"Sülh sazişinin tezliklə imzalanması Azərbaycan və Ermənistanın məsuliyyətindədir, bunun heç kimə aidiyyatı yoxdur' - AÇIQLAMA

"Sülh sazişinin tezliklə imzalanması Azərbaycan və Ermənistanın məsuliyyətindədir, bunun heç kimə aidiyyatı yoxdur' - AÇIQLAMAKollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır.

Bu barədə KTMT Kollektiv Təhlükəsizlik Şurasının Bişkekdə keçirilən sammitinin yekunu üzrə qəbul edilmiş bəyannamədə deyilir.

"Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında fəal dövlətlərarası dialoqu məmnunluqla qeyd edirik. Tərəflər arasında hərtərəfli nizamlanmanın və qeyd-şərtsiz sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıyıq", - sənəddə qeyd olunub.

"KTMT-nin bu bəyanatı rəsmi diplomatik dil ilə verilmiş olsa da, məzmun baxımından daha çox "ümumi dəstək" xarakteri daşıyır", - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov deyib

'Qeyd etmək lazımdır ki, KTMT əslində regionda hərbi və təhlükəsizlik məsələlərinə fokuslanan bir təşkilatdır və Ermənistan-Azərbaycan sülh sazişinin təşviqi onun əsas mandatına daxil deyil. Yəni, bu bəyanatla KTMT həm tərəflərin dialoqunu alqışlayır, həm də özünü neytral və konstruktiv mövqedə göstərir.

Buna baxmayaraq, reallıq budur ki, sülh sazişi yalnız bilavasitə tərəflərin maraqlarına və diplomatik proseslərin dinamizminə bağlıdır. KTMT-nin sülh prosesinə bu cür dəstək verməsi əslində təşkilatın sərhədindən çıxan sahəyə müdaxilə kimi görünə bilər. Ən optimal yanaşma odur ki, KTMT öz hərbi və kollektiv təhlükəsizlik funksiyalarını yerinə yetirsin, regionda təhlükəsizliyi təmin etsin və digər məsələlərə qarışmasın.

Yəni, şərh olaraq deyə bilərik: KTMT bəyanatla "sülh istəyirik" mesajı versə də, işinin əsas istiqamətini – təhlükəsizlik və müdafiə iddia edirsə, ona fokuslansın. Sülh sazişinin tezliklə imzalanması isə Azərbaycan və Ermənistanın məsuliyyətindədir, bunun heç kimə aidiyyatı yoxdur'.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1072   Tarix: 27 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərinə kölgə salan kampaniyaların pərdəarxası

Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət, milli yaddaş, qarşılıqlı etimad və çətin günlərdə nümayiş etdirilən həmrəylik dayanır. Məhz buna görə də Türkiyənin sosial media məkanında Azərbaycana qarş

15 oktyabr
.

Azərbaycanın Asiya strategiyasında yeni istiqamətlər

Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident

14 oktyabr
.

Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"

"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-i

15 oktyabr
.

Hakan Fidan Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. O, sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək

14 oktyabr
.

Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər

Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammiti çərçivəsində Türkiyə xarici işlər naziri Hakan Fidanla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş baş tutub. -ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova açıqlam

15 oktyabr
.

İlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - Foto/Video

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyərək bu ilin avqustunda Özbəkistana dövlət səfərin

14 oktyabr
.

Sergey Lavrov Bakıya gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib. 12:46. Rusiyanın xarici işlər nazir

14 oktyabr
.

Prezident: "Ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlarla üzləşib"

"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısınd

15 oktyabr
.

Prezident: "BMT-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək"

"BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliye

15 oktyabr