"Müharibə davam edir, düşməni daha pis aqibət gözləyir"

"Müharibə davam edir, düşməni daha pis aqibət gözləyir"Fevralın 25-də cəbhənin Füzuli-Xocavənd istiqamətində 5 hərbçimizin şəhid olmasından 3 gün sonra Ermənistan ordusuna məxsus zirehli texnika vurulub, üstündən bir gün sonra isə atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına artilleriya zərbəsi endirilib, bundan əlavə kəşfiyyat-diversiya qrupu məhv edilib. Bütün hallarda düşmən xeyli itki verib.

Hadisələrin bu cür gedişatını təbii adlandıran hərbi-siyasi məsələlər üzrə ekspert, ehtiyatda olan polkovnik Xətai Baxışov bildirib ki, işğalçıları daha pis aqibət gözləyir

"Bu müharibədir. Bu göstərir ki, müharibə bitməyib, davam edir. Bu, belə də olmalıdır, özü də daim. Bu, bizim hər əsgərimizə görə qisas alacağımızın, onları torpaqlarımızı işğal altında saxladıqlarına görə hər gün peşman edəcəyimizin göstəricisidir. Yenə deyirəm, bu, müharibədir və belə zərbələr hər gün səhər-axşam olmalıdır. Biz işğalçı Ermənistanın heç bir əsgərini torpaqlarımızda rahat oturmağa qoymalı deyilik. Biz onları dalbadal məhv etməliyik!"

Ekspertin sözlərinə görə, artıq bu cür addımlar öz səmərəsini verib, erməni cəmiyyətinin canına qorxu salıb: "İrəvanda mitinqlər başlayıb. Artıq özləri deyirlər ki, Qarabağı istəmirik. Hökumətə deyirlər ki, bu münaqişəni tezliklə həll edin bitsin. Ermənistanda adi camaat bunu istəyir.

Ona görə də cəbhədə düşməni daim təzyiq altında, gərginlikdə saxlamaq, məhv etmək lazımdır. Ali Baş Komandanımızın dediyi kimi, əgər erməni əsgərləri Qarabağda ölməsini istəmirlərsə, Azərbaycan torpağından rədd olub getsinlər!"

Polkovnik bununla yanaşı hesab edir ki, Azərbaycan ordusu da ehtiyatını əldən verməməlidir: "Biz onlara başlarını qaldırmağa belə imkan verməməliyik. Eyni zamanda, bizim hər bir əsgərimiz, hərbçimiz öz işini, ixtisasını peşəkarcasına bilməli, eyni zamanda maksimum ayıq-sayıq və ehtiyatlı olmalıdır. Çünki ehtiyat igidin yaraşığıdır. Əks halda boş yerə qurban gedə bilərlər".

Mənbə: milli.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 5403   Tarix: 02 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident Almaniyadan belə yola salındı - Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri aprelin 26-da başa çatıb. "Qafqazinfo" Prezidentin Almaniyadan yola salınma görüntülərini təqdim edir:

27 aprel
.

Prezident: "Ölkəmizdəki müxtəlif etnik qrup və dinlərin təmsilçiləri dövlətimizin vətənpərvər insanlarıdır"

"Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşları, bizim dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlaya

1 may
.

İlham Əliyev: "COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək"

"Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-d

26 aprel
.

Azərbaycan XİN Avropa Parlamentinə cavab verib

Avropa Parlamentini bir daha Azərbaycanın daxili işlərinə və məhkəmə proseslərinə müdaxiləni dayandırmağa çağırırıq. report-a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Avropa Parlamentinin 25 aprel 2024-cü il tarixli qətnaməsi ilə bağlı bildirib

26 aprel
.

Konsulun vəzifələri artırıldı - FƏRMAN

Karantin qoyulan xəstəliklər əvvəllər bu xəstəliklərin olmadığı ərazilərdə meydana çıxdıqda konsul xəstəliyin yayıldığı rayonun adını, xəstəliyə tutulmuşların sayını və yerli hakimiyyət orqanları tərəfindən epidemiyaya qarşı görülən tədbirləri göstərməklə, bu barədə dərhal Xarici İşlər Nazirliyi, Azərbayca

29 aprel
.

Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun aprelin 26-da Berlində keçirilən birgə mətbuat konfransı başa çatıb. 14:41. Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Almaniya Kansleri Olaf Şoltsun birgə mətbuat konfrans

26 aprel
.

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib. Report-a istinadən xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub

25 aprel
.

Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM

Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb

2 may
.

"Bizim qarşımızda dövlət maskası geyinən terrorçu-cinayətkar qruplaşma var" - Politoloq

Xəbər verdiyimiz kimi Qazax rayonu ərazisində mina hadisəsi baş verib. Minaya düşən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu İsmayılov Vüsal İntiqam oğlunun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlam

29 aprel