"Laçına nəzarət regiona nəzarət deməkdir və bu nəzarət artıq tam şəkildə Azərbaycanın əlindədir" - AÇIQLAMA

"Laçına nəzarət regiona nəzarət deməkdir və bu nəzarət artıq tam şəkildə Azərbaycanın əlindədir" - AÇIQLAMA"Laçının işğaldan azad edilməsi təkcə hərbi yox, bütövlükdə regional təhlükəsizlik arxitekturasında dönüş nöqtəsi oldu".

Bunu Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.

"Laçına nəzarət regiona nəzarət deməkdir və bu nəzarət artıq tam şəkildə Azərbaycanın əlindədir" - AÇIQLAMA
O, açıqlamasında qeyd edib ki, bu rayonun Azərbaycana qaytarılması ilə Ermənistanın Qarabağ üzərindən geosiyasi manevr imkanları faktiki olaraq sıfırlandı:

"2020-ci ildən sonra Laçın istiqamətində formalaşan yeni reallıq bölgədə qüvvələr balansını Bakının xeyrinə radikal şəkildə dəyişdi. Laçın dəhlizi üzərində Azərbaycanın suveren nəzarətinin bərqərar olması separatizmin logistika imkanlarını tam sıradan çıxardı. Bu, təhlükəsizlik mühitinin lokal yox, regional miqyasda sabitləşməsinə xidmət etdi. Həmçinin Laçın xətti Azərbaycan ordusunun sərhəd təhlükəsizliyi və nəqliyyat kommunikasiyaları baxımından strateji üstünlük əldə etməsini təmin etdi. Son beş ildə burada aparılan hərbi və infrastruktur quruculuğu Laçını bir növ təhlükəsizlik qalxanına çevirdi. Postmünaqişə mərhələsində Laçın artıq risk zonası deyil, sabitlik zonası statusu qazanıb. Regionda geosiyasi proseslərin dərinləşməsi fonunda Laçının önəmi yalnız təhlükəsizliklə məhdudlaşmır. O, eyni zamanda Şərq-Qərb və Şimal-Cənub xətlərini kəsişdirən mühüm geoiqtisadi məkan kimi formalaşır. Zəngəzur dəhlizi ətrafında gedən proseslər Laçının tranzit və nəzarət funksiyasını daha da gücləndirir. Bu ərazi artıq Azərbaycanın regional nəqliyyat arxitekturasında açar mövqeyə malikdir. Gələcək mərhələdə Laçının strateji rolu təkcə hərbi yox, siyasi və iqtisadi təhlükəsizlik baxımından da artacaq. Reallıq ondan ibarətdir ki, Laçına nəzarət regiona nəzarət deməkdir və bu nəzarət artıq tam şəkildə Azərbaycanın əlindədir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 806   Tarix: 01 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərinə kölgə salan kampaniyaların pərdəarxası

Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət, milli yaddaş, qarşılıqlı etimad və çətin günlərdə nümayiş etdirilən həmrəylik dayanır. Məhz buna görə də Türkiyənin sosial media məkanında Azərbaycana qarş

15 oktyabr
.

Azərbaycanın Asiya strategiyasında yeni istiqamətlər

Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident

14 oktyabr
.

Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"

"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-i

15 oktyabr
.

Hakan Fidan Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. O, sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək

14 oktyabr
.

Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər

Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammiti çərçivəsində Türkiyə xarici işlər naziri Hakan Fidanla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş baş tutub. -ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova açıqlam

15 oktyabr
.

İlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - Foto/Video

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyərək bu ilin avqustunda Özbəkistana dövlət səfərin

14 oktyabr
.

Sergey Lavrov Bakıya gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib. 12:46. Rusiyanın xarici işlər nazir

14 oktyabr
.

Prezident: "Ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlarla üzləşib"

"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısınd

15 oktyabr
.

Prezident: "BMT-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək"

"BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliye

15 oktyabr