"Bu gün Azərbaycan tarixdə heç vaxt olmadığı qədər güclü və dayanıqlıdır" - DEPUTAT

"Bu gün Azərbaycan tarixdə heç vaxt olmadığı qədər güclü və dayanıqlıdır" - DEPUTAT"Bu gün Azərbaycan tarixdə heç vaxt olmadığı qədər güclü və dayanıqlıdır. 80-ci illərin sonu - 90-cı illərin əvvələrindəki ağır sınaqlarından – separatizm, səriştəsiz idarəçilik və vətəndaş qarşıdurmalarından – ölkəmizi məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti xilas etdi və Azərbaycan inkişaf yoluna qədəm qoydu. Bu xətt Prezident İlham Əliyev tərəfindən müdrikliklə və ardıcıllıqla davam etdirilir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva
danışıb.

O, açıqlamasında qeyd edib ki, uzun illər radikal qruplar, o cümlədən AXCP və bu qüvvələrə himayədarlıq edən şəxslər ölkəmizdə sabitliyi pozmağa, xalq–iqtidar birliyinə xələl gətirməyə cəhd göstəriblər:

"Ramiz Mehdiyev kimi yüksək vəzifələr tutmuş şəxslərin radikal müxalifətlə gizli əməkdaşlığı, destruktiv planları və ölkənin milli maraqlarına zidd fəaliyyətləri bu gün ifşa edilərək, qarşısı alınıb.
Bu kimi cəhdlər ölkənin konstitusion quruluşuna, dövlətimizin gücünə kölgə sala bilməz. Çünki xalq ölkə rəhbərinə inanır və dəstəkləyir. Dövlətimizin və sabitliyimizin keşiyində duran dövlət orqanları milli maraqlara qarşı yönəlmiş istənilən fəaliyyəti vaxtında aşkarlayıb, qanun çərçivəsində zərərsizləşdirmək iqtidarındadır.
Regiondakı mürəkkəb proseslər fonunda radikal və xarici təsirlərə məruz qalmağa meyilli qrupların fəaliyyətinə qarşı ayıqlıq xüsusi əhəmiyyət kəsb edir. Coğrafi mövqeyimiz həm üstünlük, həm də əlavə çağırışlar yaradır. Unutmayaq ki, bizim qonşuluğumuzda İsveçrə, Avstriya və ya bu qəbildən olan dövlətlər yerləşmir. Deməli milli təhlükəsizliklə bağlı zaman-zaman sınaqlara çəkilməli olacayıq. Şükürlər olsun ki, dövlət başçısının uğurlu siyasəti nəticəsində bütün xarici təsirlər neytrallaşdırılıb. Dövlətin hazırda mövqeyi birmənalıdır: Azərbaycanın təhlükəsizliyi, sabitliyi və xalqın rifahı hər şeydən üstündür. Bu səbəbdən ölkəmizin maraqlarına zidd hərəkət edən hər kəs bilməlidir:
Azərbaycan güclü dövlətdir, xalq–iqtidar birliyi sarsılmazdır və xəyanət heç vaxt cəzasız qalmayacaq".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 978   Tarix: 03 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyədə Azərbaycana qarşı informasiya hücumları: Qardaşlıq münasibətlərinə kölgə salan kampaniyaların pərdəarxası

Azərbaycanla Türkiyə arasındakı münasibətlər adi diplomatik əlaqələr çərçivəsinə sığmır. Bu münasibətlərin təməlində ortaq tarix, dil, mədəniyyət, milli yaddaş, qarşılıqlı etimad və çətin günlərdə nümayiş etdirilən həmrəylik dayanır. Məhz buna görə də Türkiyənin sosial media məkanında Azərbaycana qarş

15 oktyabr
.

Azərbaycanın Asiya strategiyasında yeni istiqamətlər

Azərbaycanın xarici siyasət strategiyası son illərdə öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirərək, ənənəvi regional çərçivələrdən çıxıb qlobal tərəfdaşlıq platformalarına inteqrasiya olunur. Bu konseptual xəttin bariz nümunəsi kimi, Azərbaycan Respublikasının Prezident

14 oktyabr
.

Azərbaycan Prezidenti: "Bizi müharibəyə Ermənistan məcbur edib"

"Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev AQEM-i

15 oktyabr
.

Hakan Fidan Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. O, sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək

14 oktyabr
.

Hakan Fidan və Sergey Lavrov Bakıda görüşdülər

Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin sammiti çərçivəsində Türkiyə xarici işlər naziri Hakan Fidanla rusiyalı həmkarı Sergey Lavrov arasında görüş baş tutub. -ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova açıqlam

15 oktyabr
.

İlham Əliyev Şavkat Mirziyoyev ilə görüşüb - Foto/Video

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini deyərək bu ilin avqustunda Özbəkistana dövlət səfərin

14 oktyabr
.

Sergey Lavrov Bakıya gəldi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Azərbaycana gəlib. TASS-a istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin təyyarəsi artıq Bakı aeroportuna enib. 12:46. Rusiyanın xarici işlər nazir

14 oktyabr
.

Prezident: "Ölkəmiz 35 il əvvəl müstəqilliyini bərpa etdikdən bəri davamlı şəkildə ikili standartlarla üzləşib"

"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısınd

15 oktyabr
.

Prezident: "BMT-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək"

"BMT-nin Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək və yeniləri meydana çıxacaq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliye

15 oktyabr