"Zelenskinin "iki od arasında" vəziyyəti, Ukraynanın bu qışı strateji təzyiqlər altında keçirməli olduğunu göstərir" - AÇIQLAMA
"Zelenskinin "iki od arasında" vəziyyəti, Ukraynanın bu qışı strateji təzyiqlər altında keçirməli olduğunu göstərir".
Bunu Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.
O, açıqlamasında qeyd edib ki, ABŞ-nin 28 bəndlik sənədi Kiyevə ciddi siyasi qərarlar tələb edir, çünki sənədin bəzi müddəaları ölkənin mövqelərində dəyişiklik tələb edə bilər:
"Qışın yaxınlaşması enerji çatışmazlığı, humanitar risklər və hərbi təzyiqi artırır. Moskva ənənəvi olaraq qışı təzyiq vasitəsi kimi istifadə edir, bu il də fərqli olmayacaq. Zelenski həm daxili sabitliyi qorumağa, həm də Qərbin təklif etdiyi sənədi balanslı şəkildə qəbul etməyə çalışır. Bu balans cəbhədəki vəziyyətlə birbaşa bağlıdır. Enerji böhranı dərinləşərsə, Ukrayna ictimaiyyəti sənədə daha müsbət baxa bilər. Qərbin sənədi sürətli kompromis təəssüratı yaradır və Kiyevi seçimə məcbur edir. Zelenski həddindən artıq güzəştdən çəkinməlidir, çünki bu siyasi dəstəyinə təsir edə bilər. Eyni zamanda, iqtisadi və hərbi resurslar limitlidir. Çağırışı həm xəbərdarlıq, həm də ictimai rəyin hazırlanmasıdır. Ukrayna üçün real seçim "nəyi qoruya və nəyi təxirə sala bilər" məsələsidir. Bu qış prosesin taleyini müəyyənləşdirəcək. ABŞ və Avropa təzyiqləri Moskvanın mövqeyini sınayacaq".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 952 Tarix: 24 noyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın Asiya strategiyasında yeni istiqamətlər
Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident
14 oktyabrAzərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"
"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-i
15 oktyabrHakan Fidan Azərbaycana gəlir
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. O, sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək
14 oktyabrHakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər
Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammiti çərçivəsində Türkiyə xarici işlər naziri Hakan Fidanla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş baş tutub. -ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova açıqlam
15 oktyabrİlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - Foto/Video
Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyərək bu ilin avqustunda Özbəkistana dövlət səfərin
14 oktyabrSergey Lavrov Bakıya gəldi
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib. 12:46. Rusiyanın xarici işlər nazir
14 oktyabr