcəyini düşünən ziyalılar ölkəni böhrandan çıxara biləcək yeni siyasi təşkilat yaratmaq təşəbbüsü ilə çıxış etdilər".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Mahir Süleymanlı danışıb.

O, açıqlamasında qeyd etdi ki, "91-lər"in Ulu Öndər Heydər Əliyevə ünvanladığı müraciət bu təşəbbüsün əsasını qoydu:

"Həmin müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq partiyaya rəhbərlik etməsi xahiş olundu və bununla da xalqın iradəsi və ümummilli arzuları siyasi platformada öz əksini tapdı. Ulu Öndər Heydər Əliyev bu müraciətə cavab olaraq bildirdi ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur və belə bir partiya ölkənin siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər.

Beləliklə, 21 noyabr 1992-ci ildə keçirilən təsis konfransında Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın sədri seçilmiş, Siyasi Şura, İdarə Heyəti və sədrin müavinləri təsdiqlənmişdir. Həmin gün Azərbaycanın siyasi tarixində müstəqil və güclü siyasi təşkilatın yaranması kimi yadda qalmışdır. YAP qısa müddətdə milli həmrəyliyi təmin edən, xalqın etimadını qazanan və müstəqil dövlətimizin siyasi dirçəlişində həlledici rol oynayan aparıcı siyasi qüvvəyə çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə partiya yalnız siyasi fəaliyyət göstərən təşkilat kimi deyil, həm də ölkədə sosial stabilliyi təmin edən, dövlət idarəçiliyi mədəniyyətini təşviq edən və cəmiyyətimizin aparıcı dayağına çevrilmişdir.

2005-ci ildə Prezident İlham Əliyevin partiyanın Sədri seçilməsi Yeni Azərbaycan Partiyasını yeni inkişaf mərhələsinə çıxarmış, 2021-ci ildə həyata keçirilmiş institusional modernləşmə və islahatlar, yeni Nizamnamənin təsdiqi, İdarə Heyətinin və Veteranlar Şurasının formalaşdırılması partiyanın idarəetmə modelini daha çevik, səmərəli və strateji hədəflərə uyğun hala gətirmişdir. Eyni zamanda Mehriban xanım Əliyevanın partiya Sədrinin birinci müavini vəzifəsinə təyinatı partiya fəaliyyətində qadınların roluna verilən yüksək dəyərin bariz nümunəsinə çevrilmişdir.

Yeni Azərbaycan Partiyası dövlətin uzunmüddətli inkişaf strategiyasının müəllifi kimi çıxış edir və onun fəaliyyəti həm milli, həm də beynəlxalq kontekstdə strateji hədəflərin reallaşdırılmasına yönəlmişdir. Partiya sosial ədalətin təmin olunmasında, iqtisadiyyatın davamlı inkişafında, işğaldan azad edilmiş ərazilərin sürətli bərpasında, inklüziv cəmiyyətin formalaşdırılmasında, insan kapitalının gücləndirilməsində, demokratik ənənələrin möhkəmləndirilməsində, multikultural və tolerant cəmiyyətin təşviqində, eləcə də konstruktiv əməkdaşlıq və siyasi dialoqun inkişafında yaxından iştirak edir və bütün sahələrdə dövlət siyasətinin strateji hədəflərini həyata keçirir".

Deputat onu da vurğuladı ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünü təmin etmiş, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinin başlanmasına zəmin yaratmış, eyni zamanda Yeni Azərbaycan Partiyasının dövlətçilik ənənəsindəki unikal rolunu bir daha təsdiqləmişdir:

"Azərbaycanın beynəlxalq nüfuzu daha da artmış, qlobal arenada ölkəmiz etibarlı və təsirli tərəfdaş kimi mövqeyini gücləndirmiş, xüsusilə türk dövlətləri ilə əlaqələrin inkişafı və regional əməkdaşlığın dərinləşdirilməsi ölkəmizin həm regionda, həm də qlobal miqyasda rolunu daha da artırmışdır.

33 illik fəaliyyəti göstərir ki, Yeni Azərbaycan Partiyası yalnız dünənin və bu günün deyil, həm də gələcəyin partiyasıdır. Qarşıda duran vəzifələr işğaldan azad edilmiş ərazilərin sürətli bərpasını, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi modelin qurulmasını, sosial təminatın gücləndirilməsini və vətəndaş rifahının yüksəldilməsini əhatə edir və bu istiqamətlərdə partiyanın siyasi iradəsi, üzvlərinin fəal iştirakı və dövlət siyasətinə sadiqliyi həlledici rol oynayacaqdır.

Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası dövlətçiliyin möhkəmləndirilməsində, milli birliyin qorunmasında və cəmiyyətimizin dinamik inkişafında aparıcı siyasi qüvvə olaraq rolunu davam etdirəcək, qarşıya qoyulan strateji hədəflərin ardıcıl həyata keçirilməsinə nail olacaq və bu missiyada partiyanın üzvlərinin fəal iştirakı, xalqın etimadı və dövlətin davamlı siyasətinə sadiqliyi hər zaman əsas təminat kimi çıxış edəcəkdir.

Əminik ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa və möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında qarşıya qoyulan strateji hədəflərə sarsılmaz inamımız Azərbaycanın yeni nailiyyətlərinin əsasını təşkil edəcəkdir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 935   Tarix: 21 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

Əfqanıstanda nələr baş verir? - Əmrullah Saleh şayiələri TƏKZİB ETDİ

Əfqanıstanın keçmiş vitse-prezidenti və Milli Müqavimət Cəbhəsinin liderlərindən olan Əmrullah Saleh, Pəncşir əyaləti və Əfqanıstanı tərk etdiyi barədə iddiaların yalan və düşmən təbliğatı olduğunu deyib. "Taliban" qüvvələrinin Pəncşir əyalətini ələ keçirdikləri barədə iddiaları ilə bağlı "Euronews"

4 sentyabr 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021
.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021