"Bu gün ölkəmiz regional proseslərə istiqamət verən mühüm faktorlardan biridir" - DEPUTAT
"Azərbaycanın müasir xarici siyasət kursu tarixi reallıqlara, milli maraqlara və qlobal tendensiyalara söykənən ardıcıl və düşünülmüş strategiyadır. Bu gün ölkəmiz regional proseslərə istiqamət verən mühüm aktorlardan biridir. Dünya birliyinə inteqrasiyanın gücləndirilməsi, yeni əməkdaşlıq müstəvilərinin açılması və mövcud tərəfdaşlıqların dərinləşdirilməsi dövlət siyasətimizin prioritet xəttidir".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.
O, açıqlamasında qeyd edib ki, hazırda bu istiqamətdə bir neçə əsas hədəf üzərində çalışılır:
"Birincisi, regional əməkdaşlığın strateji genişləndirilməsidir. Azərbaycan Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa İttifaqı və İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətlərdə balanslı və fəal siyasət həyata keçirir. Bu əməkdaşlıq iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat-logistika, rəqəmsallaşma və mədəni-humanitar sahələri də əhatə edir. Cənub Qaz Dəhlizi, Zəngəzur dəhlizi ideyası, Bakı-Tbilisi-Qars xəttinin genişləndirilməsi, yaşıl enerji zonalarının qurulması kimi layihələr Azərbaycanın regional mövqeyini gücləndirməklə yanaşı, beynəlxalq tərəfdaşlarımız üçün də real dəyər yaradır.
İkincisi, qanunvericilik təşəbbüsləri və hüquqi bazadır. Parlamentin üzərinə düşən əsas vəzifələrdən biri bu prosesləri hüquqi müstəvidə təmin etməkdir. Son illərdə
xarici investisiyaların qorunmasını təmin edən islahatlar, rəqəmsal iqtisadiyyat və enerji siyasəti ilə bağlı yeni qanun layihələri, beynəlxalq müqavilələrin ratifikasiyası və strateji əməkdaşlıq sənədlərinin təsdiqi kimi addımlar dövlətimizin siyasi xəttinə və Möhtərəm.Cəmab Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf modelinə uyğun şəkildə həyata keçirilir. Məqsədimiz Azərbaycanın qlobal iqtisadi sistemə rəqabətqabiliyyətli, təhlükəsiz və uzunmüddətli inteqrasiyasını təmin etməkdir.
Üçüncüsü, Parlament diplomatiyasıdır. Dünyada diplomatiyanın çox mühüm qolu məhz parlamentlərarası əməkdaşlıqdır. Azərbaycan Parlamenti müxtəlif beynəlxalq təşkilatlarda ölkəmizin mövqeyini müdafiə edir, haqq səsimizi çatdırır, qarşı tərəflərlə dialoqu möhkəmləndiririk. Müharibədən sonrakı reallıqların qəbul etdirilməsi, Ermənistanın siyasi manipulyasiyalarının ifşası, regionda davamlı sülhə çağırış bu fəaliyyətin əsas istiqamətlərindəndir".
Vüsalə İbrahimli
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqeasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusuna uyğun olaraq dərc edilir.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Məktəblərdə üç fənn BİRLƏŞİR
Yeni metro stansiyaları bu ərazilərdən keçəcək - Xırdalan sakinlərinə ŞAD XƏBƏR
Beş gün qar yağacaq, 20 dərəcə şaxta olacaq - XƏBƏRDARLIQ
Bu tarix də bayramlar sırasına DAXİL EDİLDİ - RƏSMİ
Pensiyalardakı artımla bağlı YENİ AÇIQLAMA - Fevral ayından...
Sərxanı xilas edən Gözəlovun OĞLU İMİŞ - FOTO
Sabah Bakının bu ərazisi susuz qalacaq
Bakıya sulu qar yağacaq, 4 dərəcə şaxta olacaq
"Mançester Siti" və "Real Madrid" eyni məşqçi uğrunda mübarizə aparacaq
Bu rayonun bəzi ərazilərdində işıqlar sönəcək - Saat 11:00-dan…
Maaşların verilmə müddəti dəyişdirildi - YENİ QAYDA
Bu tarixdən HAVA KƏSKİN DƏYİŞƏCƏK! Güclü qar yağacaq, 18 dərəcə şaxta...
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
Azərbaycan daha bir ölkədən mixək idxal etməyə başlayıb
Bu da Turan İbrahimovun idmançı OĞLU - VİDEO