"Laçının dinc siyasi yolla Azərbaycana qaytarılması ölkəmizin gücünün ən parlaq göstəricilərindəndir" - DEPUTAT

"Laçının dinc siyasi yolla Azərbaycana qaytarılması ölkəmizin gücünün ən parlaq göstəricilərindəndir" - DEPUTAT"Laçının işğalı Azərbaycan tarixində ən ağır səhifələrdən biri olmuş, minlərlə insan doğma yurd-yuvasından didərgin düşmüş, bölgə uzun illər düşmən nəzarətində qalmışdı. Bu strateji əhəmiyyətli rayonun azad olunması isə Azərbaycanın siyasi iradəsinin, diplomatik çevikliyinin və prinsipial mövqeyinin nəticəsi kimi tarixə düşdü. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti sayəsində Laçın hərbi əməliyyatsız, tam şəkildə dinc yolla Vətənə qaytarıldı. Bu fakt həm regionda sülhün qorunması baxımından, həm də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin təsdiqi kimi müstəsna əhəmiyyət daşıyır".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Aydın Hüseynov danışıb.

O, açıqlamasında qeyd edib ki, Laçının azad edilməsindən sonra bölgədə genişmiqyaslı quruculuq və bərpa işləri sürətlə həyata keçirilir:

"İllərlə viran qalmış ərazilər yenidən dirçəldilir, müasir infrastruktur layihələri ardıcıl şəkildə reallaşdırılır. Şəhərin yenidən planlaşdırılması, yaşayış massivlərinin inşası, sosial obyektlərin tikintisi və kommunikasiya xətlərinin bərpası bölgədə həyatın tamamilə yeni səviyyədə qurulmasına imkan yaradır. Bu işlərin fonunda ən möhtəşəm layihələrdən biri kimi Laçın şəhərində beynəlxalq standartlara uyğun təyyarə limanının inşası xüsusi qeyd olunmalıdır. Bu hava limanı həm Laçının strateji əhəmiyyətini artırır, həm də regionun turizm, iqtisadi və logistika imkanlarının genişlənməsinə şərait yaradır.

Bu gün Laçında görülən işlər təkcə tikinti və bərpadan ibarət deyil, burada həyat yenidən canlanır, təhlükəsizlik, rifah və davamlı inkişaf üçün möhkəm bünövrə yaradılır. Laçının dinc siyasi yolla Azərbaycana qaytarılması və ardınca həyata keçirilən böyük layihələr ölkəmizin gücünün, birliyinin və gələcəyə inamının ən parlaq göstəricilərindəndir".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 913   Tarix: 01 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərinə kölgə salan kampaniyaların pərdəarxası

Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət, milli yaddaş, qarşılıqlı etimad və çətin günlərdə nümayiş etdirilən həmrəylik dayanır. Məhz buna görə də Türkiyənin sosial media məkanında Azərbaycana qarş

15 oktyabr
.

Azərbaycanın Asiya strategiyasında yeni istiqamətlər

Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident

14 oktyabr
.

Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"

"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-i

15 oktyabr
.

Hakan Fidan Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. O, sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək

14 oktyabr
.

Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər

Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammiti çərçivəsində Türkiyə xarici işlər naziri Hakan Fidanla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş baş tutub. -ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova açıqlam

15 oktyabr
.

İlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - Foto/Video

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyərək bu ilin avqustunda Özbəkistana dövlət səfərin

14 oktyabr
.

Sergey Lavrov Bakıya gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib. 12:46. Rusiyanın xarici işlər nazir

14 oktyabr
.

Prezident: "Ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlarla üzləşib"

"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısınd

15 oktyabr
.

Prezident: "BMT-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək"

"BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliye

15 oktyabr