"Fəxr hissi ilə qeyd edirəm ki, bu gün Kəlbəcər rayonu özünün intibah dövrünü yaşayır" - DEPUTAT

"Fəxr hissi ilə qeyd edirəm ki, bu gün Kəlbəcər rayonu özünün intibah dövrünü yaşayır" - DEPUTAT"Kəlbəcər rayonunun işğaldan azad olunması Möh­tərəm Prezident İlham Əliyevin uzaqgörən siyasətinin, polad iradəsinin, hərbi gücün və strateji planlananın uğurlu nəticəsidir".

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.

"Fəxr hissi ilə qeyd edirəm ki, bu gün Kəlbəcər rayonu özünün intibah dövrünü yaşayır" - DEPUTAT
O, açıqlamasında qeyd edib ki, Kiçik Qafqaz dağlarının qoynunda yerləşən Kəlbəcər rayonu zəngin yeraltı sərvətləri, göylərə ucalan meşələri, saf bulaqları, qarlı zirvələri ilə Azərbaycan təbiətinin şah əsəridir:

"İşğala qədər Kəlbəcər rayonunda 53478 sakinin yaşadığı 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi. Hələ SSRİ dövründə rayon müalicəvi bulaqları, müalicə kompleksləri, zəngin flora və faunası ilə şöhrət qazanmış, imperiyanın hər yerindən olan insanların diqqətini çəkməyi bacarmışdı. Lakin ötən əsrin sonlarına yaxın Azərbaycan və Ermənistan arasında münasibətlərin gərginləşməsi və ermənilərin işğal siyasəti Kəlbəcər rayonundan da yan keçmədi. 1993- cü il il 2 aprel tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Kəlbəcər rayonu düşmənin vandalizminin növbəti qurbanı oldu. İşğal zamanı 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edildi, dağıdıldı və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşındı. BMT Təhlükəsizlik Şurası 1993- cü ildə Kəlbəcərin işğalı ilə bağlı 822 saylı qətnamə qəbul etsə də nə işğalçı Ermənistan bu qətnaməyə nə məhəl qoydu, nə də beynəlxalq təşkilatlar İrəvandan bunu tələb etmədi. Əksinə, davamlı xarakter almış işğal və qeyri-qanuni məskunlaşma prosesi həyata keçirildi. Bununla yanaşı, Kəlbəcər ərazisində olan yeraltı sərvətlər, xüsusilə, qızıl yataqları kütləvi şəkildə istismar edildi və əldə olunan vəsait işğalçılarının büdcəsinə yönləndirildi. Lakin, bütün bunlara baxmayaraq Azərbaycan xalqı və onun siyasi lideri, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev bir gün belə Kəlbəcər rayonunun və bütün işğal altında olan bölgələrimizin azad olunacağı günlə bağlı ümidini üzmədi. Əzmlə, qətiyyətlə və sonsuz səbrlə bizləri addım-addım o tarixi anlara yaxınlaşdırdı. 2020-ci ildə 44 gün ərzində məhz Azərbaycan tarixinin ən parlaq səhifələri yazıldı. Ali Baş Komandan Cənab İlham Əliyevin dəmir iradəsi, uzaqgörən siyasəti və diplomatik ustalığı, eyni zamanda Azərbaycan əsgərinin gücü, döyüş ruhu, peşəkarlığı xalqımızı tarixi ədalətə qovuşdurdu. Məhz ölkə başçımızın rəhbərliyi ilə Azərbaycan Ordusu İkinci Qarabağ Müharibəsində möhtəşəm qələbə qazandı, işğalçı Ermənistan kapituliyasiya aktına imza atmağa məcbur edildi və Kəlbəcərin də boşaldılması öhdəliyini qəbul etdi. 28 il ərzində düşmən tapdağı altında qalan Kəlbəcər rayonu Azərbaycanın diplomatik gücünün və Vətən Müharibəsində qazanılmış məntiqi nəticəsi olaraq bir güllə belə atılmadan azad edildi. Fəxr hissi ilə qeyd edirəm ki, bu gün Kəlbəcər rayonu özünün intibah dövrünü yaşayır. Ölkə başçısının diqqət və qayğısı sayəsində "Böyük Qayıdış" Proqramı çərçivəsində rayonda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, sakinlərin qayıdışı üçün ən son standartlara uyğun yaşayış kompleksləri tikilir. Bütün bunlar məhz dəmir iradənin simvoldur.

Kəlbəcər artıq azaddır və təhlükəsizdir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1382   Tarix: 25 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərinə kölgə salan kampaniyaların pərdəarxası

Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət, milli yaddaş, qarşılıqlı etimad və çətin günlərdə nümayiş etdirilən həmrəylik dayanır. Məhz buna görə də Türkiyənin sosial media məkanında Azərbaycana qarş

15 oktyabr
.

Azərbaycanın Asiya strategiyasında yeni istiqamətlər

Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident

14 oktyabr
.

Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"

"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-i

15 oktyabr
.

Hakan Fidan Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. O, sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək

14 oktyabr
.

Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər

Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammiti çərçivəsində Türkiyə xarici işlər naziri Hakan Fidanla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş baş tutub. -ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova açıqlam

15 oktyabr
.

İlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - Foto/Video

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyərək bu ilin avqustunda Özbəkistana dövlət səfərin

14 oktyabr
.

Sergey Lavrov Bakıya gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib. 12:46. Rusiyanın xarici işlər nazir

14 oktyabr
.

Prezident: "Ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlarla üzləşib"

"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısınd

15 oktyabr
.

Prezident: "BMT-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək"

"BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliye

15 oktyabr